Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Məqalələr » N.GÜLƏHMƏDOĞLU- Məhəllə basqısı

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Könül Də ...
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Xaliq Bahadırı ...
» Mövlud-Son zə ...
» Fərhad Məmm&# ...
» Firudin Allahverdid< ...
» Həftənin < ...
» Alev Adil. şeirl&# ...
» Əli Kərim. &# ...
» Elmin Həsənli ...
» Kim daha çox oxunu ...
» Polşada konfrans
 
Arxiv
Sentyabr 2010 (18)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Yalnız İnsan. Şeirlər
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Aqşin Yeniseyin müsahibəsi
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
 
N.GÜLƏHMƏDOĞLU- Məhəllə basqısı

  Bölmə:    Məqalələr

[/b]N.G&#220;L&#399;HM&#399;DO&#286;LU- M&#601;h&#601;ll&#601; basq&#305;s&#305;









Natiq GÜLƏHMƏDOĞLU

Məhəllə basqısı

Dərhal etiraf edirəm. Bugünkü köşə sifarişlidir. Gənc bir dostumuz məhəllə basqısından nəsə yazmağımı istəyib.
Əvvəlcə aydınladaq, məhəllə basqısı nədir? Son çağlar Türkiyədə ciddi müzakirə mövzusuna çevrilən bu anlayış haqda elə o ölkənin tanınmış sosioloqu Şərif Mardini bir dəfə belə cavab vermişdi: \"Məhəllə basqısını izah etməkdə sosial elimlər acizdir”.


Məsələni aydındınlaşdırmaq əvəzinə qəlizləşdirdik. Məhəllə basqısıyla biz hər gün müxtəlif formada qarşılaşırıq, yaxud şahidlik edirik. Necə?
Muğan bölgəsində çox populyar və bilikli bir din xadimi tanıyıram. Bir vaxtlar o, rayon axundu olub. Əmmamədə, əbada məclislərdə iştirak edib. Yenə də edir. Lakin o, artıq axund deyil. Müstəqil, azad baxışlarına görə çoxdan axundluqdan uzaqlaşdırılıb. Kifayət qədər savadı, dünyagörüşü olan bu insana həmin zonada heç bilirsiniz nəyə görə dırnaqarası baxırlar? Heç nə, sən demə, o, bazara-filana gedəndə cins şalvar geyinib. Düzü, bəlkə də heç belə geyimdən istifadə də etməyib. Amma nə olsun, elin dilinə düşən sözə təkzib vermək çətin haqq-hesabdır. Boş və mənasız məsələyə görə o din xadimi hələ də və əbədiyyən qınaq obyektidir.

Amma bu fakt məhəllə basqısını ifadə edə bilməz. Məhəllə basqısı təkcə deyinmək deyil. O, daha amansız və aqressivdir. Kimlər bu təzyiqlə üzləşir?
Cəmiyyətin vərdişə çevirdiyi davranışdan azacıq fərqlənənlər. Hamının dədə-baba qaydası dediklərini yox, öz ürəyinin, zövqünün tələb etdiyi formada həyat tərzi seçənlər.

Yenidən nümunəyə keçək. Çox maraqlıdır, 70-ci illərdə Azərbaycanın hətta ucqar kəndlərində cavanlar uzun saç saxlayıblar. Azərbaycanlıların dini, tarixi qərhəmanlarının hamısı uzun saçlı olub. Amma hünərin çatır, 2009-cu ildə Bakıda saçını iki ay qırxdırma... Az qala hamı üstünə gələcək. Səni kişi olmağa səsləyəcəklər. Evdəkiləri birtəhər yolagətirə bilərsən. Bəs iş yoldaşların? Bəs addımbaşı kürəyində hiss etdiyin tənələr? Kimə izah edəsən ki, tükün başda santimetrinin böyük-balaca olması namus kriteriyası deyil? Kimi inandırasan ki, bu, heç dövlətçiliyimizin ana sütunlarına zərbə də deyil? Və ümumiyyətlə, başqasına qətiyyən dəxli olmayan şeylərə görə izahat vermək borcun olmadığını kimə, hara deyəsən?

Amma xeyr, olmaz deyirlərsə, deməli, olmaz. Bu qədər camaat dəli olub, bircə sənsən ağıllı? Palaza bürün, ellə sürün...

Eşq olsun sənə, Şərif Mardini, doğrudan da elm bu fenomen qarşısında acızdır.

Bir dəfə Seymur Baycan mənə demişdi ki, bu ölkədə heç nə yox, adi şalvarlar olandan iki dəfə çox cibi olan şalvar geyinmək kifayətdir ki, sənə “petux” desinlər. Maraqlı fikir olsa da, bunu Seymurun yumor yaradıcılığı kimi qəbul etdim. Amma gözümün qabağında kifayət qədər ciddi bir qəzetin özünü demokrat, liberal adlandıran köşə yazarı 8 cibli şalvar geymiş həmkarına “sən də gedib qoşuldun o ...lara” deyəndə şoka oldum. Köşə yazarımızın düşüncəsi bu həddədirsə, biz balakişilərə, fatmanisələrə nə deyə bilərik?

Bəli, mən də kişilərin qulağa sırğa taxmasını başa düşə bilmirəm. Amma bu, mənim sırğa taxanlara qarşı üsyan qaldırmağıma əsas verə bilərmi? Kimsə qulağına sırğa taxmaqla özünün bəxtiyar hiss edirsə, qoy etsin. Bu onun haqqıdır. Bizə çox şey xoş gəlməyə bilər. Necə ki, şəxsən mən sırğa taxan kişilər kimi, qalstuklu-kostyumlu qoşanağara çalanları da başa düşmürəm.

Tolerantlıq fərqlilikləri sevmək məcburiyyəti deyil. Fərqlilikləri görüb sayğıyla bərabər yaşamaq mədəniyyətidir…
 
Reytinq
 (səs sayı: 6)


Şərhlər: 8
Dərc olunub: 11 Aprel 2009
Baxılıb: 880 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: Yu_eM (11 Aprel 2009 21:52)
smile Razıyam)). Camaat başqalarını qınamaqdansa, öz həyatları ilə məşğul olsalar, daha əla olar. Tşk!
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#2 yazıb: Irada Isaq (12 Aprel 2009 02:44)
Bu derd hamimizin derdidir, bir azdan el derdine chevrilecek. Orijinalliq hemishe maraqlidir, suru psixologiyasi buradaki xaricileri de meetel qoyub. no
Ne etse yene cavanlar edecek. Haydi, hamimiza kolay gelsin!!!
bully
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#3 yazıb: Ahmet (12 Aprel 2009 11:23)
Biz çox pis vaxta düşmüşük. Dəyərlərin, mentalitetin, əxlaqın dəyişilməsi, avropa əxlaqına çevrilməsi- keçid dövrü. Keçid həmişə çətindir. Biz hamımız əzab çəkəciyik. Bizim üçün daha da çətin olacaq. Allah hamımızın köməyi olsun.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#4 yazıb: lawyerabbasov (12 Aprel 2009 14:51)
Bu cür problemlər adətən fərdiyyətçi deyil, kollektivist cəmiyyətlərin hökmran olduğu yəni insan haqqlarinin çox asan göz ardı edilə biləcəyi cəmiyyətlərdə olur. Ama yavaş yavaş düzələcəyi ümidindəyəm...
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#5 yazıb: qashqay (12 Aprel 2009 17:18)
teshekkurler natiq bey
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#6 yazıb: cry (13 Aprel 2009 01:04)
ehh yaziq qardasim basini bisirib TURK sayagi saqqalsaxlamaga razi salsamda mehlede KISI OL EEE tenesinden bezib KANT vuranlardan oldu.... ehhhhhhhhh demeyin en yarali yerimdir dogurdan haa Kimə izah edəsən ki, tükün başda santimetrinin böyük-balaca olması namus kriteriyası deyil- cetin meseledir..
bibim oglu 1yas yarimliq ogluna duxu catir sacini uzatsin ancq men olenden sonra sacini uzadar demeyine ne deyesen... uje agzimda tupurceyimd eqalmayb eee uzlerine tupurum..buraa deyibler ee her seyimiz duzelib qalib saqqal daragimiz... bir olkedeki 100 nefer bele gucle gelen seckiye 101? adam yazib veririk :(..
ecceb de edirik onlar gedib royanin aygunun geyimizini qeyret meselesine cevirsinler onlara secki lazim deyil


P.S bir sey de yazim artiq bir ildir berabre oldgum sexs ele beraber olaq deye (evelenek deye) oz ELCILERINI gonderib( neyleyek ee ayri elacmi var::(:...
pah atama o qeyretsizdir deye xeber catib.. kisinin kefi pozulub.. gorun eee indi bizim evlenmeyimiz hansisa axmagin QEYRET anlayisini g.t-bas basa dusmeyinden asili qalib no
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#7 yazıb: ASAD N. (13 Aprel 2009 09:38)
MARAQLIDIR... UĞURLAR
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#8 yazıb: antizaur (13 Aprel 2009 21:04)
surumuzun mudaxilechi olmasina (cemiyyet demeye dilim gelmir) daha bir misal:qadinin qizligini itirib itirmemesi onun sifetindeki tuklerin miqdarindan asilidir- qadin chatmaqash,bigli,bakinbordludursa demeli hele qizdir.insanin en intim orqaninin gorunmeyen terefini alninin ortasinda gorenlerden ne gozleyesen mehelle basqisindan bashqa
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 851 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 3
Istifadəçilər: 1
Qonaqlar: 2
Axtarış robotları: 0

Istifadəçilər:
Togrul 714

Axtarış robotları:
Tapılmadı.

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.