Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Məqalələr » F.Allahverdi-Fəxri adlar kimlərə lazımdır?

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Könül Də ...
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Seçilən- 2
» Aqşin Yenisey Elnu ...
» Robert Martin Fərh ...
» Qan Turalı- mü ...
» Nil Karaibrahimgil
» Rasim Qaraca. Azər ...
» küçük &# ...
» Sevinc Çıl ...
» ALATORAN 5 IL
» Jorge Luis Borgies
 
Arxiv
Sentyabr 2010 (18)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Yalnız İnsan. Şeirlər
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Aqşin Yeniseyin müsahibəsi
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
 
F.Allahverdi-Fəxri adlar kimlərə lazımdır?

  Bölmə:    Məqalələr

F.Allahverdi-Fəxri adlar kimlərə lazımdır?












Firudin Allahverdi

Fəxri adlar kimlərə lazımdır?


Bu günlərdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev maraqlı bir açıqlamada bulunub. O, fəxri adların ləğv olunmasının tərəfdarı imiş. O`Key, çox gözəl. Şəxsən mən cənab nazirin bu addımını dəstəkləyirəm.

Axı, bu nə deməkdir? Necə yəni, "xalq artisti", necə yəni "əməkdar artist"? Əsl sənətkarın nəyinə lazımdır ki, fəxri ad? Diqqət edin, Alim Qasımov da "Xalq artisti"dir, Məleykə Əsədova da. Özünə heç olmasa bir az hörməti olan yaradıcı insan bu adlardan imtina etməlidir. Bu adları bəzən "başqalarından seçilmək" kimi anlamaq istəyirlər. Onların nəzərinə çatdırım ki, artıq demək olar ki, "başqaları" qalmayıb. Bəlkə də dövlət özü bu adları kimə gəldi verməklə, "fəxri adların" prestijini aşağı salır ki, hamı "Xalq artisti" olandan sonra "daha hamınız almısınız, mənası qalmayıb, gəlin bunu ləğv edək" deyə bilsin.

Fikir verin, hər dəfə bir dəstə artistə fəxri adlar veriləndə medianı gic-gic söhbətlər bürüyür: "Mən buna layiqəm", "Mənə niyə verilmir?", "Filankəs kimdir ki, ona fəxri ad verilir" və s. Hətta bəzən "filan korifeyin əlindən su içmişəm" deyənlər də var. İndi gəl araşdır görək, o "korifey" dediyiniz adam həmin zaman əllərini yuyubmuşmu? Nə isə...

Bir dəfə müğənni Zeynəb Xanlarova da bu barədə danışmışdı. O, fəxri adların pulla satılmasını iddia edirdi. Heç kimdən gizli deyil ki, müğənnilərin müəyyən qisminə fəxri ad almaqda onların "sponsorları" kömək edir. Bu zaman mən təklif edərdim ki, o adlar elə sponsorların özlərinə verilsin. Məntiq bunu tələb edir: axı, bu ad üçün əsl zəhməti məhz o cənablar çəkirlər. Ya da kompromis variant kimi "Əməkdar sponsor" və "Xalq sponsoru" fəxri adları təsis olunsun.

Fəxri ad bir boyunduruqdur. Xüsusi ilə ziyalıların çoxunun yaltaq olduğu Azərbaycan kimi ölkədə. Fəxri ad alanların əksəriyyəti ortalığa kəskin ziyalı mövqeyi qoymağın zamanı gələndə o dəqiqə susurlar. Bəhanələri də o olur ki, "mən siyasətə qarışmıram". Bədbəxt o insandır ki, "siyasət" və "vətəndaş mövqeyi" anlayışlarını qarışdırsın. Siyasət odur ki, gedib hansısa partiyaya girib konkret siyasi karyera qurasan. Vətəndaş mövqeyi isə, səni narahat edən məsələlərdə susmamaqdır. Əgər bu gün Azərbaycanda heç nədən narahat olmayan insan varsa... nə deyim..! Əslində isə qorxurlar ki, fəxri adları əllərindən alına. Əgər bir fəxri ad səni susmağa məcbur edirsə və sən də bir quru ada görə vicdanını tapdalayırsansa, nəyinə lazımdır o ad?

Televiziyanı açmağa peşman olursan; sənətkarlar siyasətçiləri tərifləyirlər. (Ənənəmə sadiq qalaraq qeyd edim ki, müxalifətdəki yaradıcı insanların da arasında partiya liderlərini göyə qaldıranlar var.) Ayıbdır e. Yaltaqlıq insanın dünyagörüşünün kiçikliyindən və bir sənətkar kimi yarımçıq olduğundan xəbər verir. Çünki, həqiqətən incəsənətlə məşğul olan insan ictimai həyatda gördüyü pisliklərə etiraz etməlidir: məsələn, böyük bəstəkarımız Cavanşir Quliyev! Adam dedi, dedi, dedi... gördü qulaq asan yoxdur, əksinə, onun özünü sıxışdırırlar, çəkdi getdi! Vəssalam!

Xülasə, fəxri adlar birdəfəlik və qəti şəkildə ləğv olunmalıdır! Mən bu barədə geniş ictimai müzakirə açılmasını təklif edirəm; qoy həm də bilinsin ki, kim "ad"ı sənətdən üstün tutur. Çünki, əsl yaradıcı insanların bu təklifi dəstəkləyəcəyinə əminəm. Əgər biz Avropaya inteqrasiya yolu tutmuşuqsa, normal, sivil cəmiyyət yaratmaq istəyiriksə, bu adlardan imtina etməliyik, necə ki, gec-tez edəcəyik!
 
Reytinq
 (səs sayı: 11)


Şərhlər: 8
Dərc olunub: 2 İyun 2009
Baxılıb: 942 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: qurdqanli (2 İyun 2009 13:22)
yaxsidi
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#2 yazıb: el (2 İyun 2009 15:03)
Bu çox vacid məsələdir, mən bunu müxtəlif səviyyələrdə dəfələrlə vurğulamışam, yaşlılar heç, onlar getdi, amma gənclər üçün bu işi ayıba çevirmək gərəkdir
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#3 yazıb: KENDXUDA (2 İyun 2009 15:52)
HEÇ BİR MANISA YAZI YAZMAĞA İCAZƏ VERİLMİR!!!!

İMZA: ƏDƏBİYYATIMIZIN KƏNXUDASI
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#4 yazıb: Ahmet (2 İyun 2009 23:00)
Baxın Azərbaycanda kimlər xalq artistidir.
Bəlkə verilsin. Çünki doğurdan da bu xalqın artistləridir onlar.
Məsələn, Elmir Mirzəyevə verilməsin. Çünki onun bu xalqa dəxli yoxdur. O bu xalqın deyil. Onu heç vaxt bu xalq anlamaz.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#5 yazıb: Orxan Z. (2 İyun 2009 23:04)
AHMET düz deyir :)
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#6 yazıb: Irada Isaq (2 İyun 2009 23:22)

Ele de qeryri-adi yazi deyil . Magazinin proqramlarinin cheynediyi meseledir. Esl Elchin Elibeyliye "El ichinde"ni bashalamaga layiq podlotkadir.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#7 yazıb: F.Allahverdi (3 İyun 2009 00:14)
Bu yazının 2 ildən çox yaşı var.
10 Mart 2007-ci ildə Alma qəzetində dərc olunub - http://almaqezeti.com/index.php?mod=view&id=1086
Təkrar dərc etdiklərinə görə təşəkkür edirəm uşaqlara... Amma mənə xəbər versəydilər, yenisini yazardım, ya da ən azından üslubunu dəyişərdim...Bu şəkildə bir az gülməli görünür vallah, pafoslu-zadlı... :)))))
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#8 yazıb: malkolm_x (11 İyun 2009 16:35)
eziz dostlar men qorxuram bele getse butun dunya Azerbaycan xalqini artist kimi taniya!!deyin niye cunki,metbuatdan ve televizayadan izlenenler adami bu genaete getirir yalan deyirem deyin yalandir??nese get -gede her sheey shitleshir yeni duzsuzlashir...
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 851 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 5
Istifadəçilər: 0
Qonaqlar: 4
Axtarış robotları: 1

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
Googlebot

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.