 |
Güney Azərbaycanda gəlişən ədəbiyyatla bağlı aşağıdakı sorğunu "adyazar" oxucularına təqdim edirik.
1. O tayda son illər ədəbiyyat sahəsində bir canlanma hiss olunur, ana dilində yazan gənc qələmlərin sayı artıb. Bunu nəylə izah etmək olar? 2. Ədəbiyyat nə üçün lazımdır? 3. Milli ədəbiyyatımızın gələcəyini necə görürsünüz? 4. Bir yazıçı kimi qarşınızda hansı çətinlikləri görürsünüz? 5. Yazıçı dostlarınıza qısa məsajınız nə ola bilər?
Sorğuya qatılanlar: Güntay Gəncalp, Hadi Qaraçay, Hamid Əhmədi
GÜNTAY GƏNCALP 1.
Güneydə toplumun sosial psixologiyası bir çox nədənlərdən asılı olaraq dəyişməkdədir. Bu dəyişmənin yanı sıra ulusal bilincin oyanışı da gündən günə toplumun, özəlliklə yaradıcı kəsimin dərinliklərinə yol açmaqdadır. Oyanış və aydınlanma hər şeydən öncə sənət əsərində öz keyfiyətini və ehtiyaclarını göstərər. Bu üzdən də bu oyanış və aydınlanma dalğaları özünü sənət əsərlərinin türlərində göstərmiş olur. Örnəyin Təbriz heykəltaraşlıq sənəti son on ildə Ruhi Tuna timsalında Türkiyəni fəth etdi. Ancaq somut (konkret) olaraq ədəbiyata gəldiyimizdə bunun da dəyişik nədənləri var. Bütün cəmiyətlərdə sözlü yaradıcılığa daha çox əhəmiyət verilir. Çünkü sözlü yaradıcılıqda dil öz imkanlarını sınamış və gəlişdirmiş olur. Türk kimliyinin yüksəlişi ən çox ədəbi yaradıcılıqda təzahür edir. Bu, yeni mənəvi enerjinin toplum içində baş qaldırışıdır. Ədəbi yaradıcılıqda yavaş-yavaş təcrübə qazanan dilimiz, istər-istəməz özünün ən yüksək yaradıcılıq evrəsinə dırmanmaqda, yəni fəlsəfəyə girmə yolunda çabalayacaqdır. Bir dil nə qədər ki, fəlsəfəyə girməmiş öz olanaqlarından (imkanlarından) xəbərsizdir. Soyuq Savaşdan sonra insanların mənəvi, fikri ehtiyaclarının məzmunu dəyişmişdir. Bu məzmun dəyişikliyi istər-istəməz biçim dəyişikliyinə də yol açmışdır. Bu üzdən də modern şeir daha güncəldir. Bu tür yaradıcılığa həvəs get-gedə artır. Şeiriyətə yansıyan modernitə toplumsal davranışların, dünyagörüşünün dəyişiminə yol açır. O qaranlıq tarixi mühitdən qopmaq üçün ədəbiyat bayraqdarlıq etməkdədir. Mənim fikrimə görə meydana çıxmış olan bu yeni ədəbi dalğaların təməl amacı o tarixi, “mənəvi” mühiti dəyişdirməkdir. Yaradıcılığın əsas qayəsi bir qopuş sağlamaqdır. Qopuş sağlanmayacaqsa yaradıcılığın bir anlamı yoxdur. Yaradıcılıq mövcud gerçəkliyə etiraz bilincindən başlar. Yeni qələm sahibləri belə bir missiyanın yükünü öz çiyinlərində daşıyırlar. Güney Azərbaycanda ölgün, durğun bir mərsiyə mühiti var, ağlaşma kültürü. Cəmiyyət onu qoyun kimi məscidlərdə ağladacaq ədəbiyatdan xoşlanır. Hətta bunun üçün zəhmətlə qazanmış pullarını da onları ağladana verirlər. Yəni əgər Qərbdə insanlar operaya, teatra getmək üçün para ödəyirlərsə, bizim insanlar onları dadlı- dadlı ağladan mollaya və ya mərsiyəxana pul ödəyirlər. Ona görə də bizdə kimin gözəl səsi varsa, maddi həyatı yolunda olar. İnsanları ağladıb yaxşı para qazan bilər. Bu üzdən də bizdə musiqi olmadı, mərsiyə oldu. Bizim modern musiqimiz Quzey Azərbaycanın Rusiya tərkibinə keçməsi ilə ortaya çıxdı. Öncədən yalnız mərsiyə olmuş bir də şəhər həyatında özünə yer edə bilməyən aşıq sənəti olmuşdur. Niyə belə oldu? Çünke Quzey Azərbaycan ortam dəyişikliyinə uğradı da o üzdən. Yəni minillik qaranlıq mühitdən ayrılıb və birdən Tolstoy, Dostoyevski, Puşkin, Çexof kimi yeni mərifət adamları ilə tanışlıq bir şans oldu. Belə anlaşılır ki, İranda da ortam dəyişikliyi Güney Azərbaycandakı çağdaşlaşma dalğalarını gücləndirə bilər. Örnəyin Amerikanın Böyük Orta Doğu Projesi deyə bir söz dolaşır ortalıqda. Bunun bəlli olan tərəfi budur ki, Amerika Qərb uyqarlığının (mədəniyətinin) kitablarını bütünü ilə Orta Doğu ölkələrinin dillərinə tərcümə etmək istəyir. Amerikanın bu işdə mənafesinin nə olduğunu bir yana qoyaq, ancaq bu iş İslam Orta Çağında yaşayan millətlərin aydınlığa çıxması üçün təkan verər. Təsəvvür ediniz ki, Ərəbistanda Nitsşeni ərəb dilində gənclər sərbəst şəkildə oxusalar nə olar? Ya da Rossonu və digərlərini. Nitsşe “Allah öldü” dediyi üçün Tunes kimi bəzi ölkələr istinsna olmaqla, bütün ərəb ölkələrində yasaqlanmışdır. Tunesə də bu xoşbəxtliyi Fransa əsarətində olması qazandırmışdır. Bu vəsilə ilə bu coğrafiyada yaşayan millətlər öz qaranlıq və qorxunc keçmişlərindən ayrıla bilərlər. Bu ayrılış zamanı bir çox həqiqətlər, bir çox yeniliklər ortaya çıxar. Çünkü böyük əsərlər, böyük şəxsiyətlər tarix boyu böyük qopuş zamanı meydana çıxmışlar. İndiki durumda isə, əski iyrənc tarix davam edir və mərsiyə sosial həyatın bütün qatlarını etkiləmişdir. 70-80 yaşlarında ər kişilər dəstə-dəstə camilərdə hönkür-hönkür ağlayırlar. Hüseyn Cavid “Azər” adlı əsərində bu sürüləri “ipsiz dəlilər” olaraq adlandırır və haqlıdır. Bizim kültürümüz böyük və yeni insan yetişdirməyə qadir deyil. Güneydə yetişən yeni insanlar öz kültürümüzün məhsulu deyillər, kəsinliklə deyillər. Onların əsas düşmənlərindən biri də zatən yeniliyə qapalı olan bizim öz dinçi kültürümüzdür. Ona görə də modern düşüncəli Güney gəncləri həm şovinizmlə qarşı-qarşıyadırlar, həm də bizi farslara təslim edən öz kültürümüzlə. Səfəvilərdən etibarən başlayan bədbəxtlikdir bu. İran mühiti bu açıdan çox qorxunc qaranlığa qərq olmuşdur. İran mühiti tarix boyu yeniliyə qapalı olmuş, yeniliyin düşməni olmuşdur. Son yüz ildə minlərcə, bəlkə də onminlərcə beyin qaçışına şahid olmuşuq. Yenilik söznü ədəbiyatda kullanan insan ya zindana atılmış, ya ictimai hüquqdan məhrum edilərək maddi ehtiyacın qoynunda can vermişlər, ya da ölkə dışına qaçmışlar. Bu gün ölkə dışına qaçan və azad dünyada yaşama şansını əldə edən aydın Güney gəncləri və yaradıcı insanlar milli dilin, milli kimliyin, modern yazının gəlişməsində çox yaxşı işlər görürlər. Hər zaman olduğu kimi yazın, yenə də qaranlıqlarla savaşda ön plandadır. Bu açıdan baxıldığında modernizm haqqında düşünmək özü-özlüyündə cəsarət və qəhrəmanlıq tələb edir. Hələ modern düşüncəni, modern zehniyəti və modern insan tipini ədəbiyyat türlərində anlatmağa çalışmaq, əslində ciddi təhdi və təhlükə ilə qarşı-qarşıya gəlməkdir. Bu təhlükənin daha geniş qaynağı Orta Doğunun islam orta çağıdır. Konkret qaynağı isə, İranda hakim olan din kökənli şovinizmdir. İslam Orta Çağı davam etdikcə, zavallı insana özgürlüyün necə bir nemət olduğunu anlatmaq mümkün olmayacaqdır. Güney Azərbaycanda hiss olunan canlanma bu təzad ortamında gəlişməkdədir. Bir tərəfdə zehniyətini evrənsəlləşdirmiş özgürlük istəyən gənc nəsl, başqa tərəfdə isə qaranlıq bir tarixdən gələn əngəlləyici güclər və din mərkəzli şovinizm.
2.
“Ədəbiyyat” və “mədəniyyət” qavramları ilk dəfə olaraq XIX əsrdə Osmanlıda yarandı. “Ədəbiyyat” sözü əslində bizim dildə yaradılan əsərləri ifadə edə bilmir. Çünkü “ədəbiyyat” sözünün kökü “ədəb”dir. “Ədəb” isə ən çox dini və kültürəl məna daşıyır. Əslində klasik ədəbiyatla “ədəb” sözünün sıx bağlantısı var. Ancaq modern yaradıcılığı ədəbiyyat sözü ifadə edə bilmir. Çünkü dini və kültürəl anlamda ədəbiyyat təslim olmağı, Tanrı qarşısında, törələr qarşısında təslim olmağı təlqin edir. Ancaq modernitənin əsasında etiraz durar, təslim deyil. Ona görə də ədəbiyyat yerınə “yazın” sözü istifadə edilməlidir. Ədəbiyyat minillik dəyişməyən əxlaq anlayışını çağrışdırır. O əxlaq anlayışı ki, orada insan haqları, birey haqları və qadın haqları yoxdur. Var olan din haqqı, Tanrı haqqı, törə haqqıdır. Humanizm fəlsəfəsi Tanrının yerinə insanın heysiyyətini qoyduğu gündən etibarən Şərq ədəbiyatının təlqin etdiyi əxlaq anlayışı qəbul edilməz duruma gəlmişdir. İnsan Tanrını buraxıb özü ilə uğraşmalıdır. İnsanın “öz”ü isə geniş bir qavramdır. Bu “öz” yalnız insanın varlığını içərməz. Bütün varlığı içərər. Klassik ədəbiyatın şəkilləndiyi əxlaq ortamında yeniliyə yer olmamışdır. Yenilik “bidət-əxlaqa zidd” sayılaraq məhv edilmişdir. Bəlkə bu, əski alışqanlığı tərk etmək üçün çətin görünə bilər. Ancaq gerçək olan budur ki, modern yaradıcılıq əski törə və ədəb anlayışına etiraz zəminində yaranır. Bu üzdən Osmanlı zamanında “litratur” sözünə qarşılıq olaraq yaradılan “ədəbiyyat” və “sivilizasion” sözünə qarşılıq olaraq yaradılan “mədəniyyət” sözü fransızca olan sözlərin qarşılığı deyillər. Sivilizasion da mədəniyyət deyil. Çünkü mədəniyyət şəhərləşmə deməkdir. Mədəni olmayan çoxlu şəhərlər var. Sivilizasın şəhərləşmədən daha geniş bir anlayışdır. Sivilizasion uyqulanmış (tətbiq edilmiş), uyğunlaşmış və doğada özünə yer etmiş insanın mənəvi və maddi çaləşmalarının bütnüdür. İnsanın gerçəkləşən yaradıcı enerjisidir. İnsanın, təbiəti öz ehtiyaclarına görə uyqunlaşdırmasıdır. Bu isə tarixi sürəklilik içində gerçəkləşmişdir. Bu səbəbdən də “sivilizasion” “uyqarlıq” və “litratur” isə “yazın” olaraq dilimizdə yer alırsa, həm dilimizin, həm də düşüncəmizin modernizasionu üçün geniş zəmin yarana bilər. “Yazın nə üçün lazımdır?” sorusu üzərinə dəyişik bucaqlardan baxıb cavab vermək, yozumda bvulunmaq mümkündür. Yazın hər şeydən öncə dil üçün lazımdır. Yazının nəsnəsi dildir. Dil öz olanaqlarını ən çox yazınsal (ədəbi) yaradıcılıqda gerçəkləşdirər. Bir çox bilimsəl qaynaqlarda yazı dilini, dilin yazında təcrübə qazandığı gündən etibarən qəbul edərlər. Yazınsal yaradıcılıqda dil öz musiqisini, dərinliyini həm kəşf edər, həm də gündən-günə artırar. Şübhəsiz ki, heç bir yazınsal əsər öz devrinin ehtiyaclarının dışında gəlişə bilməz. Bugünkü Güney Azərbaycan yazını da bu qanuna uyğunluğa tabedir. Güney Azərbaycan və İran mühitində təməl haq və özgülüklər yasaqdır. Dini istibdadın yemi olan insanların heysiyyəti və azadlığıdır. Bu üzdən də Güney Azərbaycanda yaranan, yazılan modern yazının (ədəbiyatın) mayasında dolaylı və dolaysız olaraq bir türlü din qarşıtlığı durmaqdadır. Hətta günümüzdə Güney Azərbaycanda kullanılan dil belə, tarixi dini istibdadın dilinə və üslubuna qarşıdır. Güney Azərbaycanda Səfəvilərdən başlayaraq bizim dilimiz yalnız mərsiyədə istifadə edilmişdir. Bu dildə ən çox və ən çox sinə və zəncir vurmaq, baş yarmaq üçün “şeir”lər yazılmışdır. Səfəvilərin gətirdiyi bu geniş cəhalətə qarşı bir şəkildə etiraz olaraq yeni bir dil ortaya çıxır. Nədən yeni dil? Çünkü bunun arxasında duran yeni düşüncədir, Səfəvi cəhaləti deyildir. Səfəvilrdən günümüzə qədər davam edən düşüncədə və davranışda yozlaşmaya qarşı gerçəkdən yeni yazınsal axımlar ortaya çıxmışdır. Bu yazınsal axımlar yalnızca mövcud istibdada qarşı savaş açmamaqdadır. Bu axım insanın heysiyyətini qaranlıq Şərq tarixinin əsarətindən qurtarmaq istəyir. Biz millət olaraq ölülərin və ölülərin yaratdıqları çirkin tarixin əsarətindəyik. Xomeyni liderliyindəki inqilabı da ölülərin miras qalan qaranlıq düşüncələri, davranışları gerçəkləşdirdi. Pəhləvi rejimini də o şəkildə. Ölülər bir türlü yaşayanların həyatından əl çəkmir. Məsəllən 500 il öncə qaranlıq və qatillik davranışları ilə fəlakətlər yaratmış birinin çirkin davranışları, dünyaya baxışı bu gündə həyatımızı etkiləməkdədir. Belə yaşayışmı olur. Nə zaman öz çağımızda, ölülərin müdaxiləsi olamadan yaşaya biləcəyik? Çağdaş yazın fəaliyyətləri ölüləri yalnızca cismən deyil, davranış və əxlaq mirası olaraq da məzara gömmək istəyir. Belə böyük bir mission üzərinə almış olan Güney Azərbaycan modern yazını hər halda böyük əsərlər ortaya qoyacaqdır. Böyük əsərlər ortaya qoymanın bəlirtilərinə rastlanırıq. Ancaq ən önəmliləri hələ öndədir.
3.
Öz kimliyi əsasında evrənsəl dəyərləri alqılayan (idrak edən) və anlatmağa çalışan yazınsal evrim sürəcinə tanıq olmaqdayıq. Bu alqılamanın və anlatmanın estetik boyutu söz konusu olduğunda ulusal zövq anlayışı özünü yazınsal yaradıcılıqda göstərmiş olur. Genel olaraq Güney Azərbaycandakı sənət türlərinə baxıldığında bu biçim gəlişməni görmək mümkün. Ancaq Güney Azərbaycanda ulusal dilin və yaradıcılıq türlərinin gəlişməsinə əngəl olacaq bir çox etkənlər (faktorlar) var. Bizim ulusumuzda ana dilində yazıb-oxuma alışqanlığı yoxdur. Yazılan bir yapıt (əsər) oxucusuz qaldığında istər-istəməz xəyal qırıqlığına uğramağa başlayır. Oxucu təşviqi və həvəsləndirməsi çox önəmlidir. Türk dilində yazıb-oxuma alışqanlığımız yoxdur. Min ildir öz dilimizdə yazıb-oxumaqdan qaçmışıq. Bizim ana dilimizə sayqısız yanaşmağımızdan fars şovinizmi də son 100 ildə istifadə etmiş və onarılması çətin olan zərbələr dilimizə və kimliyimizə vurmuşdur. Ayrica, ələşdiri (tənqid) olmayan yerdə yaradıcılıqda ciddi axsaqlıq ortaya çıxar. Ələşdiri də dərgi, qəzet, kitab yolu ilə ən çox gerçəkləşər. Bunların da heç birisi yoxdur. Olmamasının iki səbəbi var: 1. Biz tarix boyu öz dilimizə gərkən sayqını göstərmədik. Ana dilimizdə kitab, dərgi çıxarmaq kimi niyyətimiz ya olmadı, ya da çox az oldu. Oxucu kütləsinin olmaması da bu çox az olanları ümidsizliyə uğratdı. 2. İran rejimi oyanan Güney Azərbaycan türk gəncliyinin mənəvi və yaradıcılıq enerjisini söndürmək üçün çoxlu əngəllər yaratmaqdadır. Belə bir təzad içərisində Güney Azərbaycandakı yazınsal gəlişmələrin gələcəyini düşünmək gərəkir. Bu səbəbdən Güney Azərbaycan yazınında devrimci bir əhval-ruhiyənin var olduğunu görürük. Bu da sənət üçün lazım olan hadisədir. Sənət müxalifət deməkdir. Güney Azərbaycanda, hətta Quzeydə də devrilməsi gərəkən çox şeylər var. Ancaq məni razı edəcək, mənə ləzzət verəcək yaradıcılığa rast gəlmirəm. Məsələn bizim tarixi, sosial durumumuzu etkiləyici şəkildə anladacaq bir roman yazılmamışdır. Tolstoyun, Hüqonun “Savaş və barış”, “Səfillər” kimi romanlarını oxuyanda çox şeylər öyrənirik, Rusiyanın və Fransanın o zamankı durumu və o zamankı insanların gələcəyə baxışları haqda bilgilənirik. Belə bir yaradıcılıq bizim Güney Azərbaycanda niyə olmasın? Bütün bu mübarizlərə, fədakarlıqlar, xəyanətlər, işkəncələr və edamlar böyük yaradıcılıq əsərlərində özünü göstərməlidir. Qurtuluşumuzun kitabları və romanları hələ nə Bakıda, nə Təbrizdə yazılmamışdır. Maksim Qorkinin “Ana” romanı rus xalqının inqilabi enerjisinin artırmışdı. Belə romnalarımız yazılmalı və bütün ailələri öz etkisi altına almalıdır. Gənc qəəm sahiblərində düşünmə cəsarətinin yanı sıra, bir özgüvən ortamında yazma cəsarəti də geniş şəkildə olmalıdır. Oxuyan, dinləyən olmasa da. Türk modern musiqisinin öncülərindən biri olan Sezən Aksu ilk kasetini çıxardığında, yalnəız 8 kaset satıldı. Nədən? Çünkü türklərin modern musiqi zövqü hələ gəlişməmişdi. Ancaq bu, Sezen Aksunu yıldırmadı. İndi isə Sezen Aksu bütün dünyada tanınır. Bugünkü modern türk musiqisinin və modern turk musiqi zövqünün gəlişməsində Sezen Aksu və Kayahan kimi şəxsiyətlərin çox böyük rolu olmuşdur. Zamanından irəlidə olan bir sənət əsəri toplum tərəfindən çətin anlaşıla bilər, ancaq elə bu əsərlər həm də toplumu iyitib özünü anlatmağı da başarır.
4.
İnternet, ilətişim sorununu ortadan qaldırmışdır. Yəni hər bir yaradıcı öz əsərini istədiyi oxucuya göndərə bilir. Bu açıdan mənim yazılarım Güneydə çox oxunur. Deyə bilirəm ki, Güneydə bəlkə ən çox oxunan mənim yazılarımdır. Ancaq yenə də razı deyiləm. Daha çox oxucularımız olmalıdır. Quzey Azərbaycanda da oxucu azdır. 500 tirajla çıxan kitab, bə´zən illərcə satılmır. Güneydə isə kitabın çıxmasına izn verilmir. Bu da yazıçı ilə oxucu arasındakı ilətişimi zorlaşdırır.
5.
Çox oxumaq. Özəl və sosial yaşayışımızda bizi bədbəxt edən bu qaranlıq tariximizə qarşı savaş tekniyini gəlişdirmək lazım. Böyük fikir adamı yetişdirmək istəyiriksə İslam Orta Çağına qarşı düşüncə planında savaş açmalıyıq. Mürtəce, gerici millətçilərin yalançı təbliğatlarına aldanmamaq lazım. Bu tarixdə qürur duyulacaq heç bir şey yoxdur. Ilk öncə öz zehnimizi bu qaranlıq tarixin əsarətindən qurtarmalı, sonra da öz işığına börünən ağlın yardımı ilə sənətdə bir qurtarıcılıq görüşünü gəlişdirməmiz lazımdır. Sənət adamı ayrıca, tarixin də qurtarıcısıdır. Bu tarixin bizə buraxdığı miras hər küçənin başında 2-3 məsciddir. Bu məscidlər həm qaranlıqların yuvası, həm Səfəvi zehniyətinin məhsulu olan mərsiyə xanlığın məskənləri, həm də bir ovuç bilgisiz molla və mərsiyə xan üçün pul anbarlarıdır. İnsanların beynini sömürən, düşüncələri qaranlıqlara gömən cəhalət evləri. Bunlarla modern bir insan necə yaşaya bilər? Gerçəkdən biz nə qədər qaranlıqlara gömülmüşük! Ən önəmlisi isə oxucunun az olmasından dolayı üzülməmək. Bəzi yazarların oxucuları gələcəkdə dünyaya gələ bilərlər. Sadəcə yaşayan nəsl üçün yazmamaq, gələcək nəsillər üçün də yazmaq lazım. Bunun üçün də yazıçı yalnız oxucu üçün yazmamalıdır. Özü üçün yazmalıdır. Yazmaq, insanın öz-özü ilə gəziyə çıxması, özü üçün bir dünya yaradıb orada macəralar oluşdurmasıdır. Bu dünyanın və macəraların kimlər üçünsə maraqsız olması yazarı üzməməlidir. Mən bütün yazılarımı bu günə qədər yalnız bir adam üçün yazardım. Onun oxuması mənim üçün önəmli idi. Yazarkən hansı sətirlərin onu ağladıb və ya güldürəcəyini düşünərdim. İndi o da yoxdur. Bu üzdən də yalnız özüm üçüm yazıram. Özümü ağladıb, özümü güldürürəm. Yalnız bu “öz” qavramı mənim görüşümdə çox geniş və dərindir. Çox yazıram, az yayınlayıram. Yəqin ki, hər bir yazıçının ölümündən sonra yayınlanan əsərləri də olur. Ancaq həm də bir çox yazdıqlarımı yox edirəm. Sanıram mənim bu sözlərimlə bir çox sənət adamı tanışdır. Bu aydınlanma və iztirab məni heç bir zaman tərk etmədi. Bəlkə mənim yazılarımı səbirsizliklə bəkləyən tanımadıqlarım da var. Onlara sevgilər və sayqılar! 21.10.2008
HADİ QARAÇAY
1.Azərbaycan Respublikasının bağımsızlığından az sonra Güneydə də gözlənilən bir canlanma bir gəlişmə yaşandı. Milli varlıq, dil, ədəbiyat, tarix, və insanla bağlı olan bir çox bilimlər öz əsgi daşlaşmış anlamlarından soyundurulub, yenidən nə olduqları üzərinə dartışmalar açıldı. Bu gəlişməni yaşayan və yaşadanlar bir sözlə 70-ci illərin gəncliyi olub. Ancaq ged gedə bu gəlişmənin çevrədiyi alan böyüdü, bir neçə quşağı çevrədi. Günümüzün gəncliyi isə daha böyük maraqla öz dili, tarixi, ədəbiyatı, bir sözlə öz kültürünün çevrəsində baş verənləri izləyir, olayları istədiyi kimi yönəltmək istəyir. Bu isə ortalıqda olan bir düşüncədən danışır. Ancaq hələ bütün cizgiləri ilə teorizə olunub qurtarmamış bir düşüncə olsa gərək. Yazmaq, yaratmaq, gücdür, başarıdır, ilgidə olduğun bütün varlığa etgi buraxmaqdır. Bu baxımdan son illərdə gəncliyimizin yazına girişməsinin nədənləri aydınlaşır. Yazmaq bir də özünə, öz bireyinə yenidən dönməkdir. Gəncliyimiz yazmaqla özünü təsbit etməyə yönəlir.Azərbaycanın bu günkü gəncliyini ”Türke xər” deməklə, təhqir etməklə meydandan çıxarmaq olmaz. Gəncliyimizin öz dilində yazmasının ən başlıca amili kimi, kimlik məsələsinin gənclər arasında öz həllini tapmış olması ilə açıqlamaq olar. Gələcəkdə bu yazmağın çox gözəl sonucları olacağına ınanmaqdayam. 2. Ədəbiyat nə üçün lazımdır soruşmaq belə məncə çox koburd bir sorğudur. Yazılı ədəbiyat desəydiniz yenə bunun üzərində dartışmaq olardı. ədəbiyat kültürün ayrılmaz, önəmli bir bölümüdür. Insan oğlunun mağaralarda cizdiyi əyri üyrü cizgilərindən tutub ataların aforizmalarını çevrəyib gələn, anaların nağıllarını öz içinə alan diri və yönləndirici bir varlıqdır. Başqa sözlə gözümüzü yaşama açandan, ədəbiyatın başqa başqa çalarlarıyla yol alıb gəlirik. ədəbiyatla yaşıyırıq. Ədəbiyat bizim yaşamımızı formalaşdırır. Bu baxımdan ədəbiyat görməzdən keçə bilməyəcəyimiz bir varlıqdır. Iqtidarın, ədəbiyatı yönləndirməyə, kontrolda saxlamağa olan istəyini də bu açıdan, ədəbiyatın formalaşdırıcı etgisindən baxıb görmək gərəkir. Ədəbiyat, toplumun stratejik bəlləyinin ana cizgilərini çəkir, bu baxımdan ədəbiyat qaçılmaz və qaçırılmazdır. 3. Milli ədəbiyatımızın gələcəyinə gəlincə, bu qonuda bir çox faktorların böyük rolu olacaq. Bağımsız Azərbaycan Respublikasının siyasal durumu, dünya diplomasiyasındakı yeri, Azərbaycanda yarada biləcəyi gəlişmiş bir toplumun başında durması Güney Azərbaycan ədəbiyatının irəliləməsində bir başa rolu olacaq. Bunun tərs üzü də uyqundur. Başqa önəmli faktorlardan biri də Güney Azərbaycanda humanitar təşkilatların ayaqlanması, güclənməsi və beynəlxalq təşkilatların yardımı ilə dilimizə qoyulan yasaqları, basqıları qaldırmaqla ədəbiyatçılarımıza daha əlverişli ortam yaratmasıdır. Azərbaycan Respublikasının ədəbi ictimaiyətində Güney Azərbaycan ədəbiyatına özəl yer ayrılmasının da böyük rolu var. Mən istər neçəliklə ilgili istərsə necəliklə bağlı, ədəbiyatımızın gələcəyinə çox böyük umu və ınamla baxıram. ədəbi gəncliyimizin adlarını sıralasam bütün bir kitablıq addır. 50 dən çox veb ağlarında özəl, kişisəl(şəxsi) görüntülər açılıb. Şairlər, yazıçılar, tənqidçilərin yaradıcılığını bu ağlardan izləmək olur. Azərbaycandan dışarıda yaşamağıma baxmayaraq, içəridə gedən ədəbi prosesi bu ağlarla izləyirəm. Bir çoxu ilə yaxından ilgi saxlayıram. Oxuduğum şeirlərə, hekayələrə kament qoyub münasibətimi də bildirirəm. Gəncliyimizdə olan gücü, biliyi öz dönəmimizlə qarşılaşdırdıqda olduqca yüksək, olduqca gəlişmiş görürəm. Gəncliyimizin qatarında nur sürəti var desəm yanılmamışam.Bütün çatışmazlıqlara baxmayaraq, yasaqlara, basqılara baxmayaraq milli ədəbiyatımız istənilən yöndə uğurla irəliləyir. Dərgilərimiz bağlanır, yazıçımız, jurnalistimiz içəri atılır, ədəbiyatçılarımıza istənilən basqı gətirilir, ancaq bu qatarı dayandırmaq olmayacaq. 4. Azərbaycandan çoxdan çıxmışam, orda olan çətinlikləri yaxşı bilmirəm. Ancaq bir yazıçı kimi hansıysa özəl bir çətinliyim yoxdur. Yazdıqlarım başardığımca olub, yaza bilmədiklərimdə isə kimsəni, nəsəni suçlu görmürəm. Güney Azərbaycanda yaşadığım dönəminsə öz hekayəsi var. Oxucuları yormayım deyə bundan keçirəm. 5. Mesaj verəcək durumda deyiləm. Ancaq dərdləşmək olar. Dilimizi dərindən öyrənmək, ortalıqda olan hansıysa bir meyara bir ölçüyə sığmamaq, ədəbiyatçı olaraq dilin bütün alanlarına çəkinmədən girmək və həmişə axtarışda olmaq.
HAMED ƏHMƏDİ
1. guney Azerbaycanda son illerde bir sira siyasi olaylarin uz vermesine gore yeni bir milli dushunce genclerde yarandi bu arada 2006-nin may ayinin hadisesi en onemli ittifaq idi. siyasi, ictimayi ve s. yollarin dovlet terefinden yasaq olmasina gore medeni chalishmalar her neden rahat gorunurdu amma iranin totaliter rejimi buna da dozmeyib bu hereketi de inhirafa chekmek isteyir. mence (tarix boyu da bu sabit olub) edebiyyat sinirsiz bir ish olaraq siyaset duynasindan ozunu ayirib, oz yolunu gedir. Azerbaycanda bu dushunce medeni formada yerine dushub. 2. yuxarida dediyim kimi edebiyyat insanin sinirsiz yaradiciliqlarindan sayila biler, ona gore de her hara baxsan edebiyyat var, hech yerde de yoxdu. (belke bu sorguya yaxshi cavab vere bilmedim!!!) 3. yene edebiyyatin sinirsizliyine dayanaraq onu artiq "inter-national" bir term sayiram... 4. ana chetinlik (mence) maddi problemlerdir. ondan sonra bir olkede ki dilin yasaqdir o dilde yazmaq ozu bir curm ve kiriminal kimi sayilir pes bu bir savash da olur. bir de yazmaq ozu boyuk bir chetinlikdir dayyy!!! 5. yazmaqdan onemli oxumaqdir, oxuyun lutfen.

TÜRKAN URMULU
1. tebii son illerde son illerden amac son iki üç , 10 ilin içinde güney azerbaycan da ana dilinde yazılan eserlerin sayı artırıb bu şeir sahesinde daha çox göze çarpır tebii zaman bu eserlerin yüzde neçesinin gerçekten bir edebi eser olduğuna qerar verecektir amma bu duruma bir neden aramaq istersek mence iki sözcükte öze dönüş var olmanı tesbit etmek çabası öz dilinde yaza bilmek sevinci ve heyecanı özellikle gencleri qeleme doğru götürür onunda neticesi şeir olur edebiyat olur... 2. dirilik için , keyfiyetli yaşamaq için , nefes almaq için başqası deyil öz olmaq onuruyla yaşamaq için 3.aydındır mence. bugün körpe olsa da olağan üstü yaşamaq isteyini ve hevesini görürem hiss elirem. gözel beslenir profesiyonelliye doğru gedir 4.öz dilimde herfeyi eser azdır. modern edebiyatım daha körpedir! dünyanın profesyonel çalışmalarından uzaq olduğumuz bir gerçektir. oxucu azdır . kitablar satılmır ... 5.yazmaqdan çox oxuyaq dostlar, hamımız çox oxuyaq... MAHNI ZENGANLI
1. O tayda son iller ədəbiyyat sahəsində bir canlanma his olunur, ana dilində yazan gənc qələmlərin sayı artıb. Bunu nəylə izah etmek olar?
Ben şer konusunda dar ve kalıplar içinde düşünenlerden deyilim. Şeir bence her yerde var olan bir gerçektir, bizle yaşanır, bizle ölür ve tekrar bizle başka bir kalıp’la canlanır, sadece onu his edip görmek gerekir. Geçmişe göre insan yaşamının kalıplardan çıkması ve yeni Şartlardan asılı değişilmeye başlamasından beri hayatımızda’kı her şeyin anlamı’ da değişilmeye başlamıştır. Ve tabii ki bu süreç içinde şeir ve edebiyat’ da yer almıştır. Söylediğim gibi şartlardan dolayı şeirlerimizde kalıplardan çıkmayı başarmıştır Dasha’da doğrusu geçmişin tam tersine şeirin dilini yaradan ve onu yönlendiren kalıplar değil, belki bu günkü şeirin musiki ve kalıbını yaradan ve yönlendiren dildir. Ne kadar dilin üzerinde çalışıp kelime hazinemiz genişlerse o kadar yaratıcı ola biliriz şeir dünyasında. Bakın, bu gün Türk iyede’ ki edebiyat bunun göstergesidir dil o kadar gelişmiş ki ORHAN PAMUK, YAŞAR KEMAL gibi yazarlar ve NAZİM HİKMET, NİHAL ATSIZ, ATİLLA İLHAN, SEZEN KASU… Gibi şairler yaratıcı eserlerini dünya çapında seslendirmeği başarmışlar. Azerbaycan’ın güneyindeki edebiyat özellikle şeir, ordakı yaşayan insanlar gibi özgürlüye susadığı için çok hızlı şekilde kalıplardan çıkmış ve bir uçuştadır bence. Bildiğiniz gibi güneyin (İRAN) şartlarından asılı olarak bir özgürlük mücadelesi Dil, Irk, Kültür, Kimlik… Sahasında gitmektedir Ve tarih boyu bu bölgede (Güney) ana dilinde eğitim olmadığı için ana diline yönelik aşırı merak görünür. Bu sebepten dolayı orda yaşayan Türkler ana dilini öğrenmek için özlerinde olmayan, Azerbaycan’ın kuzeyi ve kardeş Türkiye de var olan materyal ardan Faydalanarak unutulmaya doğru giden dilini öğrenmeye çabalamışlar. Bu yüzden iki kardeş ülkenin geçmişteki tecrübelerinden yararlanarak Kuzeyden Dahada erken dar ve eski kalıplardan çıkıp ve özüne bir özel çizgi çizmeği başarmıştır. Uzun sözün kısası bu ki Azerbaycan edebiyatını, bence bu güne kadar getiren kuzeydeki yazar ve şairler olmuştur ama edebiyatımızda yenilik yaradan ve yeni edebiyat dünyasına adım atanlarda Güneyli genç şair ve yazarlar olacaklar. Güneyde yaranıp ortaya çıkan çok açık, çıplak ve kalıplardan azad olan şeirler bunun göstergesidirler ve eminim ki çok yakın bir gelecekte bu bölgeden dahada yeni ve şaşırtıcı eserler ve düşünceler doğacaktır.
2. Ədəbiyyat nə üçün lazımdır?
Benim hayat felsefemde yüzde yüz bir şeyin olup olmaması söz konusu olamaz. Bana göre gereken şeyin size göre gerekmeye bilir ve ya tersine! Ama bir şair için şer gereken şeylerden sayılır. Hatırlarsanız eyerse ilk bölümde şerin her yerde olmasına işaret etmiştim, bence tanrı ve doğa bütün insanları şair yaratmış, ama tabii ki farkında olanlara dahada özellikler vermiştir. şeiri görüp his etmek isteyenler, bir kadının mutfağında ki sıraya düzülmüş eşyalarında, onun seçmiş renklerinde ve ya bir annenin çocuklarını koklayıp okşamasında da göre bilirler. Benim felsefemde şeir her yerde var olan varlıktır ama yeter ki onu his edip doğmasına yardım eden birileri olsun. Birileri şair olduğunun farkında olur birilerde olmadan yaşayıp gider. Ama bu arada önemli ve dikkatli olması gereken bir şey vardır ve oda bu ki, şair olduğunun farkında olanların omuzlarında ki yük ağır ve onlara düşen pay dahada büyüktür, çünkü başkaları farkında olmadığı bir gerçeğin farkındalar ve bu büyük sorumluluk demektir.
3. Milli ədəbiyyatımızın gələcəyini necə görürsünüz?
Bence eyerse kuzeydeki şairlerimiz eski düşünce ve kalıplardan çıkmağı başarıp ve güneydeki genç şairlerimiz de oranın şartlarından asılı olan hamasi şirden ve düşünceden çıka bilirlerse ben Azerbaycan edebiyatının geleceğini parlak görürüm diye bilirim. Ama dediğim gibi bu parlaklık ve uçuş Azerbaycan’ın güneyinde dahada çok göze çarpıyor. Bir cümlede Azerbaycan edebiyatı güneyde canlanmaya başlamış ve yeni nailiyetlere adım atmaktadır.
4. Bir yazıçı kimi qarşınızda hansı çətinlikləri görürsünüz?
Öncede söylediğim gibi siz bir şair olarak başkaları farkında olmayan şeylerin farkındasınız ve bu sizi zaman zaman toplumunuzdan dışlaya bilir. Siz yenilikler ve her kes göre bilmediği geleceğin sözcüsü olduğunuz için sıradan olanlara sizi anlamak çok zor ve hep siz anlamak zorundasınız çünkü sizin yükünüz dediğim gibi dahada ağırdır. Sizin sıradan olan hayata uyum saklamanızda zor. Bazen dışlanıp yapa yalnız hayatı sürdürmek zorunda kalıyorsunuz ve bu işin en kötü yönü beklide en iyi yönü diye biliriz çünkü bu sizin kişiliğinizin olgunlaşmasında büyük fokturlar dan biri sayılır.
5. Yazıçı dostlarınıza qısa məsajınız nə ola bilər?
Hala kendimi olgun şairler sırasında bilmediğim için dostlarıma sözüm olamaz...
Bu sırada sizden aldığınız bu röportajdan dolayı teşkkurlerimi bildirip okucularınıza başarılar ve hayat dolu mutluluklar dilerim. Yolunuz devamlı olsun. İstanbul 30.10.2008 |
 |
|