Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Məqalələr » Taleh Şahsuvarlı- "Seymurun Baycanlığı"

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Könül Də ...
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Mişel Uelbeklə ...
» Nazim Yasamal. Ş&# ...
» Taleh- SİZİ K ...
» Şahvələd ...
» küçük &# ...
» Pərvizin müsa ...
» Elmin Həsənli ...
» Seymur Baycan
» Araz Gündüz. ...
» Aqşin- Yüz il ...
 
Arxiv
Sentyabr 2010 (18)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Yalnız İnsan. Şeirlər
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Aqşin Yeniseyin müsahibəsi
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
 
Taleh Şahsuvarlı- "Seymurun Baycanlığı"

  Bölmə:    Məqalələr

Taleh Şahsuvarlı- "Seymurun Baycanlığı"










Taleh Şahsuvarlı

SEYMURUN BAYCANLIĞI

Xeylaq vaxtın söhbətidir, ANSpress saytının forumunda xalq artisti Flora Kərimovaya bir sual ünvanladım.
Soruşdum ki, Siz necə demokratsınız ki, həm də xalq artistisiniz?
Adam ya demokrat olar, ya xalq artisti!
Adı demokrat, titulu xalq artisti olan Flora Kərimova ilə İlhamə Quliyeva arasında heç bir İCTİMAİ FƏRQ yoxdur!
Cavab əvəzinə Flora Kərimova mənə “xasiyyətnamə” verdi!
TAHİR Şahsuvarlıya!
Lakin,

***
Azad Yazarlar Ocağının e-qəzetində Seymur Baycandan soruşdum:
- Demokratiya bütün fikirlərin ifadə olunmasina imkan verən, hər kəsin fəaliyyətinə rəy bildirilməsinə şərait yaradan sistemdirsə;
- Demokrat tənqidə dözümlü olandırsa;
- İqtidardan “Diffamasiya haqqında” qanun tələb etdiyimiz yerdə təhqir və söyüşdən qorxmamalıyıqsa SƏN KİMSƏN?
Bu suala cavabda mən Seymur Baycanın çox yazılarını, çox müsahibələrindən sitat gətirə, onun hər kəsdən DEMOKRATLIQ tələb etməsini öz sözləri ilə göstərə bilərdim. Hamısı qurban olsun www.adyazar.az saytındakı Ahmet adlı istifadəçinin bir lakininə...
Sadəcə Əliyevlərə qarşı Azərbaycan jurnalistikasında kimsə ilə müqayisə olunmayacaq dərəcədə cəsarət və ləyaqətlə vuruşan Rauf Arifoğluna onun bir ittihamını yada salacam.
Seymur Baycan Şahvələd Çobanoğlunun yazısını ABŞ-dan göstəriş verərək “Yeni Müsavat” qəzetinin internet saytından çıxarmasına görə Rauf Arifoğlunun bütün mübarizəsini yerə vururdu.
Ondan fərqli olaraq mən Seymurun yaxşı və haqlı yazılarının üstündən xətt çəkməyəcəm.
Həm də ona görə xətt çəkməyəcəm ki, onun yaxşı və haqlı yazılarının heç də hamısı özünə aid deyil.
Məsələn, Seymurun günlərin bir günü polis şöbəsinə aparılmadığını kim bilməsə də, mən yaxşı bilirəm.

Yaxşı yadımdadır ki elə “Gənclik” metrosunun həndəvərində Seymura demişdim: vətəndaşa “Ə” deyə xitab edən polisin danışığını xalq dilinin bədii mətnə yansıması sayaq mən öz romanımda qullanacam...
Seymur qaça-qaça getdi, ona etibar edilən bilgiləri köşəyə döşədi...
Birinci dəfə deyildi.
Özü mənə dəfələrlə deyib ki, yazılarımın iki-üç cümləsini dəyişib, haralarasa təqdim edib və qonorar alıb...
Lakin,

***

Mənim haqlı olduğumu zaman həmişə sübut edib. Flora Kərimova qonusunda mənə haqq verməyən yaxın dostlarım onun səsini Qəbələdən eşidəndə kimin səhv etdiyini başa düşdülər.
Bu gün xalq artisti İlhamə Quliyeva ilə xalq artisti Flora Kərimova eyni siyasi düşərgədə təmsil olunurlar və məhkəmələrdə çəkişirlər.
İndidəmi Quliyeva ilə Kərimova arasındakı ziddiyyətlərin İCTİMAİ MƏZMUN daşımadığını görməyəcəksiniz?
Azərbaycanda Respublikanın evi yıxılır, hanı Flora xanım?
Deməmişdimmi onun yeri İlhamənin yanıdır?
Buyurun, Sərxan Kərəmoğlu, Faiq Ağayev...
Azərbaycanda xalq artisti İlhamə Quliyeva ilə xalq artisti Flora Kərimova arasında fərq olmadığı sayaq Seymur Baycanla Flora Kərimova arasında da fərq yoxdur.
AYB sədri Anarın adını yazmağa əlim gəlmədi.
Anar dost anlayışı, kişi sözü hissiyatı olan adamdır...
O irəli zəng elədim.
Seymur,- dedim – bu kitabı aparıram, oxuyub qaytaracam...
Vermədi.
Seymur balamı öldürən adamın qanını bağışlamağa gəlsə ona “yox” deməyə tərəddüd edərdim...
Mən həmişə belə sadəlövh olmuşam! Seymurun, Aynur Camalqızının və mənim yazdığım layihəni oğurlayan, məni o layihəyə könüllü statusunda cəlb etmək istəyən QHT sektorundakı “dostlar”ımın təəssübünü çəkəndə...
Amma mən adamları necə çığırtmağı da bilirəm!
Lakin,

***

Bu adam mənə necə belə “yox” deyə bilir?
Bu adam ona etibar edilmiş ideyaları necə qaçıb köşəyə salır?
Bu adam şəxsi zəmində yazdığı SMS-i nədən qəhrəmanlıq adına oxucuya sırıyır?
Bu adam özünü niyə şərhə qapayır?

***

Mən ilk dəfə Seymurun özünü şərhə qapadığını görəndə ona simsar olaraq etirazımı bildirmişdim...
Məndən oğurladığı ideyanı üzünə vurmamışdım...
Amma indi gerçəkdən dözə bilmədim.
İlk baxışdan məsələ bir az şəxsi görünə bilər.
Kim istəyir belə də yoza bilər, onun haqqıdır.
Amma mən başqa sual verdim özümə:
Axı nədir Seymuru DOST SÖZünə – məsləhətinə, etibarına və xahişinə məhəl qoymağa imkan verməyən?
Axi nədir Seymuru öz gözündə əlahiddə edən?
Axı nədir Seymuru insanların fikir özgürlüyünü boğmağa çağıran?
O Seymurun içindəki avtoritarizmdir!
O Seymurun içindəki Flora Kərimovalıqdır!
Onun şərti olaraq İlhamə Quliyevanın təmsil etdiyi rejimlə ictimai münaqişəsi yoxdur!

***
Mən Seymur Baycandan soruşuram ki:
-Sən niyə özünü tənqidə qapayırsan?
-Sən TƏNQİDOLUNMAZLIQ haqqına nə vaxtdan sahib olmusan?
-Bu ölkədə bir yazar balaca bir tənqid pəncərəsini oxucuların üzünə bağlayır, əks-fikirləri boğursa, onda bu iqtidar elə Seymur Baycana layiq deyilmi?
Lakin,

***

Gəlirəm Flora Kərimovanın mənə verdiyi “xasiyyətnamə”yə.
Kim istəyir Floraya inansın, kim istəyir mənə,- İsa bəyin Hafizə dediyi söz olmasın.
Mən həyatımda bircə adamdan üz çevirmişəm:
Bu gün irticanın qarşısında yenə də müdafiə etdiyim Əli Kərimlidən!
Ən yaxın dostumdan!

Ondan da məhz indi Seymurun sərgilədiyi tövrün üstündə incik düşmüşəm.
Demişəm ki, HÖRMƏTİMİZ QARŞILIQLI DEYİLSƏ, İNCİKLİYİMİZ QARŞILIQLI OLSUN!
Demişəm ki, DEMOKRAT ÜÇÜN DEMOKRATİYANIN SINAQ MEYDANI ONUN ÖZ ŞƏXSİDİR!
Demişəm ki, ELÇİBƏYƏ QARŞI ÇIXMA!

Əli Kərimlinin bu günkü siyasi vəziyyətini təhlil edən hər kəs mənim o zaman haqlı olduğumu başa düşər!
Amma o zaman Əli Kərimli də haqlı idi- ƏLİ KƏRİMLİ idi!
Seymur Baycan kimi ciddi bədii tənqidə duruş gətirməyən romanlar yazmamışdı, Azərbaycan siyasətini tir-tir əsdirirdi...
Lakin,

***

Azərbaycanda hamı bilir ki, bizi klassiklər düşərgəsinə Elçibəyin ölümü və AXCP-nin parçalanması atmışdı; o təşkilatda mən Fazil Qəzənfəroğlunun təklifi ilə müşavir olmuşam, onun üstündə də zərbə yemişəm.
Mən həmişə dost üstündə davaya düşmüşəm!
Əli Kərimli söyüləndə onun yanında susub oturmazdım, tüpürərdim mandata, dilini qopardardım Əhəd Abiyevin!
Mənim qanunları pozmağa da haqqım var- cəzasını çəkmək şərtiylə!
Mən Elçibəyin təbliğatının qurulmasına birbaşa rəhbərlik etmiş adamam, Arzu Səmədbəyli təsdiqləyər sözümü.
Nə etməliydim?
Elçibəyin əleyhinə yazmalıydımmı?
Seymur Baycan, Flora Kərimovadan sitat gətirən LAKİN nikli dostlarından- bu təsadüf deyil- soruşarsan:
Hanı Elçibəy ölən gün onun əleyhinə yazanlar? Niyə qalmadılar Əli bəyin yanında?
Hanı Əli Kərimlini Elçibəyə qarşı qoyanlar? Bir mandata satdılar, evə dəyişdilər AXCP sədrini!
Amma Taleh Şahsuvarlı HƏQİQƏTİN pisidir bugünkü gündə!
Fazil Qəzənfəroğlu ilə aramda heç bir şəxsi sorun yoxdur. Qardaşıq.
Mən BAXCP-nin üzvü olmamışam və mənim xahişimlə partiyanın məbuat katibliyi bu barədə rəsmi açıqlama da yayıb.
Mən Elçibəyin vəfatından sonra:
- İqtidarla müxalifət arasında dialoqun yaranmasını istəmişəm;
- İsa Qəmbərin prezidentliyinə çalışmışam;
- AXCP-nin bütünləşməsini, müxalifətin əsas partiyalarının inteqrasiyasını, Müsavatda birləşməsini təklif etmişəm.
Bu gün Flora Kərimovalardan fərqli olaraq respublikanın yaşaması uğrunda əlimdən gələni edirəm!
Kim deyirsə ki yaradıcı adam siyasətdən uzaq durmalıdır, düz demir!
Bir gün bir Qan Tural çıxar və yazar: İndi gördünmü siyasət sənə necə qarışır?
Mənim siyasi taleyim müəyyən fərqlərlə Şahvələd Çobanoğlu, Eynulla Fətuillayev kimi bu ölkənin ƏN İSTEDADLI adamları ilə bənzərdir.
Səbəb sadədir.

Azərbaycanda avtoritar rejimdir. İnsanlar özünü doğrultmaq üçün axtarışdadırlar.
Şahvələd Çobanoğlu da axtarışdadır, Eynulla Fətullayev də, Taleh Şahsuvarlı da...
Demkonqresdən Azadliq blokunacan İsa Qəmbər də, Əli Kərimli də, Lalə Şövkət də YOL axtarırlar...
Musavatı tərk edən, BQP-dən çıxan Seymur Baycan da doğru ünvanı bulmağa çalışır...
Bir adamın dinini də dəyişməyə haqqı var. Bir adamın dinini də dəfələrlə dəyişməyə haqqı var.
Amma 100 dollar qarşılığında yox! Rafiq Əliyevi- isim əslində önəmli deyil- şərləməklə yox!
Ən doğru ünvan demokratiyadır! Ən doğru olan demokratdır!
Hər kəs demokratiyanı əvvəlcə özündən tələb etməli!
Lakinsiz!
 
Reytinq
 (səs sayı: 17)


Şərhlər: 2
Dərc olunub: 25 Yanvar 2009
Baxılıb: 1366 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: Sima Ennagi (25 Yanvar 2009 15:36)
bilmirem, fikrimi tam catdira bilecem, ya yox, amma yene de yaziram.
1/ Kim deyirsə ki yaradıcı adam siyasətdən uzaq durmalıdır, düz demir! - burda , yaqin ki, hansi yaradici adamdan sohbet getdiyi mueyyen olmalidir. Eger sohbet jurnalistlerden (xususile de ozunu siyasi jurnalist sayanlardan) gedirse, elbette, onlar heqiqet hesab etdikleri ne varsa, ondan yazmalidirlar. Amma shairin, yazarin, ya bestekarin, ressamin siyasete qatilmagini, duzu, men alqislamiram/ cunki tefekkur tipi ferqli - eger jurnalist tefekkuru tenqidi, obyektivdirse, shair-yazici tefekkuru obrazli, subyektiv ve irrealdir - irreal tefekkurle real dunyanin oyunlarinda ugurlu oyuncu olmaq mumkunsuz.
2/ Belke de sohbet yaradici insandan deyil, ESIL DEMOKRAT VETENDASHDAN getmelidir... Demokratliq ise partiya mandati ile olculmur, demokratliq tesevvurlere, ruha, fikirlere hakim olmalidir.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#2 yazıb: nizami63 (8 Fevral 2009 21:44)
sizə məxsus olan bu ifadə : Sadəcə Əliyevlərə qarşı Azərbaycan jurnalistikasında kimsə ilə müqayisə olunmayacaq dərəcədə cəsarət və ləyaqətlə vuruşan Rauf Arifoğluna onun bir ittihamını yada salacam. onu sübut edir ki, Seymur haqqında söylədiklərinizin heç bir əsası yoxdur.
Rauf Arifoğlu qədər bu rejimə xidmət eləyən 2 - ci mətbuat nümayəndəsini mən hələ tanımıram.
Elə adını çəkdiyiniz 2 - ci şəxs kimi - Əbülfəz Əliyev kimi !
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 851 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 6
Istifadəçilər: 0
Qonaqlar: 4
Axtarış robotları: 2

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
GooglebotYahoo

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.