Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Məqalələr » Seymur Baycanı həbs etməli

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Könül Də ...
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Sabutay. Vətə ...
» Qanturalı. Anar v& ...
» Z.Əzəmət ...
» Mehemmed Salur. Tə ...
» Fridrix Nitsşe - X ...
» Vaqif Bayatlı - Mu ...
» Nazim Yasamal.
» Rasim Q.
» Media əhli "Se ...
» Fərhad Amur.
 
Arxiv
Sentyabr 2010 (18)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Yalnız İnsan. Şeirlər
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Aqşin Yeniseyin müsahibəsi
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
 
Seymur Baycanı həbs etməli

  Bölmə:    Məqalələr

Seymur Baycanı həbs etməli









Seymur Baycanı həbs etməli

Xalqımızın adından danışmaqdan və yazmaqdan xoşum gəlmir. Lap düzünə qalsa, buna heç səlahiyyətim də çatmır. Bildiyimə görə, xalqın adından bizdə yalnız millət vəkilləri danışa bilər. Xalqın adından yazmaq üçün də bir xeyli xalq yazıçımız var. Mənə növbə çatınca... Amma yazmamaq da olmur.

Bir Seymur Baycanla da bacara bilməyəcəyik? Ağlına və ağzına gələni yazıb ildə bir kitab çap etdirir. "18,6" kitabını oxuyub qurtarınca birini də bütün şəhərə yayıb. Bu dəfə kitaba "Körpüsalanlar" adını verib. Bütün bu cızmaqaraları ilə xalqımızın mənəvi dəyərlərinə böyük zərbə vurur. Torpaqlarımızı düşmən qoşunlarından azad etməyə köklənən məktəblilərimizin tərbiyəsinə mənfi təsir göstərir. Özünə "Seymur XXX" təxəllüsü götürüb. Baycan kimi qədim sözdən imtina edib mücərrəd XXX rəqəmindən yararlanmaqla iz azdırmaq istəyir. Guya biz heç nə bilmirik...

Yəni bir şey maraqlandırır. Bütün bu işlərə yuxarılar niyə lazımınca diqqət yetirmir? Yazıçılar Birliyi də daxil olmaqla demək olar ki, bütün nazirlik və komitələrin binaları yeni təmir olunub. Özü də yüksək səviyyədə. Bəs həmin binalarda oturanlar hara baxır? Onların bu mövqeyindən ruhlanan Seymur Baycan öz kitabında həqiqətə uyğun olmayan şeylər yazır. Özünü elə aparır ki, guya heç Azərbaycanda yaşamır.

Götürək elə onun "Körpüsalanlar"ını. Əsərin qəhrəmanı Ruslan İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olmaq üçün beş dəfə sənəd verib və beşində də imtahandan kəsilib. Ağ yalandı. Axı, reallıqda belə şey yoxdu. Bizim məmləkətdə imtahandan ən azı dörd dəfə "kəsilirlər". Əsərin qəhrəmanı indi də körpü tikintisində fəhləlik edir. Digər bir obraza baxaq. Rasim İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. Hətta bir neçə məşhur filmdə kütləvi səhnələrdə də çəkilib. Müəllifin uğursuz aktyor saydığı Rasim indi gecələr konservatoriyada gözətçi işləyir. Belə də yalan olar? Əvvəllər "davalı kinolarda" kütləvi səhnələrə çəkilən Rasim sonra gözətçi işləyəcəkdisə, elə gedib kinostudiyanı qoruyardı da, onun konservatoriyada nə işi vardı?

Hələ bu harasıdı? Guya köhnə bakılı Rasimin evini söküb yerində göydələn tikiblər, ona da pul verməyiblər. Axı, tam yalandı. Əsərin bu yeri həyatdakı reallığı tam əks etdirmir. Bu gün hansı bakılının evini sökürlər ki, Rasimin də evi buldozerin altında qala? Adam burda demək istəyir ki, yalançının... Sözü özüm qəsdən yarımçıq saxladım. Mən Seymur Baycanın tayı deyiləm ki, hər on-on beş cümlədən bir söyüş yazım.

"Körpüsalanlar"da Səriyyə obrazını oxumusunuz? Dəhşətdi, yalan dizə çıxıb. Körpü tikintisində çalışan fəhlələrə yemək bişirən Səriyyə xəstələnəndə onu xəstəxanaya aparan fəhlələr qadının əməliyyat olunması üçün pul yığırlar. Həkimlər Səriyyənin ödünü çıxarırlar. Tibb bacısı çıxarılmış ödü məcməyidə gətirib Səriyyəyə göstərir. Səriyyə də ödü götürüb məcməyiyə pul qoyur. Şəxsən mən bu cümlələri yazan müəllifi öz əllərimlə boğmağa hazıram. Bakıdakı bütün dövlət və özəl xəstəxanaların qarşısından keçmişəm, amma heç birində əməliyyat üçün xəstənin yaxınlarından pul alınmasını görməmişəm. Ay məcməyidə öd belə gəldi, pul elə getdi, tibb bacısı belə baxdı...

Seymur XXX körpüsalanların gərgin əməyini hər cümlədən bir yerə vurur. Guya tikinti zamanı fəhlə mühəndisi döyür, tikilən körpülər çat verir. Axı, nə vaxt, harda? Düzdü, istifadəyə verilən körpülərin bəzilərində açılış mərasimindən sonra yüngülvari təmir işləri aparılıb. Amma çat vermək söhbəti olmayıb axı. Yalan yazmaq nəyə lazım?

Hələ siz "Körpüsalanlar"ın finalını oxuyun. Oxuyun ki, müəllifin nələr uydurduğunu öz gözlərinizlə görəsiniz. Baş qəhrəman Ruslan guya hər şeydən bezəndən sonra bulvara gəlir. Mağazadan aldığı ülgüclə damarlarını kəsib həyatına qəsd edir. Sən yazdın, biz də inandıq... Axı, belə gözəl zamanda hansı fəhlə həyatına qıyar? Düzdü, bəziləri yeni tikilən göydələnlərin yuxarı mərtəbələrindən yıxılıb ölürlər. Amma onların körpüsalanlara nə dəxli? Körpü salmaq ayrı, göydələn tikmək ayrı. Bir də ki, ülgüclə səni kimdi bulvara buraxan?

Xalqımızın adından danışmaq və yazmaqdan xoşum gəlməsə də, yəqin ki, tələb irəli sürə bilərəm. Tələb edirəm ki, Seymur XXX təcili həbs olunsun! Yuxarıdakılar, nə olar bir dəfə də biz deyəni edin. Seymurun əl-qolunu qandallayıb Bayıla aparın. Qarşıdan Novruz bayramı gəlir. Bayram günlərini nəzərə alıb həbsdə yatan Seymur Baycanı əfv etmək də olar...

Etibar Cəbrayıloğlu
adalet-az.com
 
Reytinq
 (səs sayı: 6)


Şərhlər: 15
Dərc olunub: 14 Mart 2009
Baxılıb: 1020 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: Orxan Z. (14 Mart 2009 17:15)
:) Bu nədi? Donub qalmışam. Bu hardan çıxdı? Kefdi e kef. Nə boşluq adamdır? S.Baycan belə oxşar hadisələrlə qarşılaşanda deyir ki, "bax indi mən bunu yazsam inanmayacaqlar". Bu adama demək lazımdır ki, sənin özünün mövcudluğu və yazdığın inanılmazdır, sən Sürəyyanın varlığına necə inanmaya bilərsən? Həqiqətən də mən bu yazını bir ədəbi əsərdə oxusam onun uydurma olduğunu düşünərəm. Necə maraqlı obrazdır, necə gözəl eksponatdır. Vay,vay,vay! Belələri lap az qalıb indi. Onları qorumaq lazımdır.
Şokdayam. Daha artıq yaza bilməyəcəm. Təşəkkürlər adyazar!
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#2 yazıb: mirmehdi (14 Mart 2009 21:08)


ələkbərdən sonra indi də Seymur PRa başlayıb? ela tebliğat üsuludur
Salman Rüşdi də bu cür məhşurlaşdı
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#3 yazıb: sel (14 Mart 2009 22:25)
sakitrlesin, bir qurtum su icin. seymuru hec vaxt tutmazlar. sebebini burda yaza bilmerem. onsuz da inanmayacaqsiniz

ay saq ol da mirmehdi! tustutmusan. salman rusdini oxumusan da?! guya onun eserlerinde ne var ki? esl zir-zibil yiqini! bizim meyxos abdullik ondan yaxsi yazir.ancaq hay-kuyu, panikani gordun de!
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#4 yazıb: artur (14 Mart 2009 22:50)
essi bos mirt yazidi.kimse ozu ozuyle mezelenir
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#5 yazıb: toghrul (15 Mart 2009 00:14)
Bu yazını ümumiyyətlə burda niyə vermisiz? Bunu küçədə zadda hamı danışır da onsuzda.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#6 yazıb: Sapojnik (15 Mart 2009 00:27)
Yeri var yazının
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#7 yazıb: Ilkin (15 Mart 2009 12:43)
Her menada bundan o terefi yoxdu:).Gulmeli,mentiqsiz,savadsiz...
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#8 yazıb: Ahmet (15 Mart 2009 16:08)
E.Cebrayiloglu Ironik yazi yazib. Meqsedi eslinde Seymuru teriflemekdir.
Deyesen bezileriniz bunu basha dusmemisiniz.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#9 yazıb: cry (15 Mart 2009 18:34)
he duzdur Seymuru tutun hebs edin... yoxsa sizinn axmaq sozlerinize inananacaq bir neferde avam qalmayacaq... acacaq haminin gozunu axi butnu bunlar kime serf edir?exlaqsizlardan yazan kesi exlaqsiz adlandirirlar yaxsi deyibler kor kora lag etmese...Tutun SEYMURuu axi o sizn saxta ideologiyanizi ialt ust edir
P.S Sorry Seymur senin vaxtindan kecib:)
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#10 yazıb: Ahmet (15 Mart 2009 23:08)
Yazını oxuyanda onun müəllifinə də baxın.
Etibar Cəbrayıloğlu ədalət qəzetində yazıb bu yazını.
Seymurun kitabın oxuyub, sonra yazıb.
Seymurun kitabın bəyənib.
İronik olaraq deyir ki, onu həbs edin.
"Millət necə tarac olur olsun..." məsələsi kimi ...
Yuxarida sherh yazanlarin deyesen hamisi yazini ters basha dusub.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#11 yazıb: Sapojnik (15 Mart 2009 23:16)
Ahmet, doğrudan deyirsən? Yaxşı da...
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#12 yazıb: esen (16 Mart 2009 23:49)
yazıçının həbsi lol biz hansı əsrdə yaşayırıq?!
məncə seymurun obrazlarılə hər gün azərbaycanda rastlaşmaq olar. əslində bunu görmüyən azərbaycanda yaşamır. çənitki düşünməyi bacaran,birdəfədə olsun belə intihar haqqda düşünməmiş olsun.
Qeydiyyatdan keçib: 15.03.2009 | ICQ: --
  
#13 yazıb: F.Allahverdi (17 Mart 2009 00:44)
Adam düz deyir axı... Bu Seymur Baycan`ın xalqa atmadığı böhtan qalmayıb.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#14 yazıb: Ahmet (17 Mart 2009 16:30)
etibar cebrayiloglu haqqinda duz deyirler ki, yazdigindan hec ne belli olmur.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#15 yazıb: Musmus (17 Mart 2009 16:57)
Etibar yazanda Seymur hele yox idi. Sozun heqiqi menasinda istedadli yazardir, indikilere benzemez. Yalniz Etibar Seymur haqqinda bu cur teqdiredici yazi yazmaga qadirdir. Burda Etibari basha dushmeyenlerin edebiyyatdan ne bash chixardiqlarina chashdim qaldim.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 851 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 2
Istifadəçilər: 1
Qonaqlar: 1
Axtarış robotları: 0

Istifadəçilər:
Togrul 714

Axtarış robotları:
Tapılmadı.

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.