Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Tənqid » Divanə Ozan Təklə. Öldürmək vaxtı

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Könül Də ...
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Qol.Az istedadlı g ...
» Seymur Baycan. Yaş ...
» Seymur Baycan- Bir, iki ...
» Maksim Qorki haqqı ...
» Səkinə Pur H& ...
» Aqşin Yenisey. Sey ...
» "Şərif, biz ...
» HOST
» Qan Turalı- mü ...
» E.Astanbəyli- V.S& ...
 
Arxiv
Sentyabr 2010 (18)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Yalnız İnsan. Şeirlər
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Aqşin Yeniseyin müsahibəsi
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
 
Divanə Ozan Təklə. Öldürmək vaxtı

  Bölmə:    Tənqid

Divanə Ozan Təklə. Öldürmək vaxtı

Ədəbiyyatdan heç bir təmannam və iddiam yoxdur.

Divanə Ozan

Divanə Ozan Təklə
(Nəsirov Ağayar Xələf oğlu)



Divanə Ozan

Divanə Ozan Təklə
(Nəsirov Ağayar Xələf oğlu)

Öldürmək vaxtı
“ Qaydasız skandal tənqid viranə” silsiləsindən

Antitehran- Antitehran -Tənqid Elegiya .net


Birinci hissə

1. Şamaxı şorunun ləzzəti.





50 yaşıma hədiyyə kimi doğulmuş 2-ci nəvəmə,
həm də 1-ci nəvəmə, bir də doğma kəndim Təklə
kəndinə.



Başlanğıc tarixi:1may2008-ci il saat 23:51

Öncə yəqin ki, salamlaşmaq lazım olacaq.

“Salaməleyküm “ağır sözdür və bu sözdə Azərbaycan ədəbi dilində (yazılı və şifahi) olan bütün sözlər var.
“Əleykəssalam” ondan da ağır sözdür və bu sözdə də Azərbaycan ədəbi dilində (yazılı və şifahi) olan bütün sözlər vardır.
Əvvəl qələm vardı , sonra söz oldu.
Ədəbiyyatla zarafat etmək olmaz. Zarafat başqa şeydi.

“Tənqid. net” dərgisi haqda:
İndiyə qədər 5 sayı işıq görüb. Tehran Əlişanoğlunun baş redaktorluğu ilə çıxır.Rüblük nəşrdir. 2008-ci ildən nəşr olunmağa başlayıb. İnternet versiyası var(www.tenqid.net)Internet versiyası olduğundan daha çox oxunur.Köhnə dəbli YAZI lar bu dərgidə də çap olunur .
Burada “Alatoran”dərgisi haqda da yazı gedib və 3-cü sayda mənim yaradıcılığıma da yer ayrılıb.
“Alatoran”da bir imza sahibi var: Divanə Ozan; əsl kəşfdir, təqdimatdan belə görünür ki, cavan deyil, yazdığına görə əyalətdə yaşayır; həmişə də “ədəbiyyatdan heç bir təmənnam və iddiam yoxdur” qeydi ilə yazır; amma məsələn, onun “zəhər və oyuncaq üçün darıxanlar” sisiləsindən şeirlərini (N 5), “rəngləri yemək də mümkündür” poetik silsiləsini (N 7) jurnalda təmsil olunan radikal şeir həvəskarlığının daha təravətli , cavan , enerjili etalonu kimi gördüm. Jurnalın son sayında (N 9) antiroman- antibalet kimi qələmə alınmış “Sidik ifrazı ləngiməsinin müalicəsi” əsərinin əvvəlindəcə təəccübüm birə- ikiqat artdı; məsələ tək ad radikalizmində deyil,buna görə R.Qaracani təbrik eləmək də olar: deyək , bir il öncə M. Köhnəqalanın həmişəki tək “Lakin”də təpkiyə uğratdığı anti- tabu siyasətini “Alatoran” tədricən , altdan- altdan normallaşdırır-Azərbaycan dilinin yazılı- şifahi , aşağı- yuxarı bütün lüğət qatları açıq həmləylə nəsri işğal eləməkdədir ; məsələ bundadır ki, Divanə Ozanın romanı bu tendensionu da cavan nəsrdən daha energetik , mahir, çağdaş ritmdə və düşüncədə imitasiya edə bilir ; fransızlardan nəyimiz əskik , Mişel Uelbekin dilindənmi dilimiz geri, ya gəzib düşüncəsinə köçürdüyü əyalətdənmi Vətənimiz az ekzotik?! Bu , artıq məni düşündürür : Divanə Ozan nə deyir ? İndi mən onun “Əyalətdən ədəbi prosesə bir baxış”ını da (N 4, 6, 8) sadəcə qeydlər yox , tənqidə , qoy lap elə yazdığım bu sayaq tənqidə parodiya kimi qavramağa başlayıram; bu-yaratdığımız ədəbiyyatın asanlığından , asanca təqlidə gəldiyindən demirmi? “
Dədə-baba tərəkəməyəm, ancaq YAZI larım yenidir. Mənim yazılarımı görməməzliyə vurulması mənimüçün təzə deyil.Gərək idi ki Tehran Əlişanoğlu da mənim YAZI larımı oxuyaydı, özünü görməməzliyə vuraydı hamı kimi. Onda bəlkə mənim”Əyalətdən ədəbi prosesə bir baxış” silsilə tənqidi qeydlərim də ölməzdi və bu YAZI da yazılmazdı.
Dərgidə yeniliyə də yer verilir- Nərmin Kamalla müsahibə məndə xoş ovqat yaratdı.
Tehran Əlişanoğlu peşakar tənqidçidir, ancaq tam yeniləşə bilmir. Tam yeniləşmə ədəbi tənqiddə də olmalıdır və bu çox vacibdir. Bu heç kimi hələ ki, narahat etmir. Deyəsən bunu da mən edəcəm. Ancaq buna vaxt lazımdır,azı 50 il. Ağlım kəsməyəndən şeir yazıram, nəsr əsərlərimi isə ağlım kəsəndən yazıram. Ədəbi tənqidə əgər belə demək mümkünsə ALATORAN N: 4-dən gəlmişəm. Tam yeniləmə üşün vaxt lazımdır, vaxt. 50 il də gözləyək.
İndi isə köhnə tənqidə deyirəm:
Yox.
“Əyalətdən ədəbi prosesə bir baxış” im öldükdən sonra xeyli kədərləndim və bu kədər Q. Q .Markesin cəmiyyətə ünvanladığı bir sual kimi məni həmişə düşündürür(kədərləndirir):
--Óæàñíî, êîãäà òåáÿ õîðîíÿò â îêòÿáðå, ïðàâäà?
Məni həmişə bu sual xoflandırıb və qorxduğum axır ki başıma gəldi , yəni yuxarıda adını çəkdiyim tənqidi silsilə yazılarım oktyabrda öldü.

İndicə sizin oxumağa başladığınız bu yeni yazı mənim öz-özümlə söhbətlərimdi.
Ədəbi mühitdən uzaqda olduğumdan (həm də ilk gəncliyimdən)ədəbi mətbuatı və kitabları ardıcıl izləmişəm və bu mənə həmişə ədəbi mühitin ən qaynar ədəbi müharibə gedən qaynar nöqtəsində olmağa (qiyabi) imkan yaradıb və zaman-zaman qarşı tərəflə (yenə də qiyabi) ədəbi mübahisə və müzakirə içində olmuşam və həmişə də obyektiv olmağa çalışmışam.
Vaxt ötdü və mənim ədəbi tənqidi(kim istəsə ədəbi –mənqidi də deyə bilər, hətta çinli tənqidçilər də)fikirlərim mətbuat səhifələrinə sarı yürüdü və onu da qeyd edim ki, mən ümumiyyətlə hər növ yazının çap olunmağının əleyhinəyəm və nə qədər qəribə səslənsə də bütün yazılanlar oxucu üçün deyil, bəlkə də oxucuya dəxli yoxdur bütün bunların. Bu bəlkə də yazarın özünü göstərməsinin bir formasıdır.
Bir cümlə əvvəlki fikrimin davamı olaraq yazım ki, fikirlərim ədəbi mətbuat səhifələrinə sarı yürüyəndə , məsuliyyətim birə-yüz artdı və bunun şübhəsiz özünəxas çətinlikləri vardı və mən çalışdım ki, ilk növbədə xarici estetika və mədəniyyət qarşısında pərəstişdən uzaq olum, tərəfsizliyimi qoruyum, yeniliyi(onun içində həm də köhnəliyi-kim onu o sətirlərin içində, sehrində görə bilmirsə bu mənim günahım deyil.Bəlkə də zaman keçəcək və bunu görmək mümkün olacaq.)aktuallığı önə çəkim, ədəbi fikri qabağa aparım , əlbətə ki, ədəbi gücüm daxilində və bir də çalışdım ki,ədəbi çoxrəngliliyi göstərim, əyalətçilikdən uzaq olum.Ülvi hiss və həyəcanlarla baş-başa qala –qala Təbəristan dənizi kimi təlatümə gəldim və hər zaman yaradıcı olmağa çalışdım.

Yazı- mətn nədir?
Bu insan beynini qıcıqlandıran elektronik siqnallardı, impulslaşmış koddur, gerçəkliklə virtualın arasında olan bir şeydi. Mən həm də çalışmışam ki, birtərəfli fikirlərdən qaçım, çün bu böyük bir bəladır ki, böyük ziyalı Firidun bəy Köçərli də bundan qurtula bilməmişdi.Təbii bu da məlum ki, hər zaman çalışıram ki, Azərbaycan ədəbi nəhri coşub daşsın, qurtulsun, yeni bir ahəng alsın, dürüstlük və dəqiqliyin dərəcəsi yüksəlsin, fikrən açıq və sağlam olsun, ədəbiyyat bir şimşək ömrü yaşasın həm də.
Şamaxılı şair Abbas Səhhət vaxtilə “Təzə şeir necə olmalıdır?” adlı məqalə yazmışdı və yəqin bu gün “Təzə tənqid necə olmalıdır” yazısına böyük ehtiyac vardır və bu ədəbi zəlzələ olacaq yəqin.Mənsə öz ədəbi dünyamda ədəbi fikirlərimin Şamaxıdakı dağ çeşmələri kimi saf olmasına çalışmışam.
Elnur Astanbəylinin yazılarından birində təxminən belə bir cümlə oxudum:”Filankəsin(ad önəmli deyil,heç məqsəd də o deyil)əsərində yazıçı cümləsi yoxdur”və fikrimi çəkən də məhz bu cümlə oldu.
Nədir YAZIÇI cümləsi?
Maraqlıdır, mənimçün çox maraqlıdır.
Göy-gölün , Kəpəzin rəsmlərini indiyə qədər n sayda rəssam çəkib , fəqət heç bir rəsm Səttar Bəhlulzadənin çəkdiyi rəsmlərin yerini verə bilməz.Deməli əsas peşəkarlıqdır və mənimçün YAZIÇI cümləsi də budur və mən yazanda nə yazdığım mənim üçün maraqlı deyil , əsas odur ki, yazıram. Sonda məlum olacaq ki, bu cümlə Divanə Ozanındır yoxsa Ernest Heminquweyin.Əsas olan budur.
Bu gün ədəbi tənqidi qeyri- adi tənqid səviyyəsinə qaldırmaq lazımdır və bu elə sabahın tənqidi olacaq məncə və bundan sonra tənqiddən yuxarı başlanacaq, yəni retro tənqiddən imtina etmək özü elə yeni tənqidi ruhun başlanğıcı olacaq və belə bir qənaətin heç də retro tənqidə basqı kimi anlanmasını istəməzdim.
Tənqidin uçuşu utopiya deyil, fantastika kimi görünməsin heç kimə və bu uçuşa şübhəsiz heç kimin əli çatmasın gərək və bu uçuş tənqidi əyləncə vaxtı kimi oxunmayacaq və belə olsa Aydın Xan(Əbilov) “Kulturoloji alternativ düşüncələr”(“Elm” Nəşriyyatı Bakı-2006) kitabında özünü tənqidçilər cərgəsinə yazmaz (səh.19) və Hüseyinbala Mirələmovun “Gəlinlik paltarı” nı xüsusi “təhlilə” çəkməklə onu M.S.Ordubadi, F. Kərimzadə, Muğanna, Çingiz Hüseynov və s. yazarlarla eyni sırada görməz və bu sayaq “yuxu tənqidi” kitabın son səhifələrinə qədər davam etməz.
Tənqid hara , mən hara? Çox adam bu sualı özünə verməlidir və elə Aydın Xan(Əbilov) həmin kitabında 265-ci səhifəsində yarımbaşlığı elə belə də adlandırıb” Ədəbi tənqid populyar təriflə əvəzlənib...” və bu yerdə məncə sükut etmək ən yaxşı çıxış yoludur, çünki elə belə kitablardır “tənqidi öldürən”lər . Tənqidin əbri –neysan olmaq zamanı gəldi.Tənqidi yazının əsərin özü qədər maraqla oxunması onun ağırlığı ilə bağlıdır. Ədəbi tənqid indi çaxnaşma içindədir.
Ədəbi tənqidi şeytan cildində görən adam yazarlar var .Ədəbi tənqid şeytan əməli deyil.
Tənqidçi ədəbi proqnoz verməməlidir, çünki bir saniyə sonra nə olacağını biz bilmirik.Çox təəssüf ki, vaxtilə ünlü tənqidçi və ədəbiyyatşünas Məmməd Arif Elçin( Əfəndiyev) haqda məqalə yazmış , ədəbi proqnoz vermişdi , çifayda Elçinin yazdıqları su oldu su, ancaq o ədəbiyyatımız tarixində bir böyük ədəbi iş görmüş ki, çox çeyə dəyər . Bu da ondan ibarətdir ki, o 1979-cu ildə Yapon poeziya nümunələrini “Nərgizin ilk ləçəyi” adı ilə ruscadan çevirib , ön söz və şərhlər yazıb “Gənclik” Nəşriyyatında çap etdirmişdir və bu onun 10 cildliyinə dəyər. Dogrudan da dəyər və həmin kitab zamanında daha qiymətli idi.
... Yazı prosesində mən tam azadam , həm də paytaxtda yaşayan həmyerlilərimdən başqa az qala heç bir yazarı şəxsən tanımıram və belədə ədəbi tənqid yazmaq daha rahatdır.Mənim ədəbi tənqidi yazılarım adda- budda, yəni ordan- burdan təsiri bağışlaya bilər, çünki bunlar mənim öz- özümlə söhbətlərimdir və necə varsa eləcə də yazıya almışam. Olsun ki, birinci abzasdakı fikrimin ardı qırxıncı abzasda olsun . Belə yazdım necə varsa , sözlərə cümlələrə , fikirlərə azadlıq verdim. Belə daha doğrudu bəlkə. Bu günün ədəbi tənqidi belə olmalıdır bəlkə də.
Yaradıcılıq prosesində nə ilham pərisi , nə də ilhamə pərisi iştirak etmir. Yazarların uydurmasıdır bu.
Qiyamət günü üç şeyin ciddi sorğusu olacaq.(Mən belə bilirəm) Onlardan biri alimlərə aiddir. Millət vəkili , professor Nizami Cəfərov bunun fərqindədirmi?Dəfələrlə yazılmasına baxmayaraq o 11- ci sinif üçün Ədəbiyyat dərsliyində bilərəkdən buraxdığı səhvi(Hüseyinbala Mirələmov haqda yazdıqları)hər il həmin kitab yenidən işlənib təkmilləşdirilərkən düzəltmir ki, düzəltmir. O vaxtilə çox gənc ikən 5-ci sinif üçün Azərbaycan dili dərsliyinə misal kimi sonralar dərviş olacaq çox gənc Akif Səmədin şeirindən bir bənd salarkən gənc şairin yerinə mən daha çox sevinmişdim.
Qan Turalının yeni bir uzun hekayəsi ortadadır. Onun zəngin yaradıcılıq palitrasına oxucular yaxşı bələddir. İlk şeir kitabı və dörd hekayəsi yaxşı qarşılandı.Ahənglə əlaqəni qorumaq həyatı təbii şəkildə əlaqələndirmək bacarığı faktdır . Təsvir vasitələrində mürəkkəbləşən hisslər və s. orjinal görünür. Hadisələrə fəal yazıçı münasibətilə yanaşı ümumilik bəlkə də mücərrədlik gördüm uzun hekayədə. Bunu bir subyektiv aləmin məhsulu da saymaq olar, amma mənə elə gəldi ki, mətnin alt qatlarındakıları oxuya bilmək oxucular üçün bir qədər çətin düşünülüb.Üzdəki görüntülər aldadıcı olur həmişə. Dərində isə mənfi əxlaq normalarına öldürücü bir nifrətli gülüş var və ümumuyyətlə yaradıcılıq çətin bir şeydir həm də.
Konkret hadisələri elə o cür də görmək kökündən səhvdir.Məyər mənim “Sidik ifrazı ləngiməsinin müalicəsi” antiroman-antibaletimdə məqsəd həqiqətənmi sidiyin ləngiməsinin müalicəsidirmi?
Əsəri düzgün başa düşmək oxucu qavramasıdır.
Yorğun ədəbi tənqiddən qurtulmaq lazımdır.Ədəbi tənqid püskürməlidir.
Aqil Abbasın “Dolu” romanını çətinliklə oxudum. Bu barədə fikirlərimi yazmazdan öncə onu qeyd edim ki, xalqımız nə qədər vətənpərvərdirsə mən də o qədər vətənpərvərəm.Bu öz yerində.
Yazmaq üçün bəhanələr var və yazmaq mövsümü sözlərin çoxluğundan qorxmayıb , “yuxunu sevmirəm”- demək və hər sətirdə bir “bəlkə də bunu tapa bildim”- fikri çox şeyi aydınlaşdırmaq və özünə qapanıb burda bəzi şeyləri öz-özüylə aydınlaşdırmaq və hamı kimi deyil, tamam fərqli düşüncələr dayanacağında vacib olanı əlaqəli şəkildə ancaq özünə yaxın yerdəyişmə səbəbiylə yaza bilmək canlı ədəbiyyat yaratmaqdır.
“Dolu”da çox əsərlərdən çox fikirlər , çox cümlələr var, (hətta böyük hərflərlə yazılan uzun adlardan belə) və bu ədəbi münasibətləri aydınlaşdırmaq , qınamaq və bütün bunları 23 saat 56 dəqiqə 04 saniyə sonra o cür yazılanlardan ipucu axtarıb , nəyi istədiyini bilmək , sonra sakitcə, yəni narahat olmadan geri qayıtmaq və bəzi məqamları səmimi hər şeyi qısa yolla bir neçə döngədən (ədəbi) çox yaxşı tanımaq və bu barədə dərindən fikirləşəndə hardansa qəribə-qəribə və kədərli-kədərli görünmək hər şeyə gecikməkdir məncə.
Meyid yarılandan sonra çox şey aydın olur.
Yazmaq stressdir. Ədəbi həqiqət , yəni nəticə göz qabağında və həmin hissləri “orda heç nə yoxdur ,yaxud orda nəsə var “ kimi yazmaq , sükutun o biri üzündə səndən nə var Allahım görən və bəzən adamın əlləri, barmaqları yaman yorulur və adam bu fani dünyanı başa düşmək istəyir, ancaq başa düşmür ki, düşmür.
Aqil Abbasın “Dolu”su üçün yazılanlar məncə “məcara tənqidi”di, yəni onlar məcara axtarırlar və bu məcaraları yazıçı bir kitab halında nəşr etdirəcək(özü demiş ya da özü yazmış) , mən oxuduğum qədər.Deməli, bizim bir toplum halında bir məcara tənqidi kitabımız da olacaq.
Yer adamı həm hadisəçildi, həm də əfsanəçil.Peşiman olmaq , yəni bir yola çıxmaqlıqdı. Sonu olmamaqlıq davam etməklikdi.
Gündəmdə olmaq hələ yazıçı olmaq demək deyil.
Velosiped sürən adamın səkinin kənarında oturub , xəyala dalan adamların üzlərinə gülümsımıyilə xoşa gəlmək niyyəti heç də hər şeyin yaşıl ağacdan sonra gələn boşluqda nəsə olması , velosiped sürən adamın əl fanarı ilə haradasa itirdiyi nəyisə axtarması ilə suyun üzərindəki qurbağa poxu sadəcə göz oxşamaq və boyunca gedən və hardasa dayanan , yetər ki, gülümsəməyilə unutdu ki, Biləcəridən o tərəfə də yol uzanıb gedir.
Şamaxılı İmaməddin Nəsimi vaxtilə demişdi ki, özünüdərk özünütərk etməkdi. İlahi, hər şey dondu, bir daha oyanmadan uçurumdan düşüb dua səsləriylə səslər uçub getdilər. Son vaxtlar Yevlaxdan o tərəfə ifadəsini də eşitmişəm. Gəncədən qayıdarkən “İkarus” markalı avtobusla gələsi oldum. Avtobusun arxa tərəfindəki oturacaqlardan neçəsi yox idi və ora bəlkə yüz kisə sarımsaq yükləmişdilər alverçilər. Nə isə, gözünlə görməsən , burnun sarımsaq iyindən tutulmasa , başın ağrımasa inanmazsan.
Kamal Abdullanın “Çəngəl çiçəyi” hekayəsi çox ağır cümlələrlə başlanır. Belə ağır cümlələrin ağırlığında oxucunun(yazıq)hekayənin ardını oxumağa hövsələsi çatacaqmı? (İrəlidə yazdım:nədir yazıçı cümləsi?) . Beyin travmatik - ədəbi tale , yəni yazı yazılması və bütün bu çabaları başlamaq və davam etmək üçün gerçəkdən ədəbi qəza , yəni işin içində iş olması, bir dəfəyə sadəcə xatırlamaq qismində, baxdığın kimi çox yorğun və mütləq dəyəri olan şeylər , yazı kimi bir şey- nömrələrə bənzər bir təlaş üçün əsas olacaq sarsıntı belə təhlükəli və qorxulu, əslində heç gözləmədiyin fikirlərin ölənə qədər yəni cümə günləri nəyinsə səsinə oyanmaq və o gündən bu yana həmən yanlış bir şey ,uzaq və güclü anlaşmaq və suçlamaq , təbii o zamandan bir az içinə(daxilinə)bir baxış etməklə səki ilə (ədəbi)yol qırağındakı gördünmü olacaqlar oldu.
Ədəbi ehtiyac – bitən işin sonsuza qədər incitmək ki, bu incimək zatən kövrəlmək , sonra da adamları kövrəltmək gözün ağı ilə qarası arasında itirdiyini tapa bilmək çox zor bir işdir və yazar Kamal Abdulla – yəni peşəkar dilçı - ədəbiyyatşünas , tənqidçi , yazıçı yəqin bilməmiş deyıl ki, nəsrin dili əslində oxucunu arxasınca aparır və yazarın ilk cümləsi oxucunun diqqətini çəkmirsə , onu oxumayacaq.Bu yüz faiz belədi və bunu böyük çıxmasın ədəbi resept kimi yazıram.
Yazar oxucunu yazdıqlarına inandırmalı və yeri gəldikcə təəccübləndirməlidir, bəlkə də əksinə inandırmamalı və təəccübləndirməməlidir.Bu dünyada çoxlu suallar vardır ki, cavabı yoxdur , yaxud onların cavabını biz bilmirik . Kamal Abdullanın “Çəngəl çiçəyi” nə mən bir oxucu olaraq inanmadım və bu bəlkə də yazıçının uğurudur. Kim bilir...
Bizdə hər gün onlarla nəsr nümunəsi yazılır, bəlkə daha da çox, ancaq burası da var ki, nəsr çox ciddi bir işdir və böyük məsuliyyət tələb edir.
Yuxarıda sarımsaqdan yazmışdım, heç bilmədim nədən yarımçıq qaldı.Davam edirəm.
Sürücü yüklü “İkarus”u yavaş-yavaş sürürdü. Yolun tən ortasında yol işarələri qoyulmuşdu,çoxlu texnika və fəhlələr qızğın işləyirdilər.Yolun qırağında iri hərflərlə yazılmış yazı oxudum:”Kənardankeçmə”- yəni əsas yoldan aşağıdakı torpaq yolla getmək lazımdir.
Fikrimdən keçir ki, ədəbiyyyatda da belədir. Hamı yazır , ancaq hamı əsas ədəbi yolla yox , kənardankeçmə yolu ilə gedir və bəzən bu “əsərlərin” çoxundan sarımsaq iyi gəlir.
Paşa Qəlbinur həkim “Qara su” adlı “əsər” yazıb və” məşhur” Azərbaycan jurnalında çap etdirib. Elə bil yuxudu, nağıldı, ancaq burası da var ki, yuxu , nağıl adamı inandırma gücündə olsun gərək . İnandırma gücü yoxdur Paşa Qəlbinurun yazdıqlarında .Guya balığın başı kişi başıdı, gözləri M. Müşfiqin gözləridi.“Aydın gözünün qulağıynan Bəy Qasıma baxırdı”.” Tabutu endirin, milçəyi qovalayın”və s. Səh.40-dakı təsvirlər Ə. Əylislinin məşhur təsvirlərinin az qala qohum- əqrəbasıdır.”Onların böyük ailəsinə dərd batmanla gəlidi”- bu isə Yusif Səmədoğludan gəlir və bu “əsər”də mənim “Sidik ifrazı ləngiməsini müalicəsi”antiroman- antibaletimdən də nələrsə var, oxuyan görə bilər.
Ümumiyyətlə mənim nəsrimdəki belə yazım “nöqtə, vergüllər”dən və s. indi geniş istifadə edilir yeni yazılan nəsr əsərlərində və bu gün plagiat yazmaq az qala dəb olub və odur ki, mən artıq yazıb bitirdiyim antiroman-antibaletimin 2-ci hissəsini çap etdirmirəm və nəsr əsərlərimin çapına indilikdə Azərbaycan ədəbiyyatında baş alıb gedən plagiata etiraz əlaməti olaraq qadağa qoymuşam və onu da qeyd edim ki,mən bütün yazılarımı iki bəzən üç variantda yazıram.
Plagiat əsərlərə etiraz olraq bir silsilə belə yazım burda ,plagıat şeirlər yazmışam və əlbəttə ki, istifadə etdiyim kitabın adını da göstərmişəm və hamıya göstərmək istəmişəm ki, plagiat əsəri belə yazrlar belə yazarlar və həmin silsilə seirlərim ALATORAN dərgisində dərc olunar yəqin.

IXTISARLA
 
Reytinq
 (səs sayı: 5)


Şərhlər: 5
Dərc olunub: 13 İyun 2009
Baxılıb: 949 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: qurdqanli (14 İyun 2009 01:16)
bundan uzun yazi yox idi?
canim cixdi...
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#2 yazıb: qeder (14 İyun 2009 01:59)
Ele menim de canim cixdi.Yaxsi ki neveler ikidir,kend birdir.
60 yasda yazilani meqaleni oxumaq bize qismet olsa,onda deqiq can ruhdan ayrilacaq.Cunki neveler de artacaq,bos-bos yazanlar da.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#3 yazıb: Ulvu (14 İyun 2009 14:47)
Goresen yazıları kim yerlesdirir sayta?...bu qeder uzun ve israf edici yazıyı secmeycun ne qeder sey gosteririler goresen???
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#4 yazıb: sel (15 İyun 2009 00:26)
divane ozxanin yazilari uzun olsa maraqli olur. duzu, hec oxumadim da. ancaq proloqda cixsaydi oxuyardim
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#5 yazıb: sindrom (15 İyun 2009 20:55)
sevinin ki, hele hamisi deyil, ixtisarladir. yazinin sonunda "ixtisarla" sozu yazilmaqla, bizlere "shukr etmeye" oyredirler:)))
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 851 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 6
Istifadəçilər: 0
Qonaqlar: 4
Axtarış robotları: 2

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
GooglebotYahoo

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.