Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Müsahibə » Aygün Aslanlı ilə müsahibə

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Könül Də ...
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Nigar Xiyavi səs-k ...
» Sevinc Pervanə
» Nərmin Kamal - All ...
» Tural Saf. şeirl&# ...
» 6 yazar istərə ...
» əziz Nesin- hekay& ...
» Arnold Şvarsnegeri ...
» Orxan ARAS. Yazı&# ...
» G.Mövlud- Fotosess ...
» İsa bəydə ...
 
Arxiv
Sentyabr 2010 (18)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Yalnız İnsan. Şeirlər
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Aqşin Yeniseyin müsahibəsi
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
 
Aygün Aslanlı ilə müsahibə

  Bölmə:    Müsahibə

Aygün Aslanlı ilə müsahibə












Kinomuzda yaxın gələcəkdə dəyişiklik gözləmək yersizdi”



Müsahibimiz gənc kinoşünas Aygün Aslanlıdır. Azərbaycan film sənayesinin potensialına inanan lakin, gələcəklıə bağlı pessimist danışan Aygün xanım həm azərbaycanda MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin son qərarını dəstəkləyən istisnalardandır.



MTRŞ-nın türk filmlərini dublyaj etmək qərarını necə izah edirsiniz? Sizcə bu lazım idimi?


- Məncə, lazım idi. Düzdü, indi bu, bizə bir az absurd fikir kimi görünür. Çünki biz türk seriallarına orijinalda baxırıq və təbii ki, istər türk, istər ingilis, istər rus dilində olsun, istər bədii film olsun, istər ədəbi əsər - orijinalda daha gözəldi. Bizim dövlət dilimiz Azərbaycan dilidi. Bəzilərinə elə gəlir ki, osmanlı türkcəsi ilə bizim dilimiz arasında o qədər də fərq yoxdu. Amma əslində dillərimiz yetərincə fərqlidi. Bilmirəm, xəbəriniz var, ya yox, Türkiyədə bizim dilimizi lağa qoyub gülürlər. Hətta kanallardan birində xüsusi veriliş var. Aparıcılarından biri həmyerlimiz Kamilə xanımdı. Onun dediyi hər sözün üstündən kadrarxası gülüş səsləri verilir. Biz burda nəyin davasını aparırıq?



-Amma yəqin razılaşarsınız ki, bizim dilindəki dublyajlarda cəmiyyətdə yaxşı qarşılanmır? Bunun səbəbləri nədir?


- Çünki bizdə bədii dublyaj yoxdu. Yəqin ki, sovet dövründə kinostudiyada dublyaj edilən filmləri xatırlayırsız. İndi də həmin filmlər tamaşaçıların yadında məhz, dublyaj variantında daha yaxşı qalıb. Dublyaj sadəcə tərcümə və səsləndirmə deyil. Çox böyük bir prosesdi. Bizim kanallar isə lisenziyasız, bəzən son dərəcə keyfiyyətsiz yazılmış diskləri alırlar. Filmlər orijinaldan yox, ikinci, bəzən hətta üçüncü dildən (subtirtlərdən) tərcümə olunur. Mən özüm də tərcümə ilə məşğul oluram. Bəzən söz eşidilmir, başqa dəfə filmdə personajın dediyi söz redaktorun ya xoşuna gəlmir, onu əxlaqdan kənar və ya daha pisi, yanlış fikir hesab eləyir. Sonra o redaktə olunmuş mətn başqa bir ələ keçir. Bir rus cizgi filmi vardı. Dovşan çəmənlikdə rəsm çəkir. Yanından qaça-qaça keçən heyvanların hərəsi onun rəsminə bir cizgi əlavə eləyir. Axırda kətanda anlaşılmaz bir şey meydana çıxır. Məncə, bizim dublyajımız həmin dovşanın rəsminin günündədi.


- Ümumiyyətlə bizim yerli telekanalların dublyaj üçün maddi-texniki bazası yeterlidirmi?


- Belə deyək də, istəsələr yetər. Amma istisnasız olaraq bütün kanallarımızı işin keyfiyyətindən daha çox, kəmiyyəti -efiri necə doldurmaq maraqlandırır. Filmlər konveyer üsuluyla dublyajı olunur. Sovet dövründə kolxozlardakı kimi işçilərə plan verilir və onu yerinə yetirmək tələb olunur.



-MTRŞ deyir ki, yerli teleseriallar çəkilməlidir. Siz kino saənətinə bir köynək yaxın adam kimi Azərbaycanda baxımlı teleseriallar çəkiləcəyinə inanırsınızmı?


- Niyə də inanmayım?! Hər bir işin başlanğıcı var. Bəyəm rus, türk serialları elə ilk gündən indiki səviyyədə olub? Olmayıb. Mən türk kanallarını izləyirəm. İndi elə seriallar var ki, üç-dörd seriyadan sonra bağlanır. Tamaşaçı toplaya, reytinq qazana bilmir. Zaman keçdikcə, kəmiyyət artıqca tamaşaçının tələbi də böyüyür, zövqü dəyişir. O, daha bayağı sevgi macərası istəmir. İstehsalçıdan daha rəngarəng, daha qlobal fantaziya məhsulu istəyir. Bir də serial deyib keçməyin. Rus, türk, hətta alman kinosu indiki vəziyyətini, inkişafını məhz, seriallara borcludu. Hər gün kino çəkilmir ki... Türkiyədə aktyorlar il boyu seriala çəkilirlər, yayda- yəni televiziya mövsümü bağlananda bədii filmlərə... Həm aktyor kimi formalarını saxlayırlar, pul qazanırlar, yaşamlarını təmin eləyirlər, həm də sənətlə məşğul olurlar. Biz nə qədər qarşı çıxsaq da, dövrün tələbləri var. Televiziya həyatımızın nəinki mühüm, hətta vacib hissəsini zəbt eləyib. Televiziyada yayımlanan serial həm də aktyor üçün havayı piardı. Tamaşaçı teatra, kinoya məhz, serialdan görüb tanıdığı, sevdiyi aktyoru görmək üçün gedir. Sadəcə başlamaq lazımdı. Əslində MTRŞ-nın türk seriallarının Azərbaycan dilində yayımlanması qərarı da bunun üçün münbit şərait yaradır. Amma yenə də çox təəssüf ki, yerli telekanallar rahat, asan olanın dalınca qaçırlar. Öz məhsullarını yaratmaq əvəzinə, əcnəbi - türk, latın amerika, rus seriallarını necə gəldi səsləndirib efirə buraxırlar. Bu daha ucuz başa gəlir çünki... Seriala minlərlə manat sərf eləmək yerinə, bir neçə yüz manata hər hansı bir əcnəbi serialı götürüb tərcümə eləmək.. həm efir boş qalmır, həm də minliklərə «qənaət» olunur. Amma həm kinomuzda, həm telekanallarımızda- ümumiyyətlə cəmiyyətimizdə gedən proseslər göstərir ki, yaxın gələcəkdə dəyişiklik gözləmək yersizdi. Düzdü, kimlərsə nələrsə eləməyə çalışırlar. Ancaq cəmiyyətdə elə özbaşnalıq və laqeydlik hökm sürür ki, hətta uğurlu işlər belə gözə görünmür, təsirsiz ötüşür.


Natiq G.
 
Reytinq
 (səs sayı: 5)


Şərhlər: 3
Dərc olunub: 30 Yanvar 2009
Baxılıb: 899 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: Araz Zara (27 Yanvar 2009 10:43)
menim buradaki serhim silinib, adminden sorudum, deyir texnuiki xeta bas verib (ona gore de uzurlu hesab edirem). qisaca dediyimi yene demek isteyirem: Turkiyede Azerbaycan dilini laga qoymalari eslinde yaxsi haldir, cinki zarafat-zarafat bizim dile alisacaqlar, biz nece rus dilinde zarafat ede-ede artiq ozumuz de bilmeden rusca danismaga baslamisiq ve ya Irandaki soydaslarimiz artiq zarafat-zarafat farsca danisirlar/ zarafatin faydasi var.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#2 yazıb: doctorravik (28 Yanvar 2009 10:04)
turk sohbeti bu milletin axirina cixacaq
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#3 yazıb: sel (28 Yanvar 2009 10:51)
aygun xanimin butun analitik yazilarini alqishlayiram. maraqla oxunur. o da oz sahesinin professionalidir. indilerde bele-bele sheylere az-az rast gelinir, gorursen ki, birisi zengizabarda kolxozcu ishleyib, gelib indi oturub bakida analiz verir. aygundu, alovdu, sevda m.-di , biri de var, (adi yadimdan cixib, senet qezetinde yazirdi), simadi, nermindi- bu qizlar bizim medeniyyetimizin, qizil fondudu!
o ki qaldi turklere, onlar kime gulurler, bizlere? menim onlara yaziqim gelir. onlari 10-15 ile qezzanin gunune salacaqlar. savad yox, para yox, inkisaf yox... yuxariilar yaxsi bilirler ne edirler- bir milleti ki shouya otuzdurdular 10-15 ile yox edirler. bu gunlerde kultoviy bir filme turk atv-sinde baxdim! ilahi! evvel bu filme rusca baxmisdim. muqayise ucun deyim ki, turkce bu filmin tercumesi bizim qacaq nebi filmi fason bir sey alinmisdi... yaziqlar olsun!!!!!!
yeri gelmisken, bezi qerb kinostudiyalari da boyunlarina alirlar ki, ruslar tercume edende film orijinalindan da yaxsi alinir! elm buna deyerem e!!!!! bizdeki elm yox, helmdir!!!!! l
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 851 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bŕdŕmŕ bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 5
Istifadəçilər: 0
Qonaqlar: 4
Axtarış robotları: 1

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
Googlebot

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.