Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Gündəlik notlar » Vəfa Cəfərova. Ukraynada nələr gördüm.

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
» Akif Əli. Ağ& ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Nazim Hikmət -  ...
» Tenqid sitesi
» Alatoran - Abunə
» Zamin Hacı
» Divanə Ozan Tə ...
» A.Talıbzadə i ...
» Məhəmməd ...
» Elmin Həsənli ...
» Pərvizin müsa ...
» Ana dili
 
Arxiv
Sentyabr 2010 (17)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
» Firudin Allahverdi. Tarixin ibrətsizliyi
» Günün şeiri
 
Vəfa Cəfərova. Ukraynada nələr gördüm.

  Bölmə:    Gündəlik notlar

Vəfa Cəfərova. Ukraynada nələr gördüm.

Vəfa Cəfərova

Ukraynada nələr gördüm


yol qeydləri




Səyahət etməyi sevirəm. Yeni şəhərləri özüm üçün açmaq, saatlarca tək əlimdə xəritə onun küçələrini dolaşmaq, yeni təamlar dadmaq, ancaq bu şəhərə məxsus başqa heç bir yerdə rast gələ bilməyəcəm məkanlar, şəhərin müsbət enerjisindən bir parça qoparmaqdan gözəl heç nə yoxdur. Səyahət – gündəlik rutin həyatdan həmdə qaçış deməkdir. Deyirlər özündən qaçmaq olmaz. Boş söhbətlərdir. Səyahətlər zamanı səni yeyən ximeralardan elə asan azad olursan ki, üstəlikdə özündə yeni bir şeylər də kəşf edirsən. Amma hər şey haqqında ardıcıl.

Dörd dekabr, cümə axşamı

Valideynlərimlə uçuşdan əvvəl telefon danışıqlarım – 5
Konturların sayı - 0
Səfərdə olduğum zamanı yazılmış məqalələr – 0
Uçuşdan əvvəl qəbul edilmiş alkaqol – 2 irlandsayağı kofe
Uçuş qabağı qorxunu dəf etmək üçün çekilmiş siqaret sayı – 38 (Yüksəklik qorxusunu nəzərə alanda normaldır)
Sevinci qayıdandan sonra öldürməmək üçün səbəblər – 0
Boyfrend sayı – 0
Kiyevdə tanışlar, dostlar - 0


23:00

Tiflis – Kiyev reysi. Tiflisdə bizim uçuşumuz düz 3 saat təxirə salınmışdır. Rusiyanın yenə şıltaqlığı tutub. Və Tiflisdən uçan təyyarəyə hava koridoru verməkdən imtina edir. Axır ki, Türkiyə hava koridorunu verməyə razılıq verdi və biz yola düşdük. Gürcü və azərbaycanlıların qardaş və eyni təfəkkür daşıyıcısı olduğunu mən gürcü kişilərinin özünü təyyaradə apardıqlarına görə əmin oldum. Kəməri bağlamırlar, tualetdə siqaret çekirdilər, təyyarə havaya qalxan kimi dety fredə aldıqları şərabları çıxardıb uzun uzadı gürcü sağlıqları deyib bir nəfəsə şərabı məhv edirdilər. Kiyevdə reqistratsiya başlayanda isə, qadınları yekə qarınları ilə itəliyib növbədən kənar pasport kantrola çatmağa çalışırdılar. Növbədə beş dəqiqə düzgün dayanmağa səbri çatmayan cinsin nümayəndələri hansı üzlə biz qadınlara zəif cinsin nümayəndəsi, irasional varlıqlar, qabırğa deyirlər anlamıram. Əslində həmişə kişilər bizə qabırğa deyəndə dünyanın ən istedadlı və eyni zamanda uğursuz modelyeri, dostum Laşanın danışdığı lətifə yadıma düşür: “Allah cənnət bağına gəlib Adəmlə Həvvaya deyir sizə iki həddiyəm var. Biri oturmadan pipi eləmək bacarığı. Adam bu hədiyyəni israrla istədiyini bildirir. Və Allah ona bu hədiyyəni verir. Adəm o qədər xoşbəxt olur ki, bütün Edem bağının kollarına, ağaclarına və otlarına bu yeni hədiyyə ilə xeyir dua verir. Bu mənzərəyə qiraqdan tamaşa edən Allah Həvvaya dönüb deyir: deyəsən ikinci hədiyyəni - ağılı da Adəmə verməli olacağam”. Uçuşdan əvvəl Laşanın mənə içizdirdiyi yuxu dərmanını öz təsirini göstərir və yatı – raaa-mmm....

Beş dekabr – cümə

01: 05

Təbii ki, təyyarənin salonunu əsnəyə - əsnəyə ilk mən tərk edirəm. Taksi Kiyevdə qatıldığım Dünya liberallar federasiyasının general assambleyası keçirilən “Kooperativ” otelinə gətirdi. Əgər sizi Kievə işgüzar səfərə dəvət etsələr və pulsuz nə vaxtsa bu oteldə yerləşdiriləcəyinizi desələr, həmən imtina edin. Mənim səhvlərimi təkrarlamayın! 18 mərtəbəli bu otelin yeganə missiyası Sovet dövrü otelinin nə olduğunu unutdurmamaqdır. Turistləri qorxuzmaq üçün bir atraksiondur. Əvvəla girişdə şvetsarın qırmızı uniforması yaşıl kavrolitlə “gözəl” harmoniya təşkil edirdi. Qeydiyyat masasında olan xanım çürümüş dişlərindən, qırmızı pomada ilə “varlığa nə darlıq” prinsipi ilə sürtülmüş pomadası ilə artıq otelin neçə ulduzlu ya da ümumən ulduzsuz olmasından xəbər verdi. Brrr... Insan özünü nə qədər sevməyib qiymətləndirməməlidir ki, öz xarici görünüşünə bu qədər fikir verməsin. Qeydiyyatı keçdikdən sonra xanım mənə 6 kağız parçası uzatdı, çox yorğun olduğum üçün heç açıb kağızları oxumadım. “Miss dodaq konturu”, pardon, resepsiyondakı xanım talonlarından mügayat ol dedi. Sən demə əlimdə olan nə az nə çox “üç ulduzlu” otelin bufetində yemək yemək üçün talonlar idi. “Daha pis nə ola bilər” deyib özümü mənən hazırlayıb lifti çağırıram. 5 – ci mərtəbə. Uzun və çirkli koridor. Otağın qapısını açıram. Iki çarpayı, iki komod, sovetlər dövründən qalmış divar kağızları. Hər yerdə paltarlar, boş butulkalar, prinqlesin boş qabları, beş evrolar, istifadə olunmuş çay paketləri və.s nə isə otaq yoldaşımın isveçli xanım olduğunu demişdilər. Avropalıların hamsı belə olmasa da, aralarında donuzluğu və təmizliyə bu cür laqeyd münasibəti ilə fəxr edənləri də var. Duş alandan sonra yatmaq istəyirdim, amma birdən birə yuxum qaçdı. Otelin birinci mərtəbəsində yerləşn və 24 saat çalışan “Şokoladnitsa” kafesi məni xilas etdi.

Afto guest – (avto qonaq)

Şokoladnitsada gecə saat 2 olmasına baxmayaraq adam çox idi. Siqaret çekənlər üçün zalda yer tapıb kompyuterimi çıxardıb msn-də Bakıdakı dostlarımla danışmağa başladım. Yanımdakı masada əyləşən ukraynalılar belə yaxın və şirin ama qulağa yad dildə nəsə danışırdılar. Tez tez tost deyib Saşa adlı birini təbrik edirdilər. Bilmirəm dəhşətli tənhalıq hissi ya da msn-də danışılacaq heç kimin olmaması – axır ki mən bu kompaniyaya qoşuldum. Sonra öyrəndim ki, Saşanı bugün işdən qovublar. Və dostları, özünə qapılmaması üçün ona bu əyləncəli gecəni təşkil ediblər. Əyləncə? Amma sadəcə oturub çex pivəsi içməkdə nə əyləncəli ola bilər ki? Sualıma Maşutik, yəhudilərin ən yaxşı adətinə görə, sualla cavab verdi: Əylənmək istəyirsən?
Afto guest – həyatımda oynadığım ən maraqlı və eyni zamanda ekstrimal oyundur. Ümumi qaydalarını bilmirəm. Amma həmin gecə biz iki qruppa bölünüb bütün şəhər boyu divara yazılmış “Pink” sözü qarşısında fotoqraf çəkdirməliydik. Kim birinci şekili çekdirib geri Şokoladnitsaya qayıdırsa o qalibdir. Uduzan isə hesabı verir. Səhər 7 qədər heç kim həmin divari tapmasa hesabı yarı – yarıya ödəməliydik. 4 saata bütün neçə milyonluq şəhəri gəzib, 3 dost qazanmaq mümkün deyil deyənlərə, BU MÜMKÜNDÜR!
Amma təbii ki, bu oyunuda uduzdum. Yəni mənim komandan tarixi yerləri, kilsələri göstərməyə elə aludə olmuşdular ki, “Pink” yaddan çıxmışdı. Səhər yeməyini bərabər “Şokoladnitsa”da yeyib təzə dostlarımdan axşama qədər ayrılıb seminara gedirəm..

Altı Dekabr, Şənbə

12:00

Toplantıda yatmamaq üçün içdiyim kofe fincanlarının sayı – 7
Siqaret – 2 (tərslikdən ancaq birinci sırada yer var idi və zaldan tez – tez çıxmaq mümkün deyil)
Avropalıların və amerikanların rezin gülümsəmələrini qəlbimdə lənətləməyim – 57 dəfə
Aeroportda aldığım “Buddizm. Pul tapmış monaxın bədbəxtliyi” kitabından maraqsız mühazirlərdən yatmamaq üçün oxuduğum səhifə sayı - 2
Pozitiv fikirlər – 0

“Kofe və siqaret” sevdiyim filmdir. Kim nə deyirsə desin bu film artıq insanların həyat tərzinə çevrilib. İstənilən tədbirdə hamı tək bir şey gözləyir, kofe fasiləsinin elanını. Kofe fasilələrində əslində ən vacib məsələlər həll olunur, ən lazımlı kontaktlar qurulur. Bəzən düşünürəm ki, bütün bu mənasız uzun və darixdırıcı konfranslar – məhz kofe breyklər üçün təşkil olunur. Bu fikirlər “Buddizm. Pul tapmış monaxın bədbəxtliyi” itabını guya oxuduğum vaxt ağlıma gəldi. İnanılmaz bir şeydir ki, bu cür maraqlı gecə və bu cür darıxdırıcı səhər keçirəsən. Tərslikdən konfrandın çekirildiyi yedə Wi – fi - da yox idi. Yanımda oturan Filipinli liberallar saatı göstərib kofe breyka 5 dəqiqə qaldıqlarını işarə ilə göstərirlər. OK, guys, biz – bir – birimizi işarəələrlə başa düşürük kimi, sevmədiyim reklam sloqanı yadıma düşür. əslində bütün bu mənasız konfranslara və kofe breyklərə xərclənən pul, kasıblıqla mübarizəyə xərclənsəydi – dünyada ən azından milyon acın qarnı doyardı.
Kofe- breyklər, çıxışlar, prezentasiyalar, yemək və gülümsəmək, gülümsəmək və yenədə gülümsəmək. Mən - özümə güvənən, istedadlı qadınam. Bu ətrafda oynanılan komediyanın bir hissəsi deyiləm. Gözəgörünməz Karabaz mənim iplərimi dartmır. Ya da dartır... Lənət şeytana...

20: 00

Axşam yeməyindən sonra hamı gecə klublarına getdi. Bu snobların cəmiyyətində 5 dəqiqədə artıq qalsaydım – aya ulayacağımı əla anladığım üçün, yatmağa gedirəm kimi özümü göstərdim. Otağımız nisbətən səliqəli idi. Yəni 5 evrolar ortalıqdan toplanmışdı. Mənim çarpayımın üstündə çirkli corablar və alt paltarları yox idi. Çarpayını görəndə 2 sutkanın yuxusuzluğu özünü xatırlatdı.

Yeddi dekabr, bazar günü

04: 00

Alkoqol – 0
Siqaret – 0
Boyfrend – 0
Cibdə pul – imkanlarımı nəzərə alsaq çox az
Gecə vaxtı səni yuxudan oyadan isveçli qonşu – 1
Telefona gələn sms sayı – 0


Gecə 4 – də İsveçli qonşum içkili, özünü Selin dion ya da Tina Törner sayıb otaqda canlı konsert qurmuşdu. İçkili adamlarla rəftar etməyi bacarmayan adam kimi, meydanı ona buraxıb, şokoladnitsaya endim. Bu dəfə adam o qədər də çox deyildi. Nternetdə xəbərləri oxuyandan sonra, artıq nə etmək, getmək ya qalmaq sualı məni narahat edirdi ki, dünənki “dostlarım” zala daxil oldular. Bu dəfə ekstrimal heç nə baş vermədi. Palanikin yaradıcılığı, Kubrikin filmləri, Ən dahi impressionistin kim olması və s. Belə hamının nəsə yeni deyə biləcəyi mövzular ətrafında səhəri qarşıladıq. Biz qalxanda 4 nəfərə 9 qutu marlboro light və 16 fincan ekspresso və amerikano içilmişdir. Djim Djarmuş bizimlə fəxr edə bilərdi.

Günorta konfransdan bezib şəhəri gəzməyə və dostlarıma hədiyyə almağa çıxıram. Xəritəsiz, bələdçisiz şəhəri gəzməyə başlayıram. 6 saatın necə çekdiyini hiss etmirəm. Bütün günü Kiyevin müsbət enerjisi altında yenidən həyata sevginin necə mənə qayıtdığını hiss edirəm. Kiyev İstanbuldan sonra ən sevimli şəhərimə çevrilir. Bu izah olunmazdır, amma bütün şəhərlər məndə hansısa qadın tipajı ilə xarakterizə olunur. Məsələn İstanbul – bu ecazkar, Balzak yaşında olan amma gözəlliyini itirməyən, əksinə şərab kimi ildən ilə daha gözəlləşən qadın obrazındadır. Bakı – “Zoluşkadır”. Gözəl olmağa bütün potensialı var, amma analığı imkan vermir. Moskva – bazar qadınıdır, Sankt – peterburq – kübar qadındır. Tiflis - Qetruda Stayn demişdir – Amerika menim vətənim, Paris isə doğma şəhərimdir. Amerikanı – Azərbaycanla əvəz edək, Parisi isə Tiflislə və vuala mənim Tiflisə qranmersi, plaqiat olur amma, olsun. Kiyev isə - gülərüz, qırmızı yanaq, mehriban, zövqsuz amma çox sevimli, qonaqpərvər, kəndli qadına bənzəyir. Bilmirəm qəribə energetikası var bu şəhərin. Heyif ki, sabah buraları tərk etməliyəm...

21: 00

Qattanıb, yol çemodanına qoyulan əşyaların sayı – 0
Pasportun harda olması haqqında ideya – 4 (sonuncu anda onun resepşnda olduğu aydın oldu)
Gələn smslərin sayı – 0
Tədbirin təşkilatçıların ünvanına söylənilən arqoların sayı – 589
Aeraporta yola sayan təzə dostların sayı – 2

Hər zamankı kimi, təyyarəyə gecikirəm. Son nəğd pulumu taksistə verirəm. Taksidə hesablayıcı olsada, ən yaxşı Bakı adətlərinə uyğun yol pulunu danışıram. Ukraynalı dostlarımın sözünə gör, “sçetçiklar” ancaq vergi nazirliyindən kimsə yoxlama üçün gələndə istifadə olunur. Nə isə MDB məkanında belə şeylər normaldır. 4 saatdan sonra artıq Tiflisdə olacağam. Orda isə Kredit kartım işləyir.
Hava limanında xoş sürpriz. Uçuş qeyri – müəyyən zaman qədər təxirə salınıb. Yenə Ruslar. Gözləmə zalında 20 saat ac, susuz qalmaq məcburiyyətindəyəm. Duty – free maqazinlərinə artıq məni buraxmırlar, çenki bütün “probnikləri”n dadına baxmışam. Axı niyə həmişə lazım olanda üstümdə pul olmur. Bir tərəfdəndə, ancaq bizim reysimiz təxirə salındığı üçün, özünü daha çox hüquqlarının pozulduğunu hiss edirsən. Gözləmə zalında yerləşən kafelərin ofisiant qızlarından biri mənim soyuqdan buzuşmüş halımı görüb mənə pulsuz bir fincan kofeyə qonaq edir. Həyatım boyu nə bu ofisiant qızın yaxşılığını nə əd o kofeni unutmayacağam. Səhərə yaxın qar yağmağa başlayır. Atıq Kiyevə nifrət etməyə başlayacaqdım ki, bizim reysi elan edirlər. Artıq 20 saat gözləntidən sonra pis hava belə nə sərnişinləri qorxutmurdu.


Səqqiz dekabr, bazar ertsəsi

Çəkisizəm – çünki havadayam.
Siqaret – 0 (siqaret keçməyənlər salonunda yer almışam)
Yeyilən yeməklərin sayı – 0,5 (yeməyə ancaq pudinq vermişdilər)
Çox danışan qonşu – 1
Ondan canımı qurtarmaq şansı – 0


Saatın neçə olduğu haqqında təsəvvürüm yoxdur. Telefonumun şarjı bitib. Qonşumdan yaxamı qurtarmaq üçün bacım üçün aldığım Remarkın depressiv kitablarından birini maraqla oxuduğum təəsüratı yaratmağa çalışıram. Orta yaşlı, orta keçili, orta İQ sahibi yanımda oturan gürcü xalqının nümayəndəsi mənimlə danışmağa cəhd edir. Kitabın xilas etmədiyini görüb yatmış sərnişin roluna girirəm. Deyəsən xilas oldum. Amma yox, məni silkələyib sınıq- salxaq rus dilində, özünün knyaz nəslindən olduğunu və Siğnaqidəki otelindən uzun uzadı danışır. Niyə mənim bütün gürcü tanışlarım ilk tanışlıqdan knyaz nəslindən olduqlarını vurğulayır sonra isə bu haqqda şükürlər olsun ki, həmişəlik unudurlar. Yəqin bu gürcü sayağı tanışlıqdır.

Tiflis- Laşa məni qarşılayır. Yol boyu son dedi qoduları çatdırır. Buş küçəsində maşınımızın benzini qurtarır. Yol potruli yaxınlaşıb bizə kömək edir. Yaxınlıqdakı benzin doldurma mərkəzinə qədər yetişəcək qədər benzin bağışalayırlar bizə. Bizdən 600 km aralıda yaşayan insanlar belə DYP olan xalqa həsəd aparıram. Laşa məni evimə gətirir. Birlikdə gedərkən divara birgə tərtib etdiyimiz səyahətimin məqsədlərini gözdən keçiririk:
1.Ukrayna ruhunun nə olduğunu anlamaq – (qisməndə olsa alındı).
2.Dolğun qrafik olduğu üçün artıq keçidən qisməndə olsa qurtulmaq – (Laşanın skeptik baxışına baxmayaraq bunada plyus)
3.əylənmək (plyus, plyus, plyus)
4.özünü tapmaq (alınmadı bu dəfə, çenki demək olar ki, bu haqqda düşünmədim)
5.Kilsələri, muzeyləri, qalereyaları gəzmək – ( minus,minus, minus – yenə Laşanın skeptik baxışı)
Ola bilsin ki, bu səfərdə mənasız keçdi kimi, nəticəyə gəlmək olar. Amma ən azından bütün MDB – ölkələrini birləşdirən bir cəhət kəşf etdim, biz hamımız həddindən artıq qeyri – ciddi, əhli kef xalqlarıq. Bəlkəmdə buna görə ekzotika axtaran qərblilər, bizə tərəf can atırlar. Biz özəlliyini itirməyən, qloballaşmanın tam zəbt edə bilmədiyi xalqlarıq.
 
Reytinq
 (səs sayı: 11)


Şərhlər: 13
Dərc olunub: 17 İyun 2009
Baxılıb: 1023 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: qashqay (17 İyun 2009 21:07)
vefa xanim siz yaxshi qizsiz, sonradan bildim, amma etiraf edin ki, taleh dalqani dushurdu ve bitirdi
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#2 yazıb: F.Allahverdi (17 İyun 2009 23:52)
Vəfa, əzizim... Niyə sənə elə gəlir ki, kafedə netə qoşulub MSN`dəki dostlarınla danışmağın, çəkdiyin siqaretlərin, içdiyin qəhvələrin sayı çoxsaylı oxucular üçün maraqlı olacaq?
Niyə yazılarında birinci şəxsi gülməli vəziyyətlərə düşməyinə gülümsəyən qəhraman kimi təqdim etməyə çalışırsan?
Bu nədi? Ulduz xəstəliyidimi?
Yazı Ukrayna barədədir, amma orada Ukrayna barədə nə isə yazmağı demək olar ki, unutmusan. Çünki, başın özünə qarışıb...:)
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#3 yazıb: Irada Isaq (18 İyun 2009 00:34)
Firudin beyle, qismen raziyam. Sanki ozunuzchun yazdiginiz xatire defterinin bir neche sehifesini bura kochurmisunuz. Yegane sonlugu beyendim. Bax burasini


bütün MDB – ölkələrini birləşdirən bir cəhət kəşf etdim, biz hamımız həddindən artıq qeyri – ciddi, əhli kef xalqlarıq. Bəlkəmdə buna görə ekzotika axtaran qərblilər, bizə tərəf can atırlar. Biz özəlliyini itirməyən, qloballaşmanın tam zəbt edə bilmədiyi xalqlarıq.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#4 yazıb: Ahmet (18 İyun 2009 10:27)
Sevinci qayıdandan sonra öldürməmək üçün səbəblər – 0
Boyfrend sayı – 0
Kiyevdə tanışlar, dostlar - 0


winked
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#5 yazıb: Reshad B. (18 İyun 2009 12:05)
Deyirem DAlga ve en esasi ADIP-Asim Mollazade olmasaydi bu inqilabci-feminist-hippi xanim nece seyahet edecekdi? :)
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#6 yazıb: Orxan Z. (18 İyun 2009 12:52)
Xoşum gəldi. Əsl yol qeydləridir. Maraqlı alınıb. Zövqlə oxudum.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#7 yazıb: shekila (18 İyun 2009 13:35)
Eslinde Ukrayna haqqinda tesevvur yaranib. En azi oraya gederken hansi hissler yasayacagini bilirsen. uslubu da yeni ve orjinaldir. kimin vasitesiyle gedib ne dexli var. esas yazidir. Vefa cox yaxsidir. mene lezzet verdi.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#8 yazıb: Vefa Ceferova (18 İyun 2009 16:51)
bu ne sekildi:) tamadaya oxsayiram:) hrdan tapmisiz bunu?
butun komentler ucun tesekkur:) birinci defedir yazim komentler ucun aciq mekanda yerlesdirilir ve sizin serhleriniz cox maraqlidiir.
ezizim Firuddin menim gundeliyimden parcalardir:) oz gundeliyimde de ozumden yazmayib dyadya vanyadan yazmayacagam ki;) o ki qaldi ulduzluga sen yoxda.... sen ki meni yaxsi taniyirsan:) bunu basqasi yazsaydi hec cavab yazmazdim ki, adam meni tanimir
o ki qaldi Canlanmaya men bir de ne muellif haqqda ne de ki kitab haqqinda serh yazmaq istemirem. bu haqqda basqa movzuda fikrimi bidirmisem
ugurlar
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#9 yazıb: ekrem (18 İyun 2009 19:39)
vefa xanim bir vaxtlar sizin baycanin kitabi haqda serhinizi oxumusdum. Sizin hunerinizi de gorduk. axir ki seymur baycani azerbaycandan didergin saldiniz. www.mia.az -da bu xeberi oxuyanda dedim ki o qiza halaldi.

My Webpage baxsaniz gore bilersiniz.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#10 yazıb: Novarg (18 İyun 2009 22:26)
Vefa, gozum, hech dunyani dord firlanib gelen seyahetchiler bele sheyler yazmirlar, sene ne olub..? Gerek oxuyanin gozune soxasan tipik azerbaycanli qizi oldugunu..? Hani senin mesum-mesum - ushaq vaxti klassik romanlarla boyumushem, cumlelerin...? O romanlari oxuyan bele seviyyesiz ve dushuk sheyler yazar..? Gormemish-gormemish 38 siqaret nedi, kimi dolayirsan..? Yox bir, 0 boyfirend... Tfu!.. Ayibdi, qizim, sonuncu defe olsun, insan ele her ureyinden kecheni yazib ortaya chixarmaz, bir de oxumayim!..
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#11 yazıb: Vefa Ceferova (19 İyun 2009 12:10)
Seymur sadece seyahete cixib. men her zaman Seymurun istedadina hormet etmisem ve onun geleceyine cox umidle baxiram. her insanin sehv elemek kimi dogal haqqi var ve biz kimik ki, kimise etdiyi sehve gore gunahlandiraq!
o ki qaldi Novarg ezizim sene here metni bir cur qavrayir! sene tipik gele biler! men ise sadece yol qeydlerimi umumilesdirib yazmisam. Men Kiyev seherinin arxitekturasi haqqinda eser yazmirdim! birde men yazi yazanda hec bir auditoriyaya mesaj gondermirem! egoistlik kimi seslensede ozum ucun yaziram! oxucularin fikirleri cox vacibdir amma onlardan musbet fikir qoparmaq ucun yazilarsa yazi semimilik iter
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#12 yazıb: Sima Ennagi (20 İyun 2009 14:43)
F.Allahverdi haqlidir - boyfrend esqi ile yashamaq, siqaret tustuledib doyunca qehve icmek ucun Kiyeve getmeye ehtiyac yox...

ps/ yene de zahiri anturaj... canim, muasir qadin siqaret ve boyfrendlerin sayi ile olculmur
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#13 yazıb: echo (2 İyul 2009 12:42)
"Kiyev isə - gülərüz, qırmızı yanaq, mehriban, zövqsuz amma çox sevimli, qonaqpərvər, kəndli qadına bənzəyir. Bilmirəm qəribə energetikası var bu şəhərin. Heyif ki, sabah buraları tərk etməliyəm..."

Kiyevde 18 saatliq olushum zamani menim yadimda qalan tek tuk simalardan biri de kuchede nevesini (chox yeqin ki) gezmeye chixartmish nenenin guleruz, mehriban, zovqsuz amma chox sevimli, qonaqperver simasi oldu.
II Dunya Muharibesinden saq chixmish ve ya demek olar ki, tam daghidilmish amma sonradan berpa olunmush binalari ile fexrle danishan ukraina mujiki de yadimda qaldi.
Sabah hemen mujik bizim sheherde olsa goresen ona hansi binadan dansihacaqam...??!!
Gozel sheherdi, 18 saat bes eledi ki, ora bir de qayitmaq hevesinde olum hemishe...

Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 850 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 2
Istifadəçilər: 1
Qonaqlar: 1
Axtarış robotları: 0

Istifadəçilər:
A.Elyar

Axtarış robotları:
Tapılmadı.

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.