Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
http://www.adyazar.az » MÜZAKİRƏ EDİRİK » Ramin Cahangirzadə. Şair oldun.

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Seymur Baycan. Ü&# ...
» Güntay Gəncal ...
» Səkinə Pur H& ...
» Məlihə Ə ...
» Məhəmməd ...
» Sevinc Pərvanə ...
» Fıkrit Qoca. Ü ...
» Jozef Ernest Renan. &# ...
» Araz Gündüz. ...
» Rəhim Əliyev. ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Elnur Astanbəyli. ...
» Aliya. ÇÀĞ-DÀ ...
» Orxan Eyp- Yalnızl ...
» Güntay Gəncal ...
» Eyvaz Taha.POSTMODERN&# ...
» Rafiq Tağı v& ...
» E.Astanbəyli- Fikr ...
» Nazim Yasamal. Tək ...
» Elmin- düz yaz ...
» Günün fotosu- ...
 
Arxiv
Fevral 2010 (6)
Yanvar 2010 (19)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (17)
Avqust 2009 (3)
İyul 2009 (12)
İyun 2009 (98)
May 2009 (79)
Aprel 2009 (87)
Mart 2009 (60)
Fevral 2009 (56)
Yanvar 2009 (140)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Fevral 2010    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
Ən populyarlar
» Fəthi Gədikli. Ana dili üzerine konu# ...
» Fıkrit Qoca. Üç kitabın yaratdı ...
» Sayman Aruz. "Bizim Yol" qəzetinə müsa ...
» Səkinə Pur Həsən. Şeirlər ...
» Məlihə Əzizpur. Yeni şeirlər
» Əhməd Obalı. Bizim yetimxana
» Araz Gündüz. esselər
» Jozef Ernest Renan. İslam və Elm.
» Nərmin Hüseynzadə. Esselər
» Sevinc Pərvanə
 
Ramin Cahangirzadə. Şair oldun.

  Bölmə:    MÜZAKİRƏ EDİRİK

Ramin Cahangirzadə. Şair oldun.











Ramin Cahangirzadə

Şair oldun...



1
Şair oldun, Şer yazdın. Misralarınla hər nəyi qoydun yerinə. Yeriklədi qarnı yekə kəlmələrin.
-neçə aylıqdır?!!- Dedilər.
- doqquz aylıqdır- dedin.
Doqquz ayı qurtarsa da, doğmadı kəlmələrin. Qarnında öldü uşağı.

2
Şair oldun, hörmət qazandın. Qazandığını qazan dibi görərkən, bir yolluq itirdin. Söz saldın araya, aralandı arası. Sözünün üstünə odun yığdılar, odlandı sözcüklərin. Külə döndərdin hər nəyi. Deyindin…! Deyindin…! Yenə də deyindin…! Adını rəşid qoydun, üz gözünü tutub, yüzünü dedin, birini eşitmədin.Qulundakı Saatı, qabağa çəksən də, dingilvayı, dingilvayı deyib, dalda qaldın. Qabaqda gedənlərə daş atdın
Topuğa dəydi.

3
Şair oldun, Şer yazdın. Dayazlıqda yaşayıb, Dərinlikdən danışdın. Dəniz dərinliyin oldu. Üzməyi bacarmadın. Burcutdun, çobaladın, əl ayaq çaldın. Su boğazına çatcaq, kim olur olsun qoydun ayağının altına, çulunu sudan çıxartdın. Nəfəs çəkdin adamları.

4
Şair oldun, Şer yazdın. Çörəyin daşdan yox, şerdən çıxdı. Cingiltiləri eşetcək, cingilvaya düşdün. Canına hopdu cingiltilər.

5
Şair oldun, şer yazdın. Özünü həçələ saldın, başında bir-neçə tük var idı, Onu da tökdün. Töküldün düşük sətirlərə, dəmşəklədin. Keçəl oldun, hamını keçəl elədin. Güzgüyə baxmamış, adını qoydun özgüyə.

6
Şair oldun, Şer yazdın. Ertədən gəlib, ortadan yedin. həm soldan sağdın
həm sağdan. Nə sağını tanıdın, nə solunu.
Bir az yazıqlıq çəkdin, bir az uyudun uydurmalarında. Aya baxıb, günəşdən yazdın.

7
Şair oldun, şer yazdın. Şirin badam yeyib, acı badamlardan yazdın. Badamların şirinliyinin dadı çıxmadı ağzından. Burnunu hər yerə soxub badam əkdin. Bar vermədi badamların, qısır düşdü. Elə sənə qalan o tamsındığın şirin badamlar oldu.

8
Şair oldun, şer yazdın. Bütün insanların dərdini çəkdin. Şerlərinin bağrına basdın bütün ağrıları. Ağırlığını, buğurluğunu şerinə tökdün. Ancaq qonşunuzda acından ağnayan, ağrıdan yatmayan daxmadakı o uşağı, o qadını, o kişilikdən düşmüş kişini unutdun, kitab kitab kişiliyi bağıran şair. Gözlə o qədər bağırarsan, boğarsıqların çöyrülər, kişilikdən düşərsən.

9
Şair oldun, şer yazdın. Qızıl bayraqlar qozadın qara palçıqlı şerlərindən. əsdirdin qara yellərlə. Hay bərk gələndə, qozadığın qızıl bayrağı silgi edib, sildin çirkinliklərini.

10
Şair oldun, şer yazdın. Şer yazdın…! Şer yazdın…! Şer yazdın…! Şer yazdın…! Şer yazdın…! Şer yazdın…! Şer yazdın…! Şer yazdın…! Şer yazdın…! Yalnız və yalnız şer yazdın!!!
 
Reytinq
 (səs sayı: 15)


Şərhlər: 3
Dərc olunub: 8 Yanvar 2009
Baxılıb: 633 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: deli500 (8 Yanvar 2009 22:20)
Gəlin, şeir yazaq
Yolumuzu azaq
Özümüzü
Yoldan keçənin
Qulağından asaq
...
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#2 yazıb: Guntay (9 Yanvar 2009 06:13)
Ramin sənin qələminə və yaradıcılığnıa böyük hörmətim var. Çoxyönlü çalışmaların və gündən günə birikdirdiyin estetik təcrübələrədən yararlanaraq yaradıcılığına davam etmən çox yaxşıdır. Harda görsəm əsərlərini mütləq oxuyuram. Yalnız bir gileyim var. Toy elədin, məni yada salmadın, dəvət etmədin, unutdun. Özüm də gəlməsəydim daima yaşıl olan fin ormanlığının yaşıl bir yarpağını pakete qoyub adresinə post edərdim təbrik laraq. Ancaq olsun. Qürbət həyatı bizi hər çətinliyə alışdırdı. Xoşbəxt olasınız. Evladınız olduğunda ad qoymada məni unutmazsan. Yavrular üçün gözəl adlar vardır əzbərimdə.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#3 yazıb: Iyo-kio baba (9 Yanvar 2009 12:18)
Güney həsrəti, soydaşlarımızın çətin həyatı, mühacirət-filan, bütün bu şeylərə görə onların adını, şerlərini görəndə sevincdən əsə-əsə "ətraflı" düyməsini basırsan, yazı açılır və... qarşında elə sarsaq yazı peyda olur ki.. lap dilxor olursan..

ay bura yazı qoyan zövqlü inanlar, bu yazıları qoyanda oxumursuz, yoxsa, "zil-zurna" sərxoş olursuz? Bu nədi??

öz yazılarını da elə özləri tərifləyirlər ancaq.

heç badamın yeri idi? crying

Ramin, get kitab oxu, şeir oxu, gör normalda necə yazırlar!
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 625 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 664 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 3
Istifadəçilər: 0
Qonaqlar: 1
Axtarış robotları: 2

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
GooglebotYahoo

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.