Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Məqalələr » Ağalar Məmmədov -HEYDƏR HÜSEYNOV MÜBAHİSƏSİNƏ DAVAM

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Könül Də ...
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Abbas Atilayın g&# ...
» Əjdər Olla m& ...
» Fıkrit Qoca. Ü ...
» Nərmin Kamal birin ...
» Tengiz R. Billin sə ...
» Gender qovğası ...
» İngilis nəsri ...
» Elmin Natiqə m< ...
» AZƏRBAYCAN
» Əsəd Cahangir ...
 
Arxiv
Sentyabr 2010 (18)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Yalnız İnsan. Şeirlər
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Aqşin Yeniseyin müsahibəsi
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
 
Ağalar Məmmədov -HEYDƏR HÜSEYNOV MÜBAHİSƏSİNƏ DAVAM

  Bölmə:    Məqalələr

A&#287;alar M&#601;mm&#601;dov -HEYD&#399;R H&#220;SEYNOV M&#220;BAH&#304;S&#399;S&#304;N&#399; DAVAM












Bütün mübarək, filosof!

HEYDƏR HÜSEYNOV MÜBAHİSƏSİNƏ DAVAM

A. MƏMMƏDOV


Hər bir kulturanın kim(lər)i dahi seçməsi, öz klassiklərindən kim(lər)ə təslim olması çox əhəmiyyətlidir. Bu, kulturanın sonrakı inkişafına, milli təlim-tərbiyənin necə qurulmasına təsir edən amildir. Amma xalq gərək öz dahisini köhnəltsin də. Dahi - təkcə heykəli yapılmaq, bütləşdirilmək üçün deyil.

Dahilik - yaradıcılıqdır. Daha doğrusu, yaradıcılığın zirvəsidir. Bu məntiqlə baxdıqda, ilk dəfə təkəri kəşf edən və yaxud ilk dəfə çaxmaq daşını yonan adam da öz dövrünün dahisi idi. Müasir dövrdə isə ortabablıq dəbdədir, bütün dünyada ümumi cırlaşmaya meyl müşahidə edilir. Bunu hələ XIX əsrdə ilk dəfə Nitse deyib, XX əsrdə də dəfələrlə təkrarlanıb.



Heydər Hüseynovun imkanları və bəxtsizliyi



Bəli, Heydər Hüseynov sıxışdırılıb, təqib edilib, az yaşamaq məcburiyyətində qalıb və s. Mən də artıra bilərəm: baza təhsili fəlsəfə olmayıb (fəlsəfəyə ədəbiyyatdan gəlib), öz dövründə Avropa fəlsəfəsindəki yenilikləri izləmək şansı olmayıb (ümumiyyətlə, o, Qərb fəlsəfəsini dərindən bilməyib, adlar səviyyəsində məlumatlı olub) əyalətdə yaşamalı olub və s. və i. Amma bütün bunlar səbəblərdi, bunlar üçün hamımız məyus oluruq. Bəlkə də, Heydər Hüseynov talantlı adam olub, o, Qərb universitetlərinin birində işləmiş olsaydı, hər şey daha başqa cür ola bilərdi. Amma məsələ burasındadı ki, Heydər Hüseynov rütbəsinə və vəzifəsinə görə bu gün hansısa "gənc fəlsəfə tədqiqatçısı"nın malik olduğu imkanlardan müqayisə edilməyəcək dərəcədə artıq imkanlara da malik olub. Bəs bunu hara qoyaq?

Ömrünün arzusunu "dünya fəlsəfə irsini Azərbaycan dilində görmək" olduğunu elan etmiş fəlsəfə akademikimiz özü əsərlərini rus dilində yazıb! Bunu da "geniş ictimaiyyət"ə çatdırmaq lazımdır.

"Mən deməsəm heç kim deməyəcək" (Nitse). Həm də ona görə ki, mən Azərbaycan fəlsəfə təhsilinin yetişdirməsi deyiləm, fəlsəfəni "...nə vaxtsa məhz Heydər Hüseynov tərəfindən əsası qoyulmuş fakültələrdə, institutlarda" öyrənməmişəm. Yəni buralarda heç kimə heç bir fəlsəfi borcum yoxdur.

Azərbaycanın "gənc fəlsəfə tədqiqatçıları"ndan danışılır. Hardadı axı onlar? Kimlərdi? Azərbaycanda heç üç nəfər beləsi yoxdur! Halbuki, Azərbaycanda mən də bilirəm ki, yaşı 35-in altında olan, onlarla, bəlkə yüzlərlə fəlsəfə elmləri namizədi var. Amma onların - heç kim məndən inciməsin - fəlsəfənin heç "f"sinə də dəxli yoxdur!

"Haydeggeri yetişdirə bilmək üçün əvvəlcə onların mühitini yetişdirmək lazımdır", deyilir. Əlbəttə! Bunu kim inkar edə bilər?! Amma mühiti yaradan filosof deyil, hələ "gənc fəlsəfə tədqiqatçısı heç deyil, dövlətdir, siyasi hakimiyyətdir, elm və təhsil sistemidir. Əgər bu gün AMEA-nın Fəlsəfə İnstitutunun elmi işçiləri təqribən 150 AZN məbləğində maaş alırlarsa, XXI əsrdə iş otaqlarımızda nəinki kompüter, heç allahın telefonu da yoxdursa, hamı işə gələn gün əyləşmək üçün stol-stul da çatışmırsa, ildə bir-iki dəfə (?) təşkil olunan konfranslarda yalnız "qocaman filosoflar" söz alıb danışır və "gənc fəlsəfə tədqiqatçıları" da onlara fağır-fağır qulaq asırlarsa, elmi məqalələrimizi çap etdirmək üçün aylarla gözləməli oluruqsa, aylıq dolanışıq üçün 3-4 ayrı təhsil müəssisəsində dərs demək və bununla da mütaliə və düşünmək üçün ən dəyərli olan sərvətimizi - zamanımızı havaya sovurmaq məcburiyyətində qalırıqsa, öz şəxsi düşüncəsini adda-budda səsləndirəndə də dərhal milli irsi inkar eləməkdə, oxumamaqda, hazırlıqsız olmaqda günahlandırılırıqsa, mində bir əmələ gələn təsadüfi elmi diskussiyalarda böyük-kiçik subordinasıyasına əsasən susduruluruqsa, hansı mühitdən danışmaq olar?! Və bu mühiti kim yaratmalıdır?



Tədqiqatçı, yoxsa təşkilatçı?



Heydər Hüseynovu tənqid etmək üçün onu Haydeggerlə müqayisə eləməyi birinciyə qarşı ədalətsizlik sayıram, mən "Dahilərin divanı" efirində də onları müqayisə etməmişəm. Çünki belə bir müqayisə, ümumiyyətlə, kökündən yanlışdır. Buna görə də, mən polemikanı Haydegger-Heydər Hüseynov müqayisəsi üzərində qurmağı qüruruma yaraşdırmıram.



Heydərhüseynovçuluq nədir?



Qərb fəlsəfəsində, məsələn, Kant irsinin davamçılarını neokantçılar, Marks irsinin davamçılarını Frankfurt məktəbi (bu məktəbə daxil olmayan Althusser, Qramşi kimi marksistlər də var), Husserl irsinin davamçılarını fenomenoloqlar kimi tanıyırıq və s. Azərbaycan kimi bir yerdə hətta Axundovçu olmaq da, Asif Ataçı olmaq da müəyyən mənada başadüşüləndi. İndi isə xahiş edirəm, lütfən, bilən birisi mənə izah eləsin, bu gün Heydər Hüseynov fəlsəfəsinin davamçısı olmaq, ümumiyyətlə, Azərbaycan fəlsəfəsində heydərhüseynovçuluq nə deməkdir? Əks bir sual: Bəs, Heydər Hüseynov fəlsəfəsini rədd edən fəlsəfəçinin mövqeyi nədir? Çünki bir şəxsin Marksı rədd etməsindən onun idealist olduğunu başa düşərsiniz, Darvini, Axundovu rədd etməsindən onun dindar olmasını başa düşə bilərsiniz və s., bəs Hüseynovu rədd edən - kimdir? Bunları ona görə soruşuram ki, H. Hüseynovun adı ilə bağlanan milli fəlsəfi irs doğrudan da varsa, qoy bu açıq-aydın ifadə edilsin.

Bir anlığa təsəvvür edək ki, UNESCO-nun hansısa bir kataloquna, XX əsrdə Azərbaycan fəlsəfəsinin səsləndirdiyi 3-4 fəlsəfi tezisi dünyaya təqdim edəsi olsaq, Heydər Hüseynovun hansı filosofemasını ingilis dilinə tərcümə edəcəyik? Heç hansını. Çünki belə bir filosofema ortada yoxdur! Onda bu bütü niyə yaradırsınız? Əgər bu, sadəcə tarixə hörmətdirsə, H.Hüseynovun da müraciət elədiyi M.F.Axundovun və yaxud H.B.Zərdabinin yaradıcılığı daha dəyərli, fəaliyyəti daha böyük qəhrəmanlıq deyilmi?

Mən Heydər Hüseynovun sadəcə olaraq, ictimai şüura "görkəmli filosof", "milli fəlsəfi irsimiz", "dahi" kimi yerləşdirmək cəhdlərinə etiraz edirəm. Şəxsən mənim üçün söhbət H.Hüseynovdan getmir. Söhbət milli fəlsəfi irsin necə və hansı kriterilərlə müəyyən olunmasından, gələcəyimizin nəyə varis olacağından gedir. "Öz fəlsəfəmiz"i öyrənməkdən imtina etmirik. Amma H.Hüseynov "fəlsəfəmizin özü"dürmü? Soruşuram: Azərbaycan fəlsəfi fikir tarixindən Heydər Hüseynovu çıxarsaq (o, əslində orda heç yoxdur da), nə baş verər? Mənim cavabım: Heç nə. Halbuki dahi - əvəzedilməz adamdı.

Heydər Hüseynov kimi bir alimi fəlsəfi araşdırmalara və milli filosofluğa örnək eləmək Azərbaycanda gələcək fəlsəfə tədqiqatlarını yanlış yönə çəkə bilər. Çünki o, ən ciddi monoqrafiyasını dissertasiya janrında yazıb. İnterpretasiyasız və transsendensiyasız icmalçılıq və xülasəçiliklə, üstəlik siyasiləşmiş fəlsəfəçiliklə məşğul olub. "Gənc fəlsəfə tədqiqatçıları" bu əsərə baxıb, fəlsəfi araşdırmanın bunlardan ibarət olduğunu sana bilərlər. Əslində H.Hüseynov bununla Azərbaycanda özü də istəmədən çox zərərli metodoloji ənənənin əsasını qoyub.

Heydər Hüseynov əsla fəlsəfə, əqidə şəhidi də sayıla bilməz. Onun intiharında idraki mövqe toqquşması yox, sadəcə olaraq psixoloji səbəblər olub. Hüseynov psixoloji terrorun qurbanıdır. Onun qızı, hörmətli Sara xanım özü yazır ki, bu intiharın səbəbi atamın öz ailəsini sürgündən xilas eləmək istəyi olub.

Repressiya qurbanlarının sırası çox müxtəlifdir. Onların arasında Ə.Qarayev, R.Axundov kimi bolşeviklər, inqilabçılar da var, M.Müşfiq, H.Cavid kimi bu işlərdən tamamilə uzaq günahsız şairlər də. Lirik şeirlər yazan 30 yaşlı Müşfiq güllələnir, amma Müsavat hökümətinin üzvü Üzeyir bəy sağ-salamat qalır (çünki şəxsən Stalinin özü "Arşın mal alan"ı bəyənibmiş - bu məlumatı mənə çox hörmətli professor R.Bədəlov verib), S.Vurğun sağ-salamat qalır, C.Qaryağdıoğlu salamat qalır və s. İndi burada hansı qanunauyğunluqdan, determinizmdən danışmaq olar? Demək istəyirəm ki, repressiya qurbanları yaradıcılıqları və fəaliyyətlərinə görə heç də riyazi dəqiqliklə seçilməyiblər. Burda böhtandan, şəxsi düşmənçilikdən tutmuş, kaprizədək ən müxtəlif səbəblər işləyib. Heydər Hüseynov isə dövrün ideologiyasına nəinki zidd bir şey yazmayıb (heç sətir altında da), əksinə, o, hakim ideologiyanın tərənnümçüsü olub.

Qaldı onun elmi təşkilatçılığına, təsəvvür edin, heç indinin özündə özəl universitetlərin akademik azadlığı yetərincə deyil, o ki qala ötən əsrin 40-cı illərində Hüseynova elmi təşkilatçılıq azadlığı verilmiş olaydı. Özü də fəlsəfə kimi çox strateji bir sahədə. İnandırıcı deyil. Bu işlər ona sadəcə olaraq tapşırılmışdı. Bir sözlə, Heydər Hüseynov nə dahidir, nə də təşkilatçı, o, sadəcə olaraq, tədqiqatçıdır, özü də zəif tədqiqatçı.

Ümumiyyətlə, son zamanlar tarixi simalara yanaşmalarda "oğru qəhrəmanlar" uydurmaq meyli xeyli güclənib. Bu, ümummilli natamamlıq kompleksindən irəli gəlir. Vaxtilə Sovetin sadiq qulluqçuları olmuş adamların əsərlərində və əməllərində guya gizli milli təəssübkeşlik axtarılır və tapılır. Mən tapılmış belə "milli" qəhrəmanları "oğru qəhrəmanlar" adlandırmaq istəyirəm. Yəni onlar tirana qulluq edə-edə guya millət üçün yaxşı mənada oğurluqlar da edirlərmiş. Qəhrəman olar Asif Ata kimi, Elçibəy kimi, Z. Bünyadov kimi və s. Söhbət onların mövqeyindən, dünyagörüşlərinin doğru və yaxud yanlışlığından getmir, söhbət tiranla açıq qarşıdurmanın olub-olmamasından gedir. Biz özümüzə təsəlli veririk ki, tirandan olmaya-olmaya, mənəvi ola-ola, tiranın yanınacan dırmaşa bilmişik və tiranın barmaqlarının arasından sızan bal damlasını sıyırıb (özlüyümüzdə: oğurlayıb) yetimin ağzına sürtməklə böyük iş görmüş oluruq. Amma unuduruq ki, tiran bizə necə rişxəndlə gülür. Unuduruq ki, tiranlar vicdanlılara vicdan rahatlığı sədəqə verməyi bacarırlar. Heydər Hüseynov da indi kimlər üçünsə bax belə vicdan təsəllisidir.



"Azərbaycanda

fəlsəfi və ictimai

fikrin tarixi"



Bəli, Azərbaycanda fəlsəfə var, amma üç nəsnənin adı kimi: 1) Universitetlərdə tədris edilən fənnin adı kimi fəlsəfə, 2) Kafedranın adı kimi fəlsəfə, 3) Dərsliyin adı kimi fəlsəfə. Böyük mənada, axtarış, təfəkkür çevrilişi, yaradıcı inkar, hermenevtik yenidən-mənalandırma, kultural özünə-refleksiya kimi fəlsəfə isə yoxdur. Yalnız bir neçə şəxsin bu istiqamətdə dəyərli cəhdləri olub və var.

Azərbaycanda olmayan fəlsəfənin tarixi də yoxdur, sadəcə "fəlsəfi fikrin" tarixi var! Amma nədir bu "fəlsəfi fikir"? Əvvəla, elmi ədəbiyyatda fəlsəfə tarixi var, fəlsəfi fikir tarixi yoxdur. Çünki fəlsəfi baxımdan, hər bir fikir elə "fəlsəfi"dir. Fəlsəfə yox, fəlsəfi fikir axtarışının nəticəsidir ki, bizdə hansısa aforizma, yaxud bir az qəliz misra dərhal "fəlsəfi fikir" kateqoriyasına, onun müəllifi də "fəlsəfi fikir" tarixinə daxil edilir. "Fəlsəfə" əvəzinə qeyri-müəyyən "fəlsəfilik" kriterisi imkan verir ki, istənilən adamdan filosof düzəldə biləsən. Ayıbdı axı, özümüzü niyə belə yazıq günə salırıq biz?!

"İctimai fikir"in sərhədləri isə daha da qeyri-müəyyəndir, belə ki, bura publisistdən tutmuş, yazıçıya qədər əlinə qələm keçmiş hər bir mərhumu daxil etmək olar və bunu edirlər də. Məsələn, dünyanın heç yerində Şekspir, Dante, Göte kimi şairləri və yaxud İbsen, Bekket kimi dramaturqları fəlsəfə (lap olsun fəlsəfi fikir) tarixinə daxil etmirlər. Bizdə isə Fizuli, Nizami kimi böyük şairlərin, Mirzə Cəlil, N.B.Vəzirov kimi dramaturqların adları bu tarixə daxil edilir.

Bütün bu problemlər ondan yaranır ki, biz hələ fəlsəfənin nə olduğunu özümüz üçün aydınlaşdırmamışıq. Buna görə də, kiminsə adını fəlsəfi irsə (ensiklopediyaya) daxil edəndə onun icmalçılığı və xülasəçiliyi bizə yetərli görünür. XX əsrdə "Fəlsəfə nədir, nə deyildir, nə üçündür, nə olmalıdır?" kimi suallara cavab verməyə çalışmayan Qərb filosofu olmadı az qala. Bizdə isə bu sualı qoymaq mənasız gəlir. Sanki hər şey hamıya aydın imiş, sanki hər şey birmənalı imiş kimi.

"Bu, bizim özümüzküdü" prinsipi üzərində "milli fəlsəfə" qurula bilməz. Məgər Sartr fransızdır, yoxsa Yaspers almandır? Husserl yəhudi idi, nasist rejiminin təqiblərinə tuş gəldi, amma almanca yazırdı və fenomenologiya məktəbini Almaniyada yaratmışdı, bu günə qədər də bu məktəbin ocağı Almaniya sayılır. İndi almandan onların "milli" fəlsəfələrini soruşsaq Husserli bura daxil etməzmi?

Bizim fəlsəfə alimlərimizin əksəriyyətinin milli fəlsəfi irsə bağlılıqlarında bir psixoloji amil də var: onlar bu irs hesabına fəlsəfə alimi olublar. M. Ə. Sabir neçə adamı fəlsəfə alimi edər, ilahi, Nərimanov neçə adamı fəlsəfə alimi edər?! Azərbaycanda bu görkəmli şəxslərin "fəlsəfi" sitatları hesabına fəlsəfə alimliyi dərəcəsi almış onlarla "filosof" var. Halbuki, filosof olmaq üçün təkcə alman gənci Kantı və Hegeli bilməli deyil.

Sonda məni bu sual düşündürür: Görəsən, Heydər Hüseynov bütü əslində kim(lər)in yerini doldurmaq üçün planlaşdırılıb? Bu dişsiz qəhrəman, bu fəlsəfəsiz filosof kimə lazımdır?.. Hər halda əla düşünülüb, fəlsəfə əvəzinə fəlsəfənin surroqatı, filosof əvəzinə Heydər Hüseynov
 
Reytinq
 (səs sayı: 9)


Şərhlər: 9
Dərc olunub: 19 İyun 2009
Baxılıb: 1165 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: Ilkin.M (19 İyun 2009 14:30)
Agalar bey,yazdiqlariniz ciddi esaslara soykenib,raziyam ve razilashmamaq da mumkun deyil.Amma hemin verilishde H.Heriscinin getirdiyi arqumentler de ciddi idi,onlarla da raziyam.Siz H.Huseeynovun felsefede moyqeyi baximindan aydinliq getirirsiniz meseleye,eks teref ise hemin dovrde onun ictimai-sosial movqeyi baximindan yanashmishdi.Her iki teref dusuncelerinde dogrudur mence
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#2 yazıb: Demir Ahmedov (19 İyun 2009 15:03)
Verilishe baxmamisham, amma Agalar beyin yazisi maraqli ve inandiricidi, ateist olanda ne olar... Selaheddin Xelilovun da yazisini oxudum - arqumentleri zeifdi.
Umumiyyetle bizde ele bil, dahilerin sayinin artirilmasi ucun daim bigude cehdler edilir, kimlerise evezolunmaz, boyuk ve qehraman elemeye calishirlar. Bunun coxsayli sebebleri ola bilir. Bu da bir nov pripiskadi, staistika saxtalashdirmasidi. Guya ne qeder cox dahimiz, qehramanimiz olsa, o qeder deyere mineceyik...
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#3 yazıb: Irada Isaq (20 İyun 2009 01:48)

Sizinle yegane qismen razilashdigim yazidir. Men bizde felsefe elminin olmamasi ile raziyam. Daha dogrusu, bunu hamimiz bilirik. Mence, siz Heyder Huseynovun qetli haqqinda daha dolgun melumat almaq uchun Isa huseynovun "Ideal"ini da oxumalisiniz. Bilmirem, belke de oxumusunuz. Amma felsefe olkemizde ona gore inkishaf ede bilmir ki, umumiyyetle Azerbaycanda serbest dushunce terzine hech vaxt imkan verilmeyib. Xanliqlardan uzu beri. Shah deyenle getmishik. Buna da teeccublenmek lazim deyil. Oz dovrunun hakim felsefesine qarshi chixanlarin, en azindan serbest dushunce yaratmaga chalishanlarin ise derisini ya heqiqeten soyublar, ya da soyulmushdan beter edibler.

Yaxshi de, eziz Agayar bey! Meydani vermishik sizin kimi ozunden deyen genc filosoflara. Gorek neyleye bileceksiniz. Heyder beyi tenqid etdiniz felsefesizliyi ile. Gorek indiki zemanede Azerbaycan felsefi fikir tarixinde siz hansi yenilikler ede bileceksiniz. Chox dishunuze doyursunuz. Amma bax shikayetlenmeyin haa. CHunki indi ne hakimiyyetdekiler Stalinle, Mir Ceferdir, ne de siz Heyder Huseynov. Bashqasi ni tenqid etmek isteyen dediklerinin subutu kimi birinci ozu fealiyyete bashlamalidir. Bunu da unutmayin. Nebade eyforiyaya qapilib, Asif Ata kimi muridlerinize uyub ozunuzu peygember elan edesiniz. Qoyun oturmushuq!

Bir de yehudilere toxunmayin. Onlar dunyada yegane xalqdirlar ki, vetendashi oldugu olkenin vetendashlarindan neinki sechilmeyibler ki, hetta onlara ders de kechibler, ozu de her menada. Meselen, siz Rus ehudisini ozu dememish rusdan seche bilmezsiniz. Azerbaycan yehudisini azerbaycanlilardan. Maraqlisi odur ki, onlar fizionomik gorkemden de vetendashi olduqlari olkenin ehalisinden sechilmirler. Dunyada ikinci bele analoqsuz millet yoxdur. Ona gore de men onlari sevirem.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#4 yazıb: Opra (20 İyun 2009 10:38)
Haydegerə gəlincə isə Səlahəddin muəllim haqlıdır. Artur Hübşerin "Əsrimizin mütəfəkkirləri" kitabında (Àðòóð Õþáøåð "Ìûñëèòåëè íàøåãî âðåìåíè" M.) 62 filosofun haqqında məlumat var. Son filosof Vitqenşteyn olmaqla. (Əsər 1962 -cı il nəşrinin təkrarıdı.)
Bu kitabda Haydeger haqda nə oxusam yaxşıdı (?!):
"... Heç bir inandırıcı, sadə və işlək fikir yoxdur... Karnap və pozitivistlər onun mənasız ifadələrini lağa qoyur; Berdyayev onun dözülməz və anlaşılmaz söz yığınından danışır, Henrix Şolçun sərt münasibəti isə: Haydeger qəsdən ikimənalı yazır...Katolik filosof-ekzistensionalist Peter Wust Haydegerin gözə külün hədsiz dərəcədə üfürdüyünü deyir... Haydegerin əsas əsəri "Varlıq və Zaman" Husserlə həsr olsa da, Husserlin öz dediyinə görə, bu kitabda heç bir önəmli şey yoxdur... Karl Yaspers Haydegerin bəzi fikirlərini tənqid edərək onları "fəlsəfi pozğunluq" adlandırmış...Bütün fəlsəfə tarixində Haydeger kimi özü - öz əsərinə bu qədər fərqli təfsirlər, izahlar verən, özünü bu qədər zorlayan ikinci adam yoxdur... " Və s. (uzun siyahıdı bu Haydegerin "əmmaları", hamısını çevirmək çətindir indi tələsik.)
Kitabın müəllifi, alman fəlsəfəşünası A. Hübşer Haydeger haqda sonda yazır: "Amma bunlara baxmayaraq Haydeger düşüncəsi dünyada geniş təsir gücünə malik oldu, bu da indiki zamanın xüsusiyyətindəndir... "
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#5 yazıb: qashqay (20 İyun 2009 11:47)
irade xanim chox shekil-shekil deyirdiz bu da size opranin shekli baxin netice chixarin
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#6 yazıb: noname (20 İyun 2009 20:13)
IRADA ISAQ ..deyirem ozunuzu niye agilli gosterirsiz ??movzuya dexli olmayan sual )))
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#7 yazıb: Lemony (21 İyun 2009 00:21)
Gozel yazidir. Tesekkurler Agalar muellim.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#8 yazıb: sosial texnoloq (4 İyul 2009 19:40)
Ağalar bəy, belə fikirləşirəm ki, bizim filosoflarin ictimai həyata, cəmiyyətin işlərinə müdaxiləsi çox zəifdir.Ən səmərəli yol isə, filosofların müstəqil ictimai birliklər yaradaraq fəaliyyət göstərməsidir.
Qeydiyyatdan keçib: 3.07.2009 | ICQ: --
  
#9 yazıb: Ulutay Atali (24 May 2010 09:33)
Aqalar bey merhaba. H.Huseyinovun bir eserini axtariram. Orjinalda rusca adi beledir.
"Posle potopa" . Mumkunse komeyinizi esirgemeyin. saq olun.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 851 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 3
Istifadəçilər: 0
Qonaqlar: 2
Axtarış robotları: 1

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
Baidu Spider

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.