Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Günün şeiri » Həmid Herisçinin "NeoSOVET şeirləri silsiləsi"ndən

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
» Akif Əli. Ağ& ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Şərif Ağ ...
» Sevinc Pərvanə ...
» Divanə Ozan. Ş ...
» Məhəmməd ...
» Seymur Baycan
» Orxan Eyp- Qəz< ...
» Q.Turalı- Zirə ...
» Xorxe Luis Borxes.  ...
» Nigar Xiyavi. şeir ...
» Ceyhun Musaoğludan ...
 
Arxiv
Sentyabr 2010 (17)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
» Firudin Allahverdi. Tarixin ibrətsizliyi
» Günün şeiri
 
Həmid Herisçinin "NeoSOVET şeirləri silsiləsi"ndən

  Bölmə:    Günün şeiri

H&#601;mid Heris&#231;inin "NeoSOVET &#351;eirl&#601;ri silsil&#601;si"nd&#601;n










Həmid Herisçinin "NeoSOVET şeirləri silsiləsi"ndən

SEHİRLİ XALAT


Mənə heç nə mane olmur,
gözümə düşən saçımdan başqa

Qorxunu çoxdan qırxmışam üzümdən

Yapışaram ikiəlli qoca ağacların
şah budaqlarından,
Bədənimi-kəfənimi! – özümdən də
yuxarılara qaldıraram!

Sonra qoşa təpik ataram
bütün «BP»lərin, «Azpetrollar»ın sinəsinə,
Gedin deyin
meyidlərinizin gələcək cangüdənlərinə
indidən gedib özlərinə təzə iş yeri
axtarsınlar…

İtilin gözümdən,
Əksinqilabçılar!

Bu gecə mən
divara düşən kölgəmlə
lap az,
ölkəmlə
lap çox birləşmək istərdim ,

Ən çətin gündə bircə arzum var-
- Leninin mavzoleyinə söykənim!

Güllələyim
Rəhbərin gözü qarşısında
Təhsil nazirimizi,
«Azərsu» səhmdar cəmiyyətinin rəisini,
Məni, səni- hər ikimizi!

Boynuma alıram-
bütün məsuliyyətsizliyimi!

Bəsdir, yetər
qara diktafonlarınızı
cıqqılı tabutunuz kimi
əlinizdə, cibinizdə
gəzdirdiyiniz,
Ölsəz də
onlardan haqq səsini eşitməyəcəksiniz!
Bezdirib məni
bütün siyasi şərhləriniz.

İndidən görürəm:
Necə ermənilər Bakıya ayaq basır,
İndidən görürəm:
necə bir erməni zabiti sinəsinə xaç vurub,
erməni pulunu
Təzəpirin nəzir qutusuna atır!

Lenini oxuyun, Lenini!
Artırın təkərlərinizin
heçə enmiş təzyiqini,
Çağırın iclaslarınıza
göydəki ulduzların
bütün siyasi rəhbərliyini,
Qoltuğumuzun altında keçirək
bütün toy məclislərini!
Qurtarın bu hind filmini…

Kommunizmin əbədi məşəlindən
siqaret yandırmağın
vaxtı çatdı….
neçə saatdı
küçədəki qırmızı taksi bizi gözləyir,
içindəki gözəl qızın isti nəfəsi
pəncərələrimizi tərlədir.
İstərsən, qoşulma bizə,
Sizin qadınlar çoxdan
bizimlədir!

Mənə heç nə mane olmur,
gözümə düşən saçımdan başqa.
Lenindir, Lenindir
çiynində sehirli xalat
hamıdan yuxarıda ….

«Sovet pasportunun son günü»

Mən qurd kimi
gəmirərdim
bürokratizmi.

Bezdirib, lay divarlara dırmaşdırardım
milli mənəvi dəyərlərimizin
tərtəmiz ev pişiyini!

Pozardım, ayırardım
köklə şəkilçinin
üzvi əlaqəsini…
Vızqırtsın cəhənnəmə
hər hansı kağız,
Dalınca qara daş!
Ancaq mən bunu…
Bakı. Polis idarəsinin önü.
Cümə günü.
Günəş bayaqdan elə hey başımıza qusur
öz sarı, zəhərli ödünü!
Köhnə sovet pasportunu
təhvil verir ora
hamı,
Mən də polisə təqdim edirəm
öz qızıl kitabçamı.
Baxıram sıradakılara –
- hamının içində, əlində
bir aftafa göz yaşı var,
Növbə irəlilədikcə
ayaqlarda oduntək yarılır
son addımlar…
Yadıma düşür
Stalinqraddakı əsir almanlar
Qar çatışmır bircə burda,
ağappaq qar

Yüksək rütbəli zabitin gəlişi
növbədəkiləri azca həyəcanlandırdı.
Kimsə saqqızını ağzından çıxartdı…
Amma!
Tale yandı halıma!
Şair Elnur Astanbəyli
göz vurdu jandarma!
Tez əl atdım cibimdəki
təzə azərbaycan manatlarıma…

Ax, necə ləzzətlə
bu jandarma zümrəsi
bizi qamçılayar,
boğardı –
- çünki,
əllərimizdə
çəkicli-oraqlı
Sovet pasportu vardı…


Sərin külək də satdı bizi,
Növbədə duranların saçlarını
bəyənmədi…
Siftə
zibillikdə eşələndi,
sonda tənha söyüdlə sevişdi…
Bu xəyanətdənmi
qırmızı kitabçam jandarmların
əlinə keçdi?

Sükut yarandı
saitsiz, samitsiz…
hecasız, qafiyəsiz…
Neynirsiz?! Neynirsiz?!


Nəsə demək istədim,
ancaq demədim,
Hamını lal görüb
tək özümlə söhbətləşdim,
Yerə atılmış qırmızı keçici bayraq üstə
Həm ölmək,
həm dirilmək istədim…

Mən qurd kimi gəmirərdim
bürokratizmi,
Mandatlara qarşı yoxdur hörmətim…
Vızqırtsın cəhənnəmə
hər hansı kağız,
Dalınca qara daş!
Sağ ol qırmızı pasportum,
Sağ ol,
əziz
sevimli
yoldaş…
 
Reytinq
 (səs sayı: 13)


Şərhlər: 5
Dərc olunub: 22 İyun 2009
Baxılıb: 800 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: Demir Ahmedov (22 İyun 2009 12:05)
Seymur Baycanin hekayesi sherhlere NIYE BAGLIDI?
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#2 yazıb: Irada Isaq (22 İyun 2009 21:39)

Demir bey, Seymur ifrat demokratdir ona gore? Avropalilari chox oxuyanda bele olur, azerbaycanlilar meni basha dushecek intellektde deyil demek isteyir. Ifrat demokrat adamlar artiq hech kime qulaq asmir, ozu danishib ozu gulen adamlar kimi. Amma o qeder baglasin ki. Men her zaman bashqa adamlarin yazilarinda ona qarshi munasibetimi bildirirem, sercheler yazisi sifir. Amma evvel yazdiqlari maraqli idi. Bu defeki serchenin cik-cikine oxshayir.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#3 yazıb: afa (23 İyun 2009 00:05)
Sərçələr də sıfırdı, Herisçinin neosovetizmi də. Belə ədəbiyyatla AD YAZMAQ mümkün olan iş deyil, ey ADYAZARÇILAR! İsgəndər demiş, Necə yatmısınızsa eləcə də yatın. Allah sizə...
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#4 yazıb: Demir Ahmedov (23 İyun 2009 11:41)
Anladim
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#5 yazıb: Orxan Z. (24 İyun 2009 13:59)
Belə şeirlərə sıfır demək üçün adamın niki gərək AFA olsun. Yox bir Azərbaycan Futbol Assosiasiyası.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 850 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bŕdŕmŕ bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 5
Istifadəçilər: 0
Qonaqlar: 3
Axtarış robotları: 2

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
GooglebotYahoo

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.