İxtiyar Bəxşi (Savalan Qurdu)
Güneydən bir səsYalnız1
“...Azər can,tapşırmışdın qayıdıb gələm ancaq istəyirəm burda bir az da qalam olsun ki bir iş tapıla.mənim sevgim neçə gündü işsiz qalmışam.hər gün gedirəm şəhərin meydanına ki günəmuzd da olsa iş tapam iştəyəm ancaq iş bu tezligə tapılmır. hər nə iş var ücüz iştəyirlər deyə verirlər Əfğanlılara.bu şəhər də day mənə zindan olubdur.havasi əcib nəmiştənlikdir.hər nəfəs çəkməklən eləbil adamın ağ ciyarına su gedir.ağac gül göyərtiliydir, ancaq mənə dözümsüz olubdur.burda qalıram şayəd iş tapıldı iştədim.”
Kağaza bir az baxdi nə düşündü lapdan bükdü atdı bir yana. qələmi atdı moketin üstünə.pəncərədən eşiyə baxdi.hava day günəşə boyanmışdi.bir tikə çörək sufranın arasından götürdi qoydu sakına və göyülsüz qalxdi.
Təngədə şəklən addım atırdı.sanki gərək bir işi görəydi ancaq yadınlan çıxmışdı hansi işi. Bir ələ öyrənməmiş quşa maraq elirdi ki onun xatirinlən uçmuşdü:
“Allah gərək nə eləcəydim?”
həməşəlik getdiyi yolu seçdi.day o yolun asfaltı onun ayağının altın tanırdı və çəkisin hiss elirdi.
2
Gün özün güclən yuxarı çəkirdi.qəfəxananın qabaği dolu idi
fələ bənnaylan.olar ayınoyunların qabaqlarına düzmüşdülər:lasik sətillər,kəmçə malalar və cıncındır paltarlar ki olari toztorpağli sakların içinə təpmişdirlər.iş yəsini gözləməkdə dözümsüzlük elirdilər.hər vaxt bir maşın gəlirdi və biri ondan düşürdi kargərlərin qurupu dalğa vururdi və ona sarı hucum gətirirdi.
sayrı günlar kimi bir tərəfdə tək dayanmışdı. İşçilərin biri uca səslən bir xalq mahnısın oxmağa başladı.qırışmış uzu var idi. ağzın çatanacaq açırdı.təzə törəmələr onun başına yığışmışdılar ;söz atırdılar və gülürdülər.Yalnız özün bucağa çəkmişdi və genlən baxırdı. bir cavan ki onun gözləri cınbıldırdı dedi:
“uşaqlar,ağa Yalnız xoşlamadı. yaxşısı budur yavaş deyib güləy ki ağa inciməsin və o gün kimi ağlamasın!”
Obirilər onun sözilən partladılar!oların biri gülməyə qarışıq səsilə dedi:
“uşağlar,mirza Yalnız çoxbilmiş dir.görmədiz o gün ağa mühəndisnən ingilisi savaşırdı?!”
-“hə baba! əgər turşi yeməsə hətmən bi pox olar!”
Yalnız danışmırdı.zahirdə bir yanda özün saymamazlığa vurub dayanmışdı ancaq içərisində əti ətin yeyirdi. Dişlərin qıcırdı.
Lapdan bir təzə Kadilak maşını özün yetirdi.meydanın başına dolandi kargərlərə yetişcəyin tormuz elədi.tormuzun cingiltisi kəsinlən həmən bir yekəpər kişi maşının qapısın açdı və çölə atlandı.qapı ki eləsən yiyəsinin düşməyin ğüdürdü özün bərk maşına çırpdı! kişinin çal başı var idi.ətli üzi qıp qırmızı idi.köynəyinin yaxası üç döymə açıq idi.döşünün qılları yaxasınlan çölə pırtlamışdı.
Kargərlər özük qaşı kimi onu dövrələdilər.hər kim bir söz deyirdi:
“ağa iş nədi?ağa hər iş olsa hazırıq!”.
Kişi qaşlarını dartdı və o haldaki bir gözünü daraldırdı gürüldədi:
“ağa can, o ki iş başarır gəlsin qabağa. o ki düzdən eliyə bilər iş görə.mən düzgün bir iş istəyirəm.mühümm iş di.iş idarəsinin rəyisinin di.”
Bir arıq uzun bənna özün ona yaxınlatdi.o göv gözlü sarı tüklü idi.gün yandırmış ikiboyaqlı alnın neçə dərin qırış kəsmişdi:
“ağa kargəridə özümnən xidmətizdə hazıram!”
-“savadın ki var?”
-“hə ağa,beşi almışam!”
-“mənə bax usta!xoşum gəlmir işin axırında mühəndis gələ irad tuta. bildin?!görüm day nə eliyəcəysən!”
-“arxayın olun ağa.sizə bir iş görərəm ki hamının ağzı açıq qalar!”
Bənna kargərlərə sarı qayıtdı.olar yavaş yavaş dalı çəkildilər.mızıldamaqlar başlandi:
-“usta Qulı adami öldürür!mən ki getmirəm”.
-”uşaqlar heç kim getməsin gecə saat səkkizəcək gərəy iştiyəsüz bi tümən də izafəkar vermir.”
Quli eşitdi qaşqabaq salladi.başın döndərdi. Yalnızı gördü. O bir arıq oğlanlan bucaqda dayanmışdı və xəyal dənizinin dibində süzürdü!yanındakı oğlan yavan çörəyə necə tov keçirdi!nə şirin şirin dişinə çəkirdi!
-“ay oğlan sən!”
Yalnız ayılıb özünə gəldi. barmağıylan özün görsətdi:
-“mən?!”
-“hə! sən! yoldaşunnan gəlün minün gedəy.”
3
Günortanın qızqın günəşi haraysızlıq elirdi.camaat get gedə çoxalırdılar.gözlən və sözlən birbirinin nədən yığışmaqlarını soruşurdular!yarımçılıq evin qabağında qarqaşalıq qovzanmışdı.Yalnızın arıq uzun boğazı gövərmişdi:qaba barmaqların izi!üzü qizarmışdı. sol əlinin barmaqlari sirilmişdi. qana boyanmışdı.qan süzürdi.damcı damcı barmaqlarının ucundan axırdı.həkdən düşmüşdi və nəfəs nəfəs çalırdı. Urəyi dəli dəli çırpınırdı.töşkün dərib cana gələmək üçün əyilirdi əllərin dayayırdı dizlərinə hey nəfəs alırdı:təzə boğuşmuş bir qurd!eyni təzə boğuşmuş bir qurd!!köynəyinin qoltuği tutqun yaşıl boyanmışdı:tərləmiş simment tozu!
Olari çox çətinliklə gücə billahlan bir birindən aralaşdırmışdılar.güdə boy bir qoca kişi Qulilan danışırdı.
Yalnız yorğun arğın camaatın arasından özünə yol açdı və əsən addımlarla yola düşdi.neçə cüt göz onu yola saldılar.
Özünü bir şuluq küçiyə çatdırdı ancaq Qulı genədə gözünün qabağında idi.onun başına çığırırdı və kərpıc parası çırpırdı...
Yalnız özünə gəldi və əllərini aşağa saldı.qorxurdu ona baxanlar onun özüylə danışmağın görsünlər.
Mədrəsədən qayıdan şagirdlər ona donuxurdular.qızlar şəkli baxışlarilan onlan ayaqlaşırdılar.çoxu gülürdi çoxu da gülümsəyirdi.biri yanındakına bir şey dedi ki Yalnız onun bir kələməsin eşitdə bildi “torke”! oların baxıb donuxması Yalnızı ayıltdı:köynəyinin yaxasının bir qulağı boynunun dalınlan yırtılmışdı və aşağa aslanmışdı.aslanan yaxasın saq əlilən tutdi.gedirdi.bəzilərin çiyin çalmalarına saymaz gedirdi.
OOO
Səhər çağı ki malat qatırdı küçənin o başından bir kök ağ- qırmızı arvad gəlirdi.qara ışıldayan qıvrılmış saçları güdə leçəyin altından gəzməyə çıxmışdılar!yayağlarının ,dodağlarının və qaş qözünün qırmızı və qara boyağı gözü qamaşdırırdı.onun yanilan bir kök oğlan uşağı gəlirdi.o oğlan üstü yaşıl altı qırmızı bir köynək geymişdi.bir yekə ağ papiyon yaxasının ortasına dügünlənmişdi.
Yalnızın yaxınlıqına yetişdilar.arvad Yalnıza Yalnız da arvada baxdi.bir baxım baxışları bir birinə dügüləndi...və dügün açıldı.arvad uşağa Farsıca nəm nə dedi?!Yalnız eşitmədi o nə dedi ancaq o baxış, o qıssa baxış, ürəyinin içinədək sancılmışdı.
Günortayacaq bütün fikirdə idi.malatı furğuna doldururdu ancaq o baxış gözlərinin qabağında idi. onu dəli eləyirdi. neçə ləhzə istədi işi buraxa qaça o arvadı hər yerdə də olsa tapa və acığlan başına çığıra ki “niyə”?!...arvad gözünün qabğında yox idi.onun boyağlı yumri üzünün yerinə Qulunun uzun sümüylü üzü tikan kimi gözünə batdı.bəzəyin əvəzinə əhəyin tozu qonmuşdu!və o əhəyli üzün yuxarısında iki göz Yalnızadan umacaqı var idi:malat istəyirdi.
Yalnızın çiyinləri furğunun bütöv ağırlığın hiss elirdi.birdən ayağı ayağına dolaşdı. səndələdi və furğun qarışıq aşdı!furğunun qulpu boş böyrün siyirdi. daldan dirsəyilən yerə dəydi.meylsizliylən qalxdi.baxışında həm peşmançılıq var idi həmdə bağışlanmaqa yalvarırdi.yerə yayılmış malata dumuxmuşdu.sağ əlilən böyrün tutmuşdu.qulunun gür səsilən diksindi:
“urzəsiz eşşək”!-
Pəltəyliyə düşmüşdü:
-“ni...yə yaman de...yirsən yaxçi kişi?denən istəmirəm işliyəsən...”
-“ aytim ədə!bax görüm mənə!mən özümi ələ salmışdım ki səni, ölümcəy kəltənkələni, iş üçün gətirdim?!gördüm nənəsiz sağırrar kimi büzülüb dayanıbsan dedim iş görən sən,demədim lobya tacirisən! Malatı ki dağıtdun kərpic atmağı da ki başarmırsan təzə bir şey də alacağun var?!köpəy oğli!ürzön yoxdi məcbursan işə gəlib mərdumun işin axsıdasan?!”
Yalnızın day dözümi qurtarmışdi.acıqlıq qorxuylan qatışmışdı və bütün vucudun tutmuşdu.ürəyi tez tez çırpırdi.əl ayaği əsirdi:
-“elə bilisən ki mən özün kimi dağ dibinnən gəlmişəm?!mən sənin çəkin ağırlıqda kitab oxumuşam.dədəm yanıb lisans almışam.niyə yaman deyisən annamaz kişi?!ağzıvın sözün bil!anna!sənin kimi bir para çörək üçün Fars mühəndislərə şorba qızdırmıram ki!qulluq,yaltaqlıq,xırtışlıq eləmirəm ki!ağzuvun sözün bil eşşək kişi...”
...qulunun iri sümüyli qaba barmaqları kələmələrin yolun kəsdi...
OOO
Yalnız yol gedirdi və bir dünya özüilən aparırdı.özünə gəldi:əyilmiş sigareti könləyinin cibinlən çıxartdi.onun belin düzəltdi.qöydü dodağının arasına.kibrit çəkdi.alışmadi:
-“mənim şansıma bax ey?!sənin day nə ölümündü?!”
Kibritçöpü qutardi.bir ayrısın.genədə alışmadı:
“səndə gəlibsən mənnən dürüşasan?!içivə itin poxu!”
Onu iki barmağının arasında əzdi çırpdı yerə bərk ayağladi.
əzilmiş sigaret ki onun götü yanmışdı iki ayaqli dəli bir diri canlını görürdi ki onun gövə sarı çəkilmiş bədənin uzaqlaşdırırdılar.
4
Gecə yarısı saat üçəcək oyaq idi.gözlərini yuman çaq bel əlində idi və duvar qabağında.bədəni elə yorqun idi ki yuxusı gəlmirdi.canının arğınlığı dincəlsin deyə bu üzdən o üzə dönürdü.kərpiclərin qalağı bir gözqırpımı da gözlərinin qabağından itmirdi.malatlan əlləşirdi.kərpic atırdı.gecə Qara kimi özün yıxmışdı döşünün ustunə dəbərmək istəmirdi.gecə uzunu yüz furğun ağız bığız dolu malatın ağırlığın çinində hiss elədi ;min kəpicin iti tinləri barmaqlarının bənd bə bəndin xıncdı.hiss elirdi genə də istəyir;furğun çevirir və Quluylan savaşır.
Səslər onu dinc buraxmırdı.sanki onun yaşayışının yalnız yadigarlari dılar:dədəsilən nənəsinin dalaşma və savaşma səsləri,iş ustalarının və bənnaların kobud səsləri,ağlama səsi,inilti səsi,sevincək səs,kədərli səs.sanki yalnız səslər ona qalmışdı.yox! başqa bir şey də var idi. təkcə ona düşünəndə örəyi soyuyurdu və dincəlirdi. yaşayışının bütün acıların unudurdu və təskin tapırdı:eşqin axıb süzən alovları ki “O”nun ala gözlərinlən hər utancaq xumar baxışlarla Yalnızın ürəyin oda çəkirdilər:
“Azər,Azər,haçan mənim olacaqsan?!”
Azərin üzü gözlərinin qabağında idi.arıq yaraşıqlı bir qız.uca boylu çəkilmiş əndamlı incə bel incə barmaq bir sona.ala iri bal boyaqlı gözləri ,gövə süzmüş kipriyləri,kiçik yeni açan qunçələrinin arasından çıxan tutqun yavaş səs ilə “səlam”lari ki utanc və sevgi dənizində boğulurdular.sanki azərdən yalnız səsinin gözəl havası qalmışdi ki bu kələmə ilə qulağın şumarlırdı:
-“səlam!səlam!”
O səs ,o hava və o kələmə Yalnızın ürəyindən çıxmırdı.
O günü təsəvvür eləyirdi ki Hacı Əfşini şəhərdən qovub çıxrdıb və adaqlısına yetişmişdi:
“ona yetişsəydim qucağının hənirtisinə üzümi qoyub necə oyardım!onun uzun dalğalı saçlarının meşələrində gəzib azmaqdan harda yorulardım?! Onun bal dodaqlı bulaqlarının bum buz yaşayış suyu içməydən haçan doyardım?!məni isti isti bağrina basardi ürəyinə yapışdırardı yırqalardi laylay deyərdi qulağımı dayıyardım çıpınan diri ürəyinə onun ürəyinin havasına dinc yatardım.məni ürəyinə sıxıb özünə qatardi...bir olardıq.bilirəm mənim bu qurbət şaxtasında üşüməyim sirtildəməyim Azərdən üzaq olmayimdan dır. Ay!onun yığcam kiçik ağzından “can can”içkisin başıma çəkib necə keflənərdim?!onun göv yaşıl örüşlərində zincirdən qurtarmış dəli kimi canlan başdan keçib qaçmağdan haçan usanardım?!onun sıldırım çiyininin kölgəsində əvəliyli ayran aşı içməydən haçan doyardım?!onun boyın ürək dolusu öz ana dilimizə şirin şirin oxşamaqdan niyə dayanardım?!onun döşunün üstünə üzümü qoyub “Azər can Azər can”deyə deyə can verməydən harda sarsınardım?! Azər!Azər!hardasan?!”
Yalnız lapdan acıqlandı və qaşları dügünləndi:
“ancaq onu istəyirlər Kuruşa verələr!ah kimə?Kuruşa!o keçmişi yazan Yunanlı demişkən “İt ağızlı”adlıqı olan “İt sudu əmmiş” “Qancıq” “uşaq”a?!hıh! üzlü,şişəyən, başdan dırnağa yalan, ərköyün, İsfəhanlı Haci Əfşin oğlu Kuruş!hə!hə!Azər onun lələgiləsidir!Azərin dədəsi o Köpəy Abbas deyib ki bizim kəbinimizi dalı oxutduracaq.onun ki Azərə ürəyi yanmır. hamıda bilməsə mən yaxşı bilirəm ki Azərin doğma dədəsi döyür. nənəsinin siğə əri dir.bunu mənə yazıq Baybək neçə dəfə dedi. axır məni başa saldi. yazıq Azər mənim dərdimə giriftardi.onu da dədəlik böyüdüb. Köpəy Abbas pula, İş idarəsinin başçılığına yetişməy üçün Azəri o itin oğlu itə satmaq fikrindədir.Köpəy hər gün o İsfshanlının o yan bu yanında sülənir;qancıqlanır.yaltaq köpəy! Tarını buraxıb iti tutub!adın qoyub “Nəcəf Əslanının köpəyi!!”hıh! bu gülünc ləqəbə də necə güvənir!!ona deyən yoxdu axı əslan, köpəyi neynəyir?!sən hara əslan hara?!əslan sənin kimi itdən iyrənir ki!...
Allah, olmıya mən burda heç zaddan xəbərim yox,mənim arvadımı versinlər o itin oğluna?!mənlən Azərin kəbinimizi sən özün gövdə kəsibsən.yox! day dözüb qala bilmərəm ürəyim partlır!gərəy qayıdam.”
Qayıtmaq fikri yuxusunun olan qalanın qaçirtdı.bir səs gəlirdi .qulaq asdi :azan səs idi.Türk möəzzinin həzin səsi.istədi qulaq verə bəlkə fikrlərin onuda.Azan qurtardi.ancaq fikrləri yerində idi.ürəyi Azərə görə çırpınırdı.ürəyin yavaşıtmaq üçün Azərin adın ardıcıl təkrar etməyə başladı:
-“Azər!Azər!Azər!...”
Ancaq bu ad onu ürəyin daycada dalqalandırdi.day ürəyi qızmırdı Azərdən bir nəfəsdə uzaq ola.
5
Gönortaya yaxın oyandı.day dəli olurdi: “niyə?niyə?niyə?” “niyə”lər yağış olub beyninə yağırdı:
“niyə Qulinan savaşdım?niyə bura gəldim?niyə bizim şəhərdə bizi iş tapılmır?niyə bizə dəyər vermirlər?niyə dilimizi və ləhcəmizi lağa qoyub gülürləü?məgər bizi Allah yaradmayib?Alla bizi Türk yaratmaqda bizə zülüm eləyib?!Allahda zülm eləyəndir?niyə gərək məcbur olam Azəri almaq üçün qurbətlərdə iş dalısican gəzəm?niyə mənim şəhərimdə kərxana yox?şirkət yox?olan qalan gözümüzün ağı qarası kərxanalarda vərşikəst olur bağlanir?niyə Fars əbəbiyyatı oxudum?Fars əbəbiyyatın lisansı da oldu lisans?Fars özü bizə nə qədər dəyər verir ?biz niyə gərək oların yumaqçasın böyüdək?niyə bu ədəbiyyatı oxuyanlara bu məmləkətdə iş yox?niyə gərək öz ana dilimi oxuyub yazmaqa məhrum olaq?Fars özü nədir ədəbiyyati nə ola?! A...y! Baybək mənə demişdi ki buların nə dilərinin dəyəri var nə ədəbiyyatlarının nə də özlərinin!niyə onun sözünə baxmadım və dörd il ömrümi plumu cavanlığımı qoydum bu riştəni oxudum?! axırdada heç?!iş yoxdu.adamım da yoxdur məni işə sala...”.
Ancaq bu “niyə”lərə cavab tapanmırdı.boğazı qurumuşdu.suyun şirın burdu. genə fikirə getdi.ev yiyəsinin səsi qalxdı.
6
“üç aydı ev kirayəsin vermir.dəyqə başı çölə çixir qapını açıq qoyur.gəcələr evə gec qayıdır. Çırağı gəcə yarısınacaq yanıq qoyur!mənim o biri üzüm dönsə dədəmidə tanımarama!ona bildirərəm ki kimnən tərəfdir!suyu hamamda hədərə buraxır. səsin atır başına mahnı oxur!bilmir evdə qız var;gəlin var!axı qonşular adama nə deyər?ho ho ho ho ho..!!Türki oxur!axı hər filan filan olmuş istəsə gedə hamama getsin çölə!day bunnan belə qoymaram suyu hədərə verə pulunda vermiyə!”
Təzə yetişmiş qəribə cavan eyni Ylnı idi.eləbil bir almanı yarı bölübsən!yalnız qara uzun saqqalı onu Yalnızlan dəyişik düşməyinin qabağın alırdı.bunun bığıda Yalnızınkınlan güdə idi.dodağının üstündəki tükləri qırpmışdı.ondan keçənlən sora Yalnızın gözlərindəki parıldayan baxış bu cavanın gözlərində görükmürdü. başın gah aşaqa salırdı və gah yuxari aparırdı,qoca arvadın sözlərinə hösələsizliylən dözürdü.qoca Türkini göclən qəliz Gilk ləhcəsilən danışırdı.elə ki bir az dayandı töşkün dərə cavan fürsəti qənimət saydı dedi:
“indi bilmirsüz hara qoyub gedibdi?”
-“mən nə bilim hansı cəhənnəmə itib gedib!mən fəqət bunu bilirəm ki üç aydı kirayəsin vermeyib. Su nan bərqin pulun vermeyib.hələ gə gör səni Allah nə oyunnan çıxıb?!gör otağımın duvarların nə gönə salib ey?!gö...”
Cavan əl elədi cibə neçə təzə göv minlik çixartdi qoydi qocanın avcına.su odun üstünə calandı!yaşlı qocanın səsi xırp kəsildi!kağız pulları caynağında bərk bərk sıxdı və barmaqilan bir alçaq ağac qapını görsətdi:
“buyuruz xahiş elirəm!buyuruz!”
Cavan qapıya sarı getdi və qoca obiri taya: üstü küləşli küməyə tərəf.otağa girmək üçün əyildi:bir qaranlıq dar dörd-duvarlıq.ağacdan bir kiçik pəncərə duvarların birinin örəyində.ilk gözə dəyən şey pəncərənin üz bə üzündəki duvar idi:şəkillərlən dolu.pəncərənin tinində bir əski canamaz işsizliydən bezmişdi.evin boğulmuş havasi nəmişli və ağır idi .tərpəşmirdi.elə bil ölmüşdü.dözülməz nəmiş iyi.pəncərənin çəftəsin çəkdi üştə.iki tayın birdən açdi.eşiyin sərin havasi sanki fürsət gəzirdi lapdan yürüdü otağın içinə!
Çırağın kilidin basdı.otğın ortasında çirkli simlən aslanan lamp ışıldadı:Böyük bir Şair ki üz tutub Dağa sarı, ürək sözün O Dağa deir!Onu kiçik şairlər və yazıcılar qomaralayiblar.oların bütününlən üstün köhnə saralmış qıntırışmış bir şəkil:uca boy qıza oxşar bir Yalavac.uzun zil-qara saçların çininə töküb;bir Böyük Kitab qoltuğuna alıb.sağ əlinin şahid barmağın gövə qaldırıb.başının çevrəsindən hər yana ışıq saçir!lampın cansız ışıqı dik qaşlarının arasına düşmüşdü.üzü aydın deyildi. şəkilin sol qulaği çönmüşdü...
bir qəzet yarpağı moketin üstünə üzüquylu düşmüşdi:bir adlı oynancaq filmoyunçusu.onun gülmək şəkili.lökdodaq ağzın qulağının dibinəcək açmışdi.üzünün qırışlari uzun qırqıdimdik burnunun gülünclüyün artırmışdı.şəkilin ağzın cızmalamışdılar.yekə ağ-apbaq at dişləri qap-qara olmuşdu!vərəqi atdı bir yana.yaxçı baxdı:otağın bütün diləylərin bir bucaqa yığmışdılar:bir rəngi getmiş tək gözlü qaz ocağı onun üstündə bir bala çaynik yorğunluğun alırdı.neçə ruf qab.otağın ləməsində mığmığalar qan yuxusuna getmişdilər!
Ayrı buqçaqda neçə yazıq qara günlü kitab!qabıqların əldən vermişdilər.iki sıra da yerə düzülmüşdülər.birinin üstündəki kitabı götürdü.saralmış kahi vərəqli kitab.qıraqları əprəyib tökülmüşdü.üstün oxudu: “Şahname-ye-Ferdovsi”,o birisin: “Pənc gənc-e-Nezami”, “Golestan-e-Sədi”, “Məsnəvi-e-Moləvi”, “Divan-e-Hafez”!
Şahnaməni vərəqlədi:vərəqlər qələmlən yazıq-yazıq olmuşdu.çox beytlər qaralanmışdılar.çox vərəqlərin qıraqı yazılmışdı.kitabı bükdü. qoydu yerinə.o biri sıranın kitabları az- azca cavan iydılar ancaq olarda cildlərin oduzmuşdular: “Məcmue-şer-e-mən”Nima Yuşic dən, “Təvəllodi digər”Furuğ-Fərroxzad, “Ayda dər Ayene”,Ahməd Şamlu, “Həşt ketab”Sohrab Sepehri.Şamlunun kitabın açdi:bir şerin neçə misrain bərk cızmalamışdılar.kitabi bükdü atdı yerinə. Yalnızdan xəbər olmadi.əsnədi. hösələsiz göz gəzdirdi:bir uca kiçik taqçada iki kitabın qiraqı görsənirdi.olara maraqlandi.ayağının altına bir güdə masa göydi olari götürdi.iki incə ancaq təzə kitab: “Sazımın sözü”Bulut Qaraçurlu dan və “Ağ atım” Huşəng Cəfəri dən.Ağ atımı açdi.gücükə gücükə oxudu:
“Ağ atım/at qədəmin...yort[yox!]...yurt...yurtma[ahan bildim!]yurtma...yeri...yurtma yeri...”
Day qalanın oxuyabilmədi. kitabi bökdü goydi yerdəkilərin üstünə.bökülmüş bir kağaz kitabların yanında var idi .safaltdi .oxudi.Yalnızın xəttin tanıdı...ah çəkdi.başın tovladi və kağızı quydu kitabların üstünə.
7
Cavanın qol saatının güdə yoğun əqrəbəsi 3 sayısın görsədirdi.day acıqlanmışdı:
“Yalniz,arxayınsan halın yaxşıdı?!”
Yalnız dodağının tiniylən gülümsədi:
“mənim halımın sözü yoxdur Yalqız can!!”
Və sigareti somurdu.
Yalqız başına çığırdı:
“oyunbazçılığı burax görüm!məgər deməmişdin “mədarikimi göndərəcəyəm sənə məni yazdır “İrşad-i-İslami” idarəsinə?!” bilirsən sənə görə neçə nəfərə üz tutub yalvarmışam. sənnən xəbər yox?!çörəydən qaçırsan?!burda nə elirsən?iş gücüvün adi nədir?!acunnan öləcəysən?!”
-“acımnan ölsəmdə onnan yaxçıdı ki Hacı Əfşinin boyunduruğunun altına soxulam qardaş!İrşad idarəsində iştəməyin qiməti nədir?öz arvadımı Əfşin oğlu Kuruşa bağışlamaq dır?!nədən mənə bu belə ürəyi yanmışlıq eləyirlər?!Farsların mənə yazıqlıqıları gəlib?! insan dostluğları tutub?İsfahannan durub gəliblər mənim kimilərə köməy üçün?!hami bilir Ərocağında Azərdən gözəl qız yoxdur. mənədə yalnız onun quru canı qalıbdır.nə istəyirlər?!bütün şəhəri qomaralayıb əlimizdən alıblar bir namusumuz qalıb ona də tamah sallayıblar?!deyirlər bizlən din qardaşdılar. qardaşda qardaşı lağa qoyub gülər?!qardaşda qardaşın arvadına göz tikər?!əgər sən mənim qardaşımsan unu bil ki Yalnız acınnan ölsədə öz əliylən namusun yadlara bağışlamaz.məgər anamızın necə əllərə düşməyin onudubsan?görmürsən hamı küçədə, qəhfəxanada,məçiddə, hər yerdə bizi görəndə necə başlarıylan ,gözlərilən bizə işarə eləyib necə pıçıldayırlar və başların tovlayırlar?!hə qardaş olar deyirlər “Ərən xanım belə gəldi Ərən xanım belə getdi! bu iki igid oğlan ki nənələri qurban boylarına Ərən xanımın oğludular!!”kor san?! gözün görmür?qulağın eşıtmir? Buları eşidib təhəmmül eləmək dözüm isteyir.dağda bu sözlərə dözməz!kəhlik kimi başıvı soxubsan qarın altına özüvi vurubsan beqeyrətligə elə bilirsən heç kim bizi görmür?!görmürsən gözəllər gözəli adı Məşədi İsamyıl arvadı olan Ərən xanım, neçə Ərin arvadıdı?!elə mən nənəmin şərminnən gəlmişəm bu qurbətə özümi yandırıram.heç olmasa burda biri məni tanımır.demir ki bu filan kəsin oğlu filan kəs dir.korluq da çəksəm qulağım dinc dir canım rahat.saat ba saat məcbur döyürəm söz eşidəm ürəyim çürüyə. Əfşinin gözünə özüvü görsətmək üçün saqqal qoyub barmağuva yekə üzük taxıb yaxavi bərk bərk döymələyib namazın əvvəl səfinə sıxılıb, niyə boynuvu burursan?...”
“mənə bax qızışma çox yeyin gedirsən! düş birbirimizlən gedək!əvələ budu mən sənnən qabaq bilirdim bizim başımıza nələr gəlib və gələcəkdədə nələr gələcək!bilirəm ki lənətlik İsmayıl nənəmizi iş idarəsinin rəyisliyinə yetişmək üçün Əfşinə bağışladı.özünündə çaxırına dava qatdılar verdilər içdi parttadı!!yəqin istəyirdilər Ərən xanımı arxayın minələr!!yadınnan çıxıb biz uşaq ıydıq, Əfşın İsmayıl evdə olmayanda gələrdi bizə. bizi salardi otağa nənəmizlən qapının dalında zornan nə elərdi?!yadındadI olar qapıya daynardılar və qapıya dəydikcən biz ikimiz qorxuşardıq çığırışarardıq vəli olar qapını açmazdılar?!elə bilirsən o günlər yadımlan çıxıb?!hansi köpəy oğlu o iti bizim evə göndərir di? Həsən bəy diri olsaydı qoyardi biri altının arvadına əyri baxa?!qan salmazdi?!mən özümi Əfşinin adamlarına qatmışam fürsət gəzirəm haçan əlimə girəvə döşə özüm bilirəm o itlən nə eləyəm.ondan keçənnən sora sən öz evivi adaqlıvı buraxıb gəlibsən bora ki nə olsun?!əgər döyüşçu sən, döyüşməy üçün gərək cibündə pulun ola.acdığnan döyüşmək olar?!...”
Yalnız sözün kəsdi “sən bir lüvən dir deyirsən fürsət gəzirəm;fürsət gəzirəm!bə haçan bu fürsət ələ düşəcək?baba!namusumuzu Əfşin sağa sola satır!nənəmizin baş oynaşı Əfşindir bunu düşün! anna!qan!başa düş!.cavanlıqında canı sulu olanda İsmayılxannan ikisinin bir arvadı var idi!indi ki Ərən xanım köpəyleyib bəzəy düzəynən də eləməy olmur onu dözmək, köpəy Əfşin onu Çaqqal Hakupiyanın evinə göndərir!hə!bizim gözəlçəmiz həfə başı gecənin bir saatın çaqqal Hakupiyanın qucağındadır! ağzuvi doldurub nənə nənə demə! o qırışmaldan day bizə nənə çıxmaz! Hələ harasıdı?! Köpəy Əfşin nənəciyimizin vədəsin Gentuman Çaqqal uca Abdulluha verib!onuda az yox həftədə üç gecə!!görüsən?!nənəmiz qocalığındada yaxşı pula gedir!yox?!hələ mən Dumanlı adanın Sarı tüklü ağzıboz qoca Tülküsün demirəm ki altı lüvənnən çoxdu nənəmizi Əfşinlən bütün gecələr ikisi minirlər!! Hə!! Quzeyli Sovuqluq şəhərin Yavakı Kaftarın niyə demirsən?!o ki day bir lüvən dir Əfşinlən bağlaşıb abamızı yeməydə heç kimə amman vermir?!indidə hamı qutarıb mənim arvadıma gözləri düşüb!indi Azəri mənim əlimnən çıxartmağa çalışırlar ...”
Yalqız onun sözün kəsdi:
“Yalnız ,nə olub?!mən ölməmişəm ki Əfşin oğlu, Azəri sənin əlinnən ala.dəli olubsan?! Nə danışırsan?!bu sözlər nədir deyirsən ?!Tülkü kimdir?Kaftar hansı dır?!”
Yalnız istədi danışa ancaq Yalqız brmağın quydu dodağının üstünə:
“sıssssss!danışma oğlan! bə eşitmeyibsən ki deyiblər “duvarın siçanı var siçanında qulağı!!ədə! sigaruvun külün tök!”
Yalniz sigaretin qabağa uzanmış külün baş barmaqilan közlüyə çaldı.onu qovzayıb somurdi və aha qarışıq nəfəslən pilədi eşiyə.başın saldı aşaqa tovladi.Yalqıza altdan yuxarı dannaqli baxışlan əyri baxdi:
-“ sən niyə Farsların məsəllərin çevirib bizim dilimizə deyirsən?! Türklər nə birinnən qorxublar nədə belə belə iyrənci məsəllər oların dilin bulayıb.bu damnan duvardan siçanlardan qorxmaqı siz Farslara qarışmışlara yaxşı gəlir ki eldən çıxan qeyrətlilərnin ürəyin boşatmaq üçün ağzuza alıb danışasuz.oğlan! yüz ildi bu yazıqları özgə dilinin məsəllərinən qorxudursuz.bir utanun axı!day bəsdir!bebelə də satqınlıq olar?niyə öz atalar sözümüzdən demirsiz ki “qorxan min dəfə ölər igit bir dəfə!”onnan keçənnən sora sən əgər dinçisən dinçiliyə güvənirsən, niyə Hüseynin böyük sözün savın demirsən ki “alnı açıqlıqlan həq üstündə ölmək boyunduruq altında alnı kölgəli yaşamaqdan yaxşı dır!”
-“görürəm ki üstadın Baybək yaxşı beynivi yuyub. səni yaxşı doldurub! ancaq bunu bil:sən əvvəl gərək diri olasan sora eliyə biləsən haqqıvı alasan ya ala bilmiyəsən.Baybək çox yeyin gedirdi.elə sanırdı ki haraylayıb hay-küy szlmaqlan Əfşinin quldurlarının qabağında dayana bilər nə oldi?!totdular boğdular!”...
-“elə baybəkidə sənin kimi düşünənlər şeytanlatdırdı; tutdurdu; boğdurdu.ancaq o ölməyibdir.baybək kimin öğlan-moğlanlara ölüm yoxdur.hər gün ki keçir dərinnən inanıram ki o düz deyirdi və mən onda kal idım. Baybək ölməyib onun fikirləri diridir.onun yolu yalnız yoldur...”
Yalnız birdən yerdən qalxdı çığırdı:
“hə qardaş! bu yalnız yoldur!!”
Sigaretin közü barmaqlarının arasın sacdi.qoca arvadın səsi qovzandi!...
Diqqət:
Bu nağılın qalanı var!