Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Tənqid » Nazim Yasamal. Şərif ağ elədi

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Könül Də ...
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» əziz Nesin- hekay& ...
» G.Mövlud- Fotosess ...
» S.Baycan-Saakaşvil ...
» Sevincdən yeni  ...
» Mənəvi repres ...
» Sevinc Pərvanə ...
» İllər
» Güntay Gəncal ...
» Cemal Süreyadan bi ...
» Ibrahim Sel.Trivial qir ...
 
Arxiv
Sentyabr 2010 (18)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Yalnız İnsan. Şeirlər
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Aqşin Yeniseyin müsahibəsi
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
 
Nazim Yasamal. Şərif ağ elədi

  Bölmə:    Tənqid

Nazim Yasamal
nazim.yasamal@box.az

Şərif Ağayar ağ elədi

Ədəbi mühitin son hadisələrindən biri gənc yazıçı Şərif Ağayarın AYO-dan çıxıb AYB-yə keçməsi oldu. Bu hadisə elə səs-küy doğurdu ki, heç Əkrəm Əylisli Əylisdən Bakıya gələndə belə səs-küy qoparmamışdı. Hamı Şərif Ağayarı satqınçılıqda günahlandırdı, Natiq Güləhmədli çox kəskin bir məqalə ilə çıxış etdi, bunları yazdı: “Şərif 20 min, 40 min də işarəlik səbəb yaza bilər. Ancaq onu heç kim oxumayacaq. O, bütün Azərbaycanın itgisidir. Yırtıcı mahiyyətli Azərbaycan hakimiyyəti bir gənci də məhv etdi. Onun parlaq gələcəyinə ləkə vurdu. Lənətə gəlsin görüm o vəzifəni, kreslonu Şərif 5 ay öncə Mədəniyyət Nazirliyində dövlət qulluğuna girmişdi. Kreslonun onu bu cür dəyişəcəyini şair İntiqam İntişdən başqa heç birimiz gözləmirdik.” Sanki Şərif ermənilərin tərəfinə keçmişdi, qərəzli və kəskin ittihamlar o dərəcəyə çatmışdı ki, yazıq Şərif yeni il bayramının qara gəldiyini etiraf etməli oldu. Onun intihar edəcəyini gözləyənlər də var idi. Lakin Şərif AYO-çu dostlarının düşündüyü qədər də sadəlöv deyildi. Özünün cavab mesajlarında bunları deyirdi ki, yaxşı əsərlər yazmaq lazımdır, kimin hansı təşkilatda olması boş şeydir. Əsərlərə gələndə isə, hələlik Şərif gənclər arasında ən güclü nasir hesab edilir, 10-a yaxın hekayənin müəllifidir. Şair kimi uğur qazana bilməsə də (Şərifin “Səhra yuxuları” adlı şeirlər kitabı 2004-cü ildə nəşr olunub), Qarabağ mövzusunda yazdığı güclü hekayələri ilə məşhurlaşmağı bacarıb. AYO sədri Rasim Qaracanın yazdığına görə Şərifin nasir kimi formalaşmasında və ad qazanmasında AYO-nun rolu olub: “AYO üzvlərindən ilk dəfə Elxan Zal bu cürə xəlvəti AYB-yə tərəf sızıb, təsadüfən cibində AYB-nin biletini görən olmasa kimsə bundan xəbər tutmayacaqdı. Daha sonra Murad Köhnəqala qəflətən qəzetə müsahibə verərək AYO sıralarını tərk edib, yenə də dostlara bu haqda bir şey söyləmədən. Eyni hərəkəti Günel Mövlud təkrar edib - heç kəsin gözləmədiyi halda Xural qəzetinə müsahəbəsində artıq AYO-da olmadığını açıqlayıb. Açıq demək lazımdır: Şərif də daxil olmaqla, bu insanlar AYO sıralarında ad qazanıb sonra bu dost yuvasına tüpürüblər. Çünki, yalnız təşkilatlanma və aktiv fəaliyyət sayəsində adlar seçilməyə və güclənməyə başladı.” Guya AYO olmasaydı Şərif yazıçı kimi tanınmayacaqdı, AYB də onu öz tərəfinə çəkmək istəməyəcəkdi. Soruşan lazımdır, AYO belə sağlam təşkilatdırdsa yazıçılar onun sıralarını niyə tərk edirlər? Əksinə, AYB-də Şərifi gözdən salmaq istəyən qüvvələr də var. İstedadlı tənqidçi Əsəd Cahangir Şərifin qiymətini belə verib: “Eyni özündənrazılıq problemini Ş.Ağayarın adı postmodernist, özü realist olan "Kərpickəsən kişinin dastanı" novellasına da aid etmək olar. Doğrudanmı, otuz yaşını keçmiş bir adamın bəzən cümlələri belə yerində olmayan, birqatlı realist təfəkkürə əsaslanan alababat bir novella yazması onun mətbuatda özündən bu dərəcədə razı bəyanat verməsinə haqq qazandırır: özümü yaşıdlarım arasında ən güclü potensiala malik nasir sayıram. Şərif, gülürsən? Gülmə! Unutma ki, sadəcə realist-psixolji düşüncə çağdaş oxucuya artıq vız gəlir.” Sitatın sonu. Gördüyünüz kimi, Şərifi AYO-da yazıçı sayırlar, özü də postmodernistindən, ancaq AYB-yə onun yaradıcılığı vız gəlir. Sual yaranır, elə isə Şərif AYB-yə niyə keçib? Ehtimallardan biri belədir ki, Əsəd Cahangir AYO ilə, konkret olaraq Rasim Qaraca ilə gizli razılığa gəlib, AYB-ni içəridən parçalamaqla məşğuldur, buna görə də bu təşkilata yenicə girmiş Şərifi “vurur”. Anara sədaqətli qüvvələrin (Səlim Babullaoğlu, Elçin Hüseynbəyli) buna görə Əsədlə araları yoxdur. Şərifin AYB-yə keçməsi hadisəsinə ən obyektiv qiyməti isə Elmin Həsənli verib: “Mən hesab edirəm ki, Şərifi bu qədər ittiham etməyin yeri yoxdur.Bu adam yataqxanada yaşayır e. İki uşağı var. Ömür keçir. Neyləməlidir? İdeya uğrunda öz həyatını üstəgəl uşaqlarıvın həyatını məhv etmək?” Doğru sözə nə deyəsən. Son günlər Şərifi başqa bir AYO-çu ilə, Elçin Səlcuqla görüblər.

"Uc noqte" qezeti
 
Reytinq
 (səs sayı: 8)


Şərhlər: 5
Dərc olunub: 27 Mart 2009
Baxılıb: 852 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: Iyo-kio baba (28 Mart 2009 01:08)
Nə qeyri-professional yazidi..

Bu niye indi oyanib?

Ən absurd cümlə də budu: Şərif hələ ki, gənclər arasında ən güclü nasir hesab olunur.

yox bir! o uzağı gənclər arasında ən arxaiki ola bilər.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#2 yazıb: DANGER (28 Mart 2009 13:35)
lol guclu yazidi haaa
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#3 yazıb: Shahsuvarly (28 Mart 2009 20:20)
Nazim Yasamal real adam deyil!- men bele fikirlesirem ve AYO-culardan biridir. Ve dolayisi ile AYO-nun tebligatini aparir. Buna haqqi var ve muasir PR da bele usullar teecublu deyil. Amma dogrudanmi artiq AYO-nun aciq ve birbasa PR qurmasi kesersizlesib? Dogrudanmi AYO inkoqnitolara mohtacdir? NIYE??? NIYE??? NIYE???
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#4 yazıb: mirmehdi (28 Mart 2009 21:26)
nə başı var nə ayağı
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#5 yazıb: Orxan Z. (29 Mart 2009 10:44)
Bezdim e lap bu söhbətdən.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 851 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 9
Istifadəçilər: 0
Qonaqlar: 8
Axtarış robotları: 1

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
MSN

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.