Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Məqalələr » Əli Əkbər- Muğam və Afrika musiqisi

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Könül Də ...
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Mənəvi repres ...
» Əsəd N.- Tura ...
» Eyvaz Taha.POSTMODERN&# ...
» Asif Atayla müsahi ...
» T.Şahsuvalın& ...
» Sabir Rüstəmx ...
» Divanə Ozan Tə ...
» Əli Kərim- Qa ...
» Sayman Aruz. Ey dü ...
» Fərhad Məmm&# ...
 
Arxiv
Sentyabr 2010 (18)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Yalnız İnsan. Şeirlər
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Aqşin Yeniseyin müsahibəsi
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
 
Əli Əkbər- Muğam və Afrika musiqisi

  Bölmə:    Məqalələr

Əli Əkbər- Muğam və Afrika musiqisi












Əli Əkbər

Muğam və Afrika musiqisi



Musiqi savadı olan da, olmayan da muğam haqqında danışır, dartışır, söyüşür, yalaşır. Bir muğam orgiyasıdır, baş alıb gedir. Bəndənizin bu temadan uzaq qalmasının səbəbi isə, muğama münasibətdə son dərəcə neytral olmağımdır. Onu da deyim ki, bu musiqiyə qarşı xüsusi bir simpatiyam olmasa da, muğamsevərlərlə də heç bir problemim yoxdur. Əlbəttə, çevrəmdə nə qədər muğamsevərin olduğunu soruşsanız, cavabım "sıfır" olar. Zənnimcə, belələri bir qayda olaraq mənim kimi tərbiyəsiz, avara və "millət düşmən"lərindən ürkək ceyranlar təkin uzaq gəzirlər.

Ceyran dedim, yadıma düşdü. Yəqin ki, "Qardaş, bu ceyranı hardan almısan?" adlı xalq mahnımızı çoxunuz eşitmisiniz? Musiqi savadım olmasa da, daxilimdən bir səs mənə bu mahnının "Bayatı Şiraz" üstündə olduğunu deyir. Bildiyiniz kimi, "Bayatı Şiraz" muğamlarımızın gəlinidir. İndi isə təsəvvür edin ki, ismətli, abırlı bir gəlin, öz milli, mental və dental (qızıl dişli) əriylə küçə ilə gedir. Siz də yenicə bu mahnıya qulaq asıb, cuşa gəlmisiniz. Yaxınlaşıb ədəblə soruşursunuz: "Bağışlayın cənab, sizi narahat etdiyimə görə çox üzr istəyirəm, deməzdiniz yanınızdakı bu ceyranı hardan almısınız?" O da qətiyyən əsəbləşmir, sualınıza axıra qədər təmkinlə qulaq asır və belə bir cavab verir: "Mən bu ceyranı filan rayondan almışam, atası-anası filankəsdir..."

Bilirəm, bu yazıdan sonra elələri də çıxacaq ki, "Burda ceyran deməklə qız-gəlin yox, heyvan nəzərdə tutulub" deyəcəklər. Nə deyirəm vallah, olmasın insan, olsun heyvan. Bizim zəmanəmizdə bunun bir o qədər də fərqi yoxdur. Özü də ki, zoofiliya nə vaxtdan və kim tərəfindən qadağan olunub? Hər halda eşşəkdən, keçidən və qoyundansa, ceyran yaxşıdır. Ulu dədə-babalarımız şad-xürrəm vaxtlarında bu mahnını qoşub oxumaqla, yəqin ki, nə etdiklərini yaxşı anlayıblar, yoxsa müdrik sələflərimizdən belə bir qələtə yol verə biləcəklərini gözləmək kafirlikdir. Onların hər sözündə hikmət var!

Nə isə, qayıdaq bizi dünyada, kosmik fəzada və müxtəlif planetlərdə yaşayan rəngbərəng, eybəcər məxluqlar arasında tanıdan muğamımıza. Əvvəllər tez-tez eşidirdik ki, amerikalılar (ya da avropalılar) kosmosa kapsula göndəriblər, içinə də bizim muğam "sbornik" diskini qoyublar (bəlkə oralarda kimlərinsə əlinə keçər, qulaq asıb feyziyab olarlar). Bu söz-söhbətlər artıq aktual deyil. İndi muğamsevərlərin daha maraqlı bir arqumenti var - Muğam UNESCO tərəfindən bəyənilib və yüksək qiymətləndirilib! Eləmədim tənbəllik, Google-də UNESCO-nun dünya xalqlarının musiqisinə maraq və münasibətini araşdırdım.

Sən demə, UNESCO muğamımızla yanaşı, bir çox Afrika xalqının tam-tam rəqslərini, mumba-yumba mahnılarını, Monqol musiqisini də bəşəriyyətin milli sərvəti adlandıraraq, öz geniş qanadları altında himayəyə almışdır! Bu xəbər məni çox sevindirdi. İstəyirəm hörmətli oxucuları, əziz muğamsevərlərimizi də sevindirim. Beləliklə, Azərbaycan muğamı ilə yanaşı UNESCO-nun diqqətini cəlb edən digər xalqlar və onların musiqiləri aşağıdakılardır: Mozambikdən Qule Vamkulu; Monqol mahnıları "Urtın Duu"; Mozambiklilərin vəhşi rəqsi "Şopi Timbila"; nigeriyalıların "Kankuranq" ritualı; Qambiya, Uqanda rəqsləri; Zambiyanın "Makişi" maskaradı; Zimbabvenin "Jerusarema" rəqsi Bir maraqlı fakt daha! Bizim balaban adlandırdığımız musiqi aləti, UNESCO-da ermənilərin "duduk"u kimi tanınıb və yüksək qiymətləndirilib.

Yaxşı, bəs indi nə edəcəksiniz? Afrikanın ibtidai icma quruluşundan qalma adamlarının musiqi və rəqsləri ilə adı yanaşı çəkilən muğamınız, erməniyə mənsubluğu UNESCO tərəfindən təsdiqlənən balabanımız sizi havalandırmadı ki? Bəlkə UNESCO-ya "Sizdən heç gözləməzdik!" janrında, şikayət məktubları yazasınız? Onsuz da "urusun" dövründən Kremlə, hətta Mavzoleyə "demaqoq" məktubları göndərmək kimi bir ənənəniz var. UNESCO-ya da yazın, bəlkə bir nəticə verdi.

Anlayın artıq! İstənilən qaradərili qəbilə, uzun illər iki qazan qapağını bir-birinə vurub rəqs edərsə, müəyyən bir dövrdən sonra, bu rəqs də UNESCO-da öz yerini tapacaq. UNESCO-nun nəzərində, muğam Afrikanın mumba-yumba, tam-tam rəqsləri, qaradərililərin, monqolların mahnı və musiqiləri ilə bərabərhüquqlu bir musiqi janrıdır. Mən də bu qarabalaların rəqs və mahnılarını nə qədər sevirəmsə, muğamı da o qədər sevirəm. UNESCO üçün birinin qalstuk taxıb stulda zilə qalxıb-bəmə düşməsi ması ilə, Somalinin xalq artisti Mınbe Dırımq Anqrumbenin lüt-üryan tonqal ətrafında atılıb düşməsi arasında heç bir fərq yoxdur.

Lakin, mən yenə də bütün bunlarla yanaşı, bizim üstün olduğumuza inanıram. Çətin ki, Afrikada, ya da Monqolustanda "Qardaş, bu ceyranı hardan almısan?" janrında pis-pis sözlər danışsınlar.

"Alma"



QEYD: Şərhlər idarəçi tərəfindən bağlanmışdır. Səbəb söyüş və təhqirlərin yazılmasıdır.
 
Reytinq
 (səs sayı: 11)


Şərhlər: 19
Dərc olunub: 3 İyun 2009
Baxılıb: 1076 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 851 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 5
Istifadəçilər: 0
Qonaqlar: 3
Axtarış robotları: 2

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
GooglebotYahoo

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.