Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Məqalələr » Ağalar Məmmədov -Tale şairi Ramiz Rövşən

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Könül Də ...
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Nazim Yasamal.
» Z.Səfəroğ ...
» Qulamrza Təbrizi. ...
» Aliya. ÇÀĞ-DÀ ...
» Şahbaz Xuduoğ ...
» Elmin- düz yaz ...
» Elçinin təbri ...
» Əbülhəs& ...
» İntiqam- Çe&# ...
» AYO-nun qeydiyyatı
 
Arxiv
Sentyabr 2010 (18)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Yalnız İnsan. Şeirlər
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Aqşin Yeniseyin müsahibəsi
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
 
Ağalar Məmmədov -Tale şairi Ramiz Rövşən

  Bölmə:    Məqalələr

Ağalar Məmmədov -Tale şairi Ramiz Rövşən














Ağalar Məmmədov

Tale şairi- Ramiz Rövşən


"Bu gecə ay işığına çarmıxlanıb qalan mənəm”

“Bəlkə də hə… bəlkə də yox!..”

Metafiziki “bəlkə”nin şairidi Ramiz Rövşən.
“Bəlkə də biz xoşbəxt ola bilərdik, Bəlkə də xoşbəxtik xəbərimiz yox”. “Bəlkə də üzümüzə çırpılan qapılardan, Üzümüzə açılan qapılar qorxuludu”.
E. Blox yazır ki, insan daim “hələ-tamamlanmamış-olan”a sarı yaşadığı üçün ümid eləməyə məhkumdur! Ümid ölə bilməz, çünki faktik olaraq heç vaxt heç nə qurtarmır. Gələcək gəlməyə davam edir. Gələcəyin bir dəfə də bizim ümidimizi gətirməyəcəyini kim iddia edə bilər?! Buna görə də, insanın ümidə haqqı var və o, bunu hiss edir. Gələcək elə ümid deməkdi. Ümid bizim Gələcəyə pıçıldadığımız arzu(muz)du: “Noolar, gələndə onu (da) gətir” deyə. Əsl ümidsiz adam gələcəyin ona umduğunu gətirəcəyinə son inamını itirib, özünü öldürən adamdı. Hələ ki, intihar etməyənlər üçün qəti heç nə yoxdu, “bəlkə”dən başqa.
Ümidin başqa bir adı “bəlkə”di. Amma Ramiz Rövşən öz şeirlərində gələcəyə aid “bəlkə”lərdən danışmır, keçmişə, bitmişə aid “bəlkə”lərdən danışır. Ümid deyil onun “bəlkə”si, daha çox “heyf”di. Ona görə onun “bəlkə”si kədərlidi.
Ramiz Rövşənin yalnız bir ümidi var: “…öləndən sonra qəbri üstə ağlayası, bir qara paltarlı gözəl qadına”. Amma bu ümiddən, elə onun öz fikrincə, hər kişinin varıdı.
Füzulidə inam var allahın kəramətinə, lütfünə, real, yaşayan sevgilisinə xitab var, canlı yalvarış var, intizar var, bütün bunlara görə də ümid var. Ramiz Rövşəndə bunların heç biri yoxdu. Onda yaşanmış sevginin, yaşanmış ömrün və illərin ardından deyilən ağı var eləcə.
Sevgisini izhar eləməyə hazırlaşan adam gərək Ramiz Rövşən oxumasın. Çünki debütant aşiq onun şeirlərində nə sevgilisinə deməyə şeir tapar, nə də öz sevgisini alovlandırmağa nəsə. Ramiz Rövşəni sonda oxumaq gərək, sevgi buza dönəndə. O, başlanğıcın yox, “sonlanğıc”ın şairidi. Ramiz Rövşən başlamır, qurtarır. Onun şeirləri sonun laylasıdı.

“Mən öz taleyimdən necə gizlənim?!”

Allah alın yazısının müəllifindən başqa bir şey deyil Ramiz Rövşən poeziyasında. Allah tale ilahəsidir onun üçün, Tüxedir, Fortunadır, başqa heç nə deyil. Hərəyə bir “ölüm əmri” yazıb, çıxıb gedib bu allah, mirzələr kimi. “Bircə allah bilir…”.Onun “allah” dediyi Məhəmmədin, islamın allahı deyil. Allah onun üçün tamaşaçısız tənhalığın ortasında, yalvarmaq üçün naməlum ünvanın ifadəsidi. Dini deyil, mifo-poetik obrazdı onda allah. Əksini desə, buna ancaq təəssüflənərəm.
Onun şeirdəki “allah”ı bayquşdan çox da fərqlənmir. Əgər o, “Bacım bayquş, qurban olum, ulayanda bərk ula, Səsə gedim, qaranlıqdı, görmürəm” deyərkən, nə hiss edirsə və hiss etdirirsə, “ay allah” deyəndə də oxucuya elə onu hiss elətdirir.
Şeirlərindən hiss olunur ki, Ramiz Rövşənin “öz içində hamıdan uzaq” yaşadığı bir ömrü var. “İlan balası” gizli bir ömrün daxili iztirabından törəyib. “İlan balası”nı yaradan hal və heç kimin xəbər tutmadığı daxili iztirab Ramiz Rövşənə nəsib olub. O, buna sevinməlidi. Mən hələ “İlan balası” şeirini özümdən özgə düz-əməlli hiss edən ikinci bir adama rast gəlməmişəm.
İlan balası ilan deyil, baladı. Amma məsələ ilan balasında ilanlığı yox, balalığı görməkdə də deyil. Söhbət daha dərindi: Hələ bala sayıldığın yaşlarda, bala-bala hiss edirsən ki, sən deyəsən “döşünün altında sevən bir ürək, dişinin altında zəhər tuluğu” gəzdirən ilansan axı. Və üstəlik bu, sənin taleyindi, günahın deyil! Hamı günahkardı, amma heç kimin günahı yoxdu. Bunu başa düşdüyünə görə, hamı sənin başını əzməyə hazır olanda, Ramiz Rövşən sənin taleyinə ağı deyib ağlayar. Çünki o, “yerdən baxmır”, taledən baxır. “Dünyaya çoxdan baxıram”, “Göydən, allahdan baxıram”. “Bu köhnə dünyadı elə-beləcə; Gördüyün kimidi, özgə cür deyil”. “Dünya mənə tanış gəlir”. Burda heç nə dəyişmir, hərlənib-firlanıb, “Özünə qayıdır hər şey özünə”. Ramiz Rövşənin tale şairliyi budur.
Və talenin qarşısıalınmaz fatal hökmünü öz qismətində müşahidə edən şairdi o. O, öz şairlik missiyasını talenin tərcümanı kimi müəyyən edib. Və talenin qara xəbərlərini gətirməyə məhkum olduğuna inanan günahsız şairin vicdanıdı onu ağı dedizdirib ağladan.
Bu da onun irrasionalizmidi. Mən dəfələrlə müxtəlif yazılarımda deyəndə ki, islami aromatda azəri irrasionallığı, məsələn, Uzaq Şərq irrasionallığından fərqli olaraq, fertil (məhsuldar, bərəkətli, doğucu, sağlam) deyil, elə bunu demək istəyirəm. Bunun nəticəsidir ki, biz elmi düşüncədən bir az aralanıb, poetik, fəlsəfi işlə məşğul olmağa başlayan kimi dərhal dini-mövhumi quyuya düşürük. Buna görə də bizə rasional təfəkkürlə yanaşı, sağlam fəlsəfi irrasionallıq da lazımdı! Bu isə artıq Ramiz Rövşənlik deyil. Əksinə, Ramiz Rövşəni hələ alqışlamaq lazımdır ki, o, cin-şeytan irrasionallığına aldanmayıb.
Füzuli əgər yalnız özünə ağlayırdısa, Ramiz Rövşən əzab çəkən hər şeyə göz yaşı axıda bilir: ilan balasına, yalquzağa, süd dişi düşməmiş uşağın bivaxt sevgisinə, quşlara, kəpənəyə, başı kəsik kötüyə, əzizlərin itkisinə, təklənmişlərə və s. Əlbəttə, psixoloji baxımdan son nəticədə o da özünə ağlayır, öz qismətinə, amma müxtəlif epizodlarda, başqalarının həyatında. Ağlanmayası, göz yaşına gəlməyəsi tale yoxdu Ramiz Rövşən üçün. Şəfqətli ana ruhu var onda. Elçibəylə onun xarakterini birləşdirən gizli bağlardan biri bu idi. Yeri gəlmişkən, Elçibəyə yazdığı şeiri də yenə də özünə yazıb: “Səni sevdiklərin daş-qalaq eylər”.

“Bağışla”

Onun “bağışla” yalvarışları yenidən başlamaq üçün icazə istəyi deyil, “əlvida”dan qabaq istənmiş halallıq sözüdü.
Onun “bağışla” xahişi təzə səhərlər arzusu deyil, əksinə, düşən əbədi axşamın son sözüdü “bağışla” onun dilində.
Ancaq elə bu “bağışla”nın özü göstərir ki, Ramiz Rövşən talenin kor qulu saymır özünü, fatalist deyil o. Fatalist üzr istəməz. Fatalist yalvarmaz.
Taleçiliyi talepərəstliyi deyil onun. Əksinə, o ki, talenin ədalətsizliyinə etiraz edir. Etiraz etməyən ağı deməz. Ağı – qorxmuş lənətdi!
Ramiz Rövşən Sürünün Təki təkləməsinə çox ağı deyib. Kəpənəyi “qara-qara qarışqalar” təkləyir, yalquzağı “qorxaq itlərin igid sürüsü”, ilan balasını “zalım dünya”. Sevgi özü də təkbaşına dara düşüb təklənməkdi.
“İlan balası”, “bayquş”, “canavar” – bunlar daha gül-bülbül ədəbiyyatı deyil, dünyanın “astar üzü”dü. Dünyanı astar üzündən yaşamaqdı.
Amma Ramiz Rövşənin yalvarışları zəlilliyə keçmir. Məsələn, “Nəfəssizəm, tez ol, mənə nəfəs ver!”. Boğulan adamın əmr üslubunda olduqca yaraşıqlı, profetik-teatral yalvarışıdı bu! Boğulma eksistensialist temadı.
Mən həmişə inanmışam ki, yalvarış da insanın ehtiyacıdı. Dağlar göylərə yalvaran kimi. Eləcə yalvarmaq istəyirik birdən. Heç kimi tapammayanda isə boğuluruq tənhalıqdan. Amma çox heyf ki, Ramiz Rövşən hələ tam tənha deyil, o, Allaha inanır deyəsən! Buna görə də çox təəssüf ki, o, hələ tam yaxşı boğula bilmir, yalvarışları getdikcə diniləşir. Bu, təhlükəlidi onun üçün. Bəlkə də onu ancaq “qara paltarlı”, gözəl və mistik bir qadın ala bilər Allahın əlindən. Hardadı o, çıxsın xilas eləsin Şairimizi…

“…ölmək istəyirəm”

Ölüm talenin ən ağır, ən “bəlkə”siz sözüdü. Ramiz Rövşən öz vaxtsız ölümünü, intiharını, özünü asmağını, necə ölməyini və ölümündən sonrakı səhnələri çox xəyal eləmiş adamdı. (Şeirlərinə əsasən deyirəm, şəxsi tanışlığımız yoxdu). Erkən ölüm arzulayıb o, özü də tragik, qəhramani ölüm. “Mən o cür yaşayıb ölə bilmərəm – azardan, bezardan, ya qocalıqdan…”. Məsələn, onun “Addım” şeiri tamamilə intihara həsr olunub: “Bir gün olar” ata bilmədiyin o son “bir addımın qabağında diz çöküb, hönkür-hönkür ağlayarsan…”
Bir dəfə də belə deyib: “Mən elə bilirdim, sənsiz ölərəm…”. Məncə çox istəyir o, son addımı ata bilsin, nəhayət bir gün təxminən belə yaza bilsin, ipi boğazına keçirməzdən qabaq: “Sən elə bilirdin, sənsiz ölmərəm?..” Bəlkə də bunu eliyə bilmədiyi üçündür ki, uzun yaşadığından utanır o.
Onun poetik müşahidəsinə görə, insan böyüdükcə, yaşa dolduqca, qocaldıqca əvvəlki “mən”lərini bir-bir ölür, öldürür. Bir ömürdə neçə-neçə insan ölür. O, “ölmüş uşaq Ramiz”, “ölmüş gənc Ramiz”dən danışmaqla, bəlkə də “Eybi yox, gördüyünüz bu Ramiz ölməyibsə də, ölə bilməyibsə də, indiyədək onda çoxlu Ramizlər ölüb” demək istəyir. Bununla, istədiyi ölümü ölmədiyinə görə, bəlkə də öz utancına təsəlli verir.

“Bir də gördün, qanadlanıb üstünə cumdu ölüm”

Onun şeirlərində, qəfəs, qapı, nəfəs kimi obrazlar tez-tez təkrarlanır. Amma “quş” obrazı daha çoxdu onda. Nədir bu “quş” Ramiz Rövşəndə, hardan uçub gəlib onun şeirlərinə? Qadın deyil quş onda. Qadını xatırladan daha çox göyərçindi, xüsusilə göyərçinin yerişi. O isə sərçədən, bayquşdan yazır. Əgər “öl” fel kökünün bir etimoloji mənası doğrudan da yüksəlmək, uçmaq deməkdirsə (qədimdə ölənə “uçmağa vardı”, “uçub getdi” deyiblər), onda “quş” simvolu ölümü ifadə etmiş olur. Ölən – quşa çevrilir. Bu da onun poeziyasının ruhuna uyğundur. “Güc ver bu ağrıdan can qurtarmağa, quş olub yanına uçmağa güc ver”. Xatırladım ki, mələklər də qanadlı insan biçimində, yəni “quş-insanlar” kimi təsvir edilirlər. Başqa sözlə, “quş” yerlə göyü, insaniliklə, ilahiliyi, bu dünya ilə o dünyanı özündə birləşdirən ölüm simvoludur.

“Özün öz yolunsan…”

Ramiz Rövşən şeir quraşdırmır, ona görə də əksər şeirlərini o, əzbər bilir, ona görə nisbətən az yazıb, ona görə də zəif şeirləri azdı. Pis yazır, yaxşı yazır, amma o şairlik roluna girmir, özü demişkən “şair işləmir”, “özünü yazır”, həyatını poetizasiya edir. Əgər səhv yazırsa, deməli, səhv yaşayır. Zəif yazırsa, deməli, zəif yaşayır. O təkcə başında şair deyil, ömründə, öz gerçək varlığında şairdi. Yanıla bilər o, amma aldatmır; yanlış deyirsə, deməli, özü yanılır, amma bizə yalan demir. Budur şəxsən mənim üçün yazı adamının ən böyük dəyəri. Çünki doğruçu adamın yanılması da məktəbdi.
Məsələn, əgər o, “Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla” yazıbsa, axı indi haqqımız çatmır ona deyək ki, sənə niyə elə gəlib ki, onsuz öləcəksən və niyə onsuz ölmədin və nəhayət, ölmədiyin üçün indi ondan nə üçün üzr istəyirsən? Belə söhbət olmaz axı. Bu, onun ömrüdü, sevgisini də belə yaşayıb, belə yanılıb, indi neyləyək.
“İndi belə yazırlar, mən də belə yazım” – uşaq aldanışıdı. Sən öz ömründə ölümcül eksperimentlər, gizli risklər, təhlükəli döngələr eləmirsənsə, yaşadıqların və düşüncələrin sənin özünü vahimələndirmirsə, azmaq üçün yox, çatmaq üçün yola çıxmısansa, sən hələ heç nəsən! “Doğruçu (həqiqi) adam ol, onda nə desən doğru (həqiqət) olacaq” (Lao Tse). Ömür yolun təzə olmalıdı, onda yazdıqların da təzə olacaq. Biz fəlsəfədə buna autentiklik deyirik: “Primum vivere, deinde philosophari” (Əvvəlcə yaşa, sonra filosofluq elə). Ramiz Rövşən buna “şairlik halı” deyir. Haqlıdı.

“Burax gedim, ay işığı!..”

Bu yazımda mən Ramiz Rövşənin nə Azərbaycan poeziya tarixindəki, nə müasir poeziyadakı yerinə, nə də onun gənc şairlərə və sosial təsirlərinə toxundum. Mən onun şeirləri vasitəsilə qaranlıq və tənha ömrünə işıq salmaq istədim sadəcə. Ömrə hörmət eləmək lazımdı.
Amma ürəyimdən nəsə tikan çıxmadı. Deyə bilmədiyim xeyli mətləb də qaldı.
Mən sevirəm Ramiz Rövşəni oxumağı. Bu, nə şeir zövqünün oxşarlığı, nə də fəlsəfi dünyagörüşlərinin üst-üstə düşməsidi; bu, hal eyniliyidi. Onun halı mənə çox oxşayır.
“Burax gedim, ay işığı!..”. Bu misra mənə çox doğmadı, elə bil mənim üçün yazıb…


kultaz.com
 
Reytinq
 (səs sayı: 7)


Şərhlər: 11
Dərc olunub: 6 Aprel 2009
Baxılıb: 1656 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: Irada Isaq (6 Aprel 2009 19:54)
Yaziniz chooox gozeldir Agalar bey. Sizin kimi seviyyeli oxucusu olmaq ozu de bir yazar, shair uchun boyuk xoshbextlikdir.
Inanmiram ki, Ramiz Rovsheni sevmeyen oxucu olsun. Deyirsiniz, belke Ramiz Rovshen ele bil utanir her defe olumunden yazib olmemeye. Amma V.Huqonun bir sozu var: "Olmeyi arzulamaq ozu de ele olmek demekdir".
Ramiz ichimizde danishan bizik. Onun qeleme aldiqlarini eminem ki, hami bir defe ichinde dushunub. Inanmiram ki, ilana nifret edib, amma ona acimayan bir insan olsun. Amma bunu demekden qorxuruq, hetta nenelerimiz her defe ilan gorende "tfu, xallisinin dabanina" deyir ve bu zaman onlarin uzunun qeribe bir ifadesi olur. Qarabagda chox meshhurdur bu deyim, amma bu sozun ne menaya geldiyini hele de tam chozmush deyilem.
Ramizin bir ozelliyi de onun tipik azerbaycan shairi olmadigir. Mene hemishe ele gelir ki, onun sheri hansisa bir xarici shairin ugurla edilmish tercumesidir. Dunyada beynelmilel ruhda yazan az shair var.
Choxlari dunya seviyyesine chixarilacaq bir shairimiz yoxdur deyir.
Alin size azerbaycanli Ramiz Rovshen...
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#2 yazıb: Murad (7 Aprel 2009 00:59)
Irada xanım siz hamını bəyənə-bəyənə hayana gedirsiz belə? Biz sizin tənqidinizi nə vaxt oxuyacıq? Nə qədər tərif olar axı? Bunun özü anormaldı. Yəni ki heç təriflənəsi xasiyyət deyil mənim nəzər nöqtəmcə. Bu yazıya şərhiniz isə lap ikiqat tərifdi, həm müəllifə, həm şairə! Siz qorxaqsız!!! Hamını tərifləyirsiz ki, sizi tənqid edən olmasın!!! Düşməniniz olmasından qorxursuz siz!!! Elə mənə cavab yazmamaqda da səbəb hansısa birinin "eşq macərası" sözündən diksinib qorxmağınız oldu.

Siz Qarabaglisiz?
Şəkliniz ötən yay çəkilib?


Irada xanım siz hamını bəyənə-bəyənə hayana gedirsiz belə? Biz sizin tənqidinizi nə vaxt oxuyacıq? Nə qədər tərif olar axı? Bunun özü anormaldı. Yəni ki heç təriflənəsi xasiyyət deyil mənim nəzər nöqtəmcə. Bu yazıya şərhiniz isə lap ikiqat tərifdi, həm müəllifə, həm şairə! Siz qorxaqsız!!! Hamını tərifləyirsiz ki, sizi tənqid edən olmasın!!! Düşməniniz olmasından qorxursuz siz!!! Elə mənə cavab yazmamaqda da səbəb hansısa birinin "eşq macərası" sözündən diksinib qorxmağınız oldu.

Siz Qarabaglisiz?
Şəkliniz ötən yay çəkilib?
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#3 yazıb: Irada Isaq (7 Aprel 2009 02:11)
Cenab Murad bey, siz meni lap dabanqirma teqib edirsiniz ki?!
Sen qorxursan? suali hamini cesaretlendirir!!! Meslehet, gelen defe reqibinize bele sual vermeyin, derk ede bilmeyeceyiniz qeder onu guclendirersiniz.
Amma men hemishe aglimla dushunmushem, hisslerimin esiri olmamaq uchun chalishmisham.
Deyim ki, indiki zamanda tenqid etmek daha chox qorxaqlarin peshesine chevrilib. Chunki choxlari qoy onu gozden salim ve bu tenqid ve tehqir dolu fonda men uca ve agilli gorunecem deye dushunurler.
Indi cemiyyetimiz terifden qorxur. Qorxur ki, chox teriflerem, onu qaldirarlar, meni unudarlar. Bu da daxili cilizliqdan ireli gelir.

Mence, esl qorxaq o adamdir ki, gizlenir ve gizledir. Meselen, siz kimden gizlenirsiniz Murad bey? Hiss edirem ki, cavansiniz, yeqin menden xeyli kichik olarsiniz. Her halda sizin sherhleriniz yetkin adamin sherhlerine benzemir.
Sizden sorushuram Murad oglan, kimden uzunuzu gizledirsiniz? Qorxursunuz ki, sevgiliniz sizin bashqa xanima bele cumlebazliq etdiyinizi gorer, ya neden? Menim versiyam budur. Eger yanilirimsa o gul camalinizi niye gizleyib bizi pejmurde edirsiniz versiyasinin en dogru variantini yazin.
Ve soz siz artiq simanizi achmayana qeder sizinle kelme kesmeyecem. Ne cur iteyirsiniz yozmaqda serbestsiniz. Men musbet ictimai rey kompleksi dashiyanlardan deyilem, chunki ozum uchun yashayiram ve bilirem ki, men kimem. Menimchun esas vacib olan da budur.
Siz burada meni qeti narahat etmirsiniz!!!
Nezerinize chatdirim ki, yad shekiller qoysaniz men terefden qorxaq adina temteraqli shekilde layiq edileceksiniz.
Kash bele-bele bosh sozler yazdiginiza movzuya aid saglam fikir deye idiniz. Beyenmedinizse niye beyenmediniz, tutarli arqumentlerle gostere idiniz.
Tenqid olunmaga gelince burada en chox tenqid edilen sherhcilerden biri de menem. Tek siz, hamiya deyersiniz.
Yox, hiss elemishem, sizin ya gozunuz xarab olub, ya da umuiyyetle nese siradan chixmisiniz, normal fealiyyet gostere bilmediyiniz artiq hiss olunmaga bashlayib.
Ozunuzu gozleyin, bu yashda xarab olmagin chox engeli var
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#4 yazıb: yaquar (7 Aprel 2009 10:12)
Dostlar, movzudan yayinmayin lutfen!


--------------------
Qeydiyyatdan keçib: 28.08.2008 | ICQ: --
  
#5 yazıb: A.Yenisey (7 Aprel 2009 15:01)

Yazının adına bir-iki iradım var. Bizim şairlərin tale anlayışı adeten, beş – altı il Bakida kirayede yaşamaq, üç-dörd il “Azerbaycan” jurnalıda cap olunmamaq, umummilli tefekkür terzine müxalif mövqede dayanmaq kimi xırda-para anlayışlarla mehdudlaşır. Bu “tale şairleri”mizin beş-altısının taleyini üst-üste yıgsan düz-emelli bir şair taleyi yarada bilmezsen. Bu şairlerin taleylerinde ne ferdi, ne ictimai, ne tarixi, ne sosial, ne ailevi parlaq bir hadise yoxdur, yeni onlar mehz taleden mehrumdular. Bir az Eli Kerimde olub şair taleyi. Tale ferdin, bele deyek, qabaqcadan yazılmış tarixidir. Hesenin, Ehmedin, Velinin taleyinden, tarixinden ferqli ne var axı sevimli Ramiz Rövşenin, Vaqif Bayatılnın, Rüstem Behrudinin, Vaqif Semedoglunun taleyinde, tarixinde? He, hamı kimi Bakida 5-6 il kirede qalıblar, 3-4 il cap olunmayıblar, bir az müxalif düşünceli olublar, vesselam. Bunlar şair taleyi deyil, müveqqeti cetinliklerdir. Ona göre bizim şairler üçün "tale şairi" markası bir az uydurma kimi görünür, sanki, dagarcıgımızı tay yanına sürükleyirik. belke de men haqlı deyilem.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#6 yazıb: Murad (7 Aprel 2009 17:42)
[b]İrada,
Səni gücləndirmək mənim xeyrimə idi. Bax görürsən mənə cavab yazdın. Həm də axı zəif-zəlil qorxaq qadın güclü kişiyə lazım deyil, heç yazışmaq üçün də. Ona görə də, mən sənə "sən qorxaqsan!" deyəndə düz elədim. Mütləq cavab yazacağını bilirdim. Axı mən psixologiya təhsili almışam, təhsilimin bir hissəsini də ABŞ-da. İndi isə magistratura işim üzərində işləyirəm.Yaşım səndən böyük olar. Mən təhsilimə bir az gec başlamışam.

Mənim camalım gül olsaydı, onu çoxdan sənə göstərmişdim. Mən sənin xoşuna gəlmərəm. Şəkildə gördüyüm bu üz ki var, o imkan verməz sənin məni bəyənməyinə. Bu, birinci səbəb.

İkinci, əsas səbəb: məni insan psixologiyasında "intimate relations" (gizli, qapalı insan münasibətləri) maraqlandırır. Mənə elmi baxımdan maraqlıdı ki, hamının görə biləcəyi belə asimmetrik gizlin situasiyalarda adamlar necə hərəkət edirlər. Bunu qapali chat otaqlarında eləmək olmur. Mən sizin davranışlarınızı müşahidə edirdim. Yazdıqlarınızı print edib onları az qala mikroskopla oxuyurduq, elmi rəhbərimə dokladlar edirəm (şübhəsiz ki, sənin kimliyini və yerini bildirmədən). Bu, yeni elmi virtual observasiya metodudur. Mən öz araşdırmam üçün sənin əvəzinə əvvəlcədən istədiyim başqa adamı da seçə bilərdim. Amma seçim edərkən sənin elegance-ına məğlub oldum. Bunu etiraf edirəm. Sən mənim çox xoşuma gəlirsən. Bəzən hiss edirəm ki, bəzi addımlarımda artıq araşdırmamı düzgün apara bilmirəm, çünki sənə qarşı soyuqqanlı ola bilmirəm.

Məsələn, Sənin mənə yazdığın "Tək siz hamıya dəyərsiz!", "Siz burada məni qəti narahat etmirsiz" kimi cümlələrin hamısı mənə əslində isti "hə" cavablarıdı. Bunu mən başa düşürəm, amma "üstüörtülü", cümlələrin arasında, sanki başqa mənanı nəzərdə tutaraq deyirsən bunları. Bilərəkdən ya da bilməyərəkdən gizlənirsən sən də. Buna məcbursan, ey azarbaycanlı qızı! Çünki başqaları da oxuyur sənin yazdıqlarını. Bax mənə qadınımızın bu psixoloji təzadlarının elmi analizi maraqlıdı.

Artıq məncə sənə aydındı ki, şəklimi nə üçün asa bilmərəm.

Araşdırmanı yarıda kəsirəm səninlə, çünki bunu sənə xəbər verdim. Bundan sonra araşdırma daha mümkün deyil. Gərək lap əvvəldən duyğusuz rəftar edə biləcəyim qadın rəsmi seçərdim.

Bir halda ki, daha sən mənimlə kəlmə kəsməyəcəksən (araşdırmamı sənin bu qərarına görə kəsdim), onda biz şəxsən də qurtardıq. Mən də sənə söz verirəm, sən mənə dair nəsə yazmayana qədər mən də səninlə bir daha danışmayacağam.

Sizə "sən" xitabımı bağışlayın, çünki hiss edirəm ki, bu sonuncu yazışmamızdı. Həyatda qarşıma çıxsan bəlkə yaxınlaşacam.
Xoşbəxt olun. Bağışlayın, narahat elədim.


Yazı haqqında isə, fəlsəfə və poeziya - bunlar mənlik deyillər.[/b]
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#7 yazıb: shekila (7 Aprel 2009 18:56)
Aqshin bey, sizin fikirlerinizi beyendim, beyendim..
:)
sizin nece oz taleyiniz varmi?
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#8 yazıb: Sadrik Elyer (8 Aprel 2009 09:28)
irade xanim,sizin sherhlerinizde xosh enerji superdi-))

murad salam!
bu uzunluqda sherh yazanin sevgiye ehtiyacli olduqu nece de ashkarca biruzlanmaqdadir.
sene nece de sevmek yarashir-))

aqshin, salam!
senin de sonuncu "belke"n ele ramiz in "belke" lerinden geri qalmir-))

sherhinden sitat;

"belke de men haqlı deyilem".
belke de hakliyam,xeberim yoxdu smile

muasir azerbaycan edebiyyatcilari siralarinda taleh shahsuvarlinin taleyi hele ki start goturmek erefesindedir smile
seher seher zarafatlashmaq, hem de tanimadiqlarinla, mezelidi smile

haminiz- ozunuzu sevin ve qoruyun! love
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#9 yazıb: A.Yenisey (8 Aprel 2009 10:57)

Shekila, estafurullah, adiniz da assosativ olaraq adamin bashinda "Tekila" ickisinin adini qafiyelendirir. hele taleyin olmamasi o demek deyil ki, kiminse taleyi haqqinda fikir yurutmek olmaz. Indi men yumutlaya bilmirem deye yumurta haqqinda danishmamaliyam, tenqide tenqid metodunuza bir az el gezdirin. Shairlerimizin taleyin, fikir vermisinizse, muqayisede qiymetlendirmemishem, ne oz taleyimizle, ne de heqiqi tale shairleri olan Nazim Hikmetin, Artut Rembonun, Lorkanin, Pushkinin taleyi ile. Ne de onlari talesizlikde ittiham etmemishem. Sadece Agalar beyin shairimizi "tale shairi" adi altinda teqdim etmesine irad bildirmishem.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#10 yazıb: ASLAN C. (8 Aprel 2009 14:50)
VƏTƏN SAĞ OLSUN!
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#11 yazıb: shekila (8 Aprel 2009 14:58)
Aqshin, men de sizi ittiham etmedim, sadece sorusdum. bilmirem on gore. Demek talesiz de sair olarmis olarmis, bunu oyrendm oyrendim. sag ol

winked
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 851 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 2
Istifadəçilər: 0
Qonaqlar: 1
Axtarış robotları: 1

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
Yahoo

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.