140 ilin Ağaoğlusu
ƏSƏD NƏSİRLİÇoxdandır yazı yazmıram. Səbəb bir müddət öncə yazdığım yazılarda cəldiyim dəhşətli nəticələr oldu.
Başa düşməyə başaladım ki, onsuz da yüz ildən artıqdır bu xalqı tənqid, söyüş atəşinə tutsaq da heç nə dəyişmir ki, dəyişmir.
Bəzən düşünürəm ki, bəlkə, tutduğumuz yolun özü səhv yoldur. Bəlkə də, başqa yollar axtarıb tapmalıyıq bu xalqa, cəmiyyətə təsir etmək üçün.
Həsən bəy Zərdabi, M.F.Axundzadə, Mirzə Cəlil, M.Ə.Sabir, Üzeyir bəy Hacıbəyli və adını çəkə bilmədiyim bir çox şəxsiyyətlərin bu yöndə yazmadığı, demədiyi qalmadı, nə dəyişdi ki? Yenə heç nə. Əksinə, xalq bir az da sırtıldı, artıq heç nəyi vecinə almamağa başladı.
Nə isə. Söhbətimiz bu deyil. Bu gün bu axının içindən öz fərqli, fundamaetal, kəskin düşüncəsiylə sıyrılıb çıxan böyük şəxsiyyət Əhməd bəy Ağaoğludan danışacam.
Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin və Milli Elmlər Akademiyasının təklifi əsasında Mirzə Cəlilin 140 illik yubileyi keçirildi. Hər halda, Mirzə Cəlil üçün bana da şükür etmək lazımdır...
Ama Əhməd bəy Ağaoğlu... Bəli, Əhməd bəy də Mirzə Cəlillə eyni ildə, yəni 1869-də anadan olub. Ancaq onun bəxtinə Naxçıvanda yox, Şuşada anadan olmaq düşüb... Son nəfəsinə qədər öz doğma Qarabağ şivəsini belə unutmayan bu böyük şəxsiyyəti Azərbaycanda unutdurmaq istəmək də
MƏQSƏD NƏDİR?
Ağaoğlunun bircə “Üç Mədəniyyət” kitabı bəs edər ki, bugün onu unutdurmağa çalışanların iç üzünü, iyrənc siyasətini açıb göstərsin.
Atatürk kimi böyük öndərin qarşısında belə əyilməyəm, lazım gəlsə onu kəskin tənqid edən Əhməd bəyə Atatürk etiraf edib deyir: “Bu kafa yalnız bir türkdə ola bilər”. Bəli, bugün Ağaoğlu kimi öndərləri unutdurmağa çalışanlar öz iç üzlərini və iyrənc siyasətlərini gizlətməyə çalışanlardır. Ama indi Əhməd bəy aramızda cismən yoxdursa da, onun min illərlə yaşayacaq ideyaları, fikirləri var və biz – bugünün həqiqi gəncliyi bu ideyaların, fikirlərin daşıyıcılarıyıq.
Yox, bu, pafos və boğazdan yuxarı sözlər deyil, bu, Ağaoğlunun böyüklüyünün göstəricisidir. Azərbaycanlı müəlliflərin içində yeganə müllifdir ki, məni bu qədər dəhşətə gətirə bilib.
– Xaricdə təhsil alan ilk azərbaycanlı (Paris Sarbonna universiteti);
– 9 xarici dili, Şərq və Qərb tyarıxini, fəlsəfəsini, dini mükəmməl bilən;
– Azərbaycanda “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” bir çox mətbuat orqanlarının başçısı;
– 1905-də ernəni qırğınına qarşı “Difai” təşkilatını yaradıb qırğınlara son qoyan;
– 1908-də, indiki Flarmoniyanın binasında qoçulara döydürülən, 1909-da özümüzkülərin və Qafqaz canişini Voronsov-Daşkovun təqiblərinə dözməyib vətənini tərk etmək məcburiyyətində qalan;
– Türkiyə Xalq Cümhuriyyətinin İstiqlal Bəyəmnaməsini hazırlayan öndərlərdən biri;
– Türkiyədə “Anadolu” agentliyinin , “Axın” qəzeti və bir çox mətbuat orqanlarının yaradıcısı və başcısı;
– İstanbul Universitetinin professoru;
– Türkiyədə ilk qadın vəkilin Sürayyə Ağaoğlunun atası;
– Və hələ saya bilmədiyim yüzlərlə böyük işin sahibi, Türkiyədə indidə davam edən böyük Ağaoğlular nəslinin başçısı
ƏHMƏD BƏY AĞAOĞLUNA
Azərbaycanda indi bir balaca yubileyi də çox görürlər.
Əslində, bu pak, təmiz şəxsiyyətə bizimki kimi iyrənc cəmiyyətdə, iyrənc rejimdə yubiliey keçirtmək də günahdır. Öz siyasətlərinə bulaşdırmadıqları bircə ziyalımız var, qoy onu da kirlətməsinlər!
Qoy AyıB, MEA getsin naxçıvanlıların yubileyi barədə prezidentə təklif versinlər. Qoy Əhməd bəyə bubiley keçirtməsinlər. Biz istəmirik onu da “azərbaycanlı” edib gözdən salsınlar.
Biz nə qədər varıq Ağaoğlunun gördüyü işlərə, ideyalarına, fikirlərinə, şəxsiyyətinə xələl gətirmək, onu unutdurmaq cəhdi mümkün olmayacaq!
140 yaşın qutlu olsun, ULU ÖNDƏR!