Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Güney ədəbiyyatı » Nadir Əzhəri. Yeni şeirləri

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
» Akif Əli. Ağ& ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Həmid Herisçi ...
» Viktor Pelevin Lev Tols ...
» Poeziyanın uc-uca ...
» S.Baycan-Tiflis-İs ...
» Rəhim Əliyev. ...
» Ingiltərə Pen ...
» Seymur Baycan - 70 yŕ&# ...
» S.Baycan-Yüz g ...
» Seymur Baycan- Zahiri x ...
» Ceyhun Musaoğludan ...
 
Arxiv
Sentyabr 2010 (17)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
» Firudin Allahverdi. Tarixin ibrətsizliyi
» Günün şeiri
 
Nadir Əzhəri. Yeni şeirləri

  Bölmə:    Güney ədəbiyyatı

Nadir Əzhəri. Yeni şeirləri

Nadir Əzhəri

"Buyurun gözəl düşmənlərim" kitabından seçmələr.





Öz aramızda

Ulduzlar bilməsin, ölürəm
Deyin gedibdir günə çıxa
Kim-kimədir gecəni gizlədin!
Yoxsa bilirəm, əldən getmişik
Yoxsa bilirəm, əldən gedirik
Ulduzlar bilməsin, ölürəm!



...Köçmüş quşlar

Gözlərindən biraz sabaha saxla !
Mən də şərabımı
Az-az içərəm
Keçin, köçmüş quşlarıla keçin
Keçin, küsmüş röyalarıla keçin
Yoxsa bilirəm, gecələr, uyumamağın ...
Yoxsa bilirəm, yuxulardakı ağlamağın ...
Ah ...
Hər gül gözlərimdə solacaq
Göz vurmayacaq, sənə heç vurğun daha
Gözlərindən bir az sabaha saxla ,
Mən də şarabımı
Az-az içərəm .


Açiqlama

Dünya:
Bir uşaq ki oyuncaqların alıblar əlindən
Və hayat:
Bir çirkin dulun xoş günləri!
Və sevgi baxar kordu, sevgi baxar kor
Tanrı baxar kordu, tanrı baxar kor
Və mən burada bütüm kabuslaram
Gör.


Adreslər

Deyirəm bir az da dolanım
Bu dönümdə bəlkə o dayanıb
Deyirəm bir az da arayım
O ağac dalısında bəlkə oyanıb
Sanki təzə itibdir...
Fərq etməz axtaram haranı
Bu zamanda adreslər itmək üçündür
Və o hər an təzədən itir .


Adaxlılar üçün

Adaxlılar parkasında təkəm
Və indi hünərim
Göydəki öpüşləri qapmaq
Öpüş yollamaqları yazmaqdır
'Maşalla' maçılar* sizə,'maşalla' maçılar
Muuu...ç !

*öpüşler

Əff edərsiz

Arxamda bir qapı yox çırpmağa
Yalnızlar gülsün, yalnızlığıma
Gedər-gəlməz məktublarım necədir ?
Yazığım gəlir yazdığıma .
Bu ölkə mənim ölkəm dəyil ?
Bu el bu camaat yabancısıyam
Sevirəm mən də Azərbaycanı
Mən də Azərbaycan yalançısıyam ! ?


Axşam sətirləri

Ax sazlardakı sazaxlar əsir yelilə
Ax sazlardakı sazaxlar
Batıda bulutlardı gülən, (dostum dəyil)
Batıda bulutlardı gülən .
Hər kölgə bir vida izidir gecələrimdə
Hər kölgə bir vida izidir .
Sigara kötüklərim utanır nisgillərimdən
Sigara kötüklərim büzük !
Özümü səslədim gecələrdəki yananım yox
Özümü səslədim !
Və bunlar da axşam sətirlərim
Yetimlərim .


Bağlar bağı

Çiynimdə Ərdəbil çəni heyyy ...
Və endim dağlar dağından
Gəldim 'bağlar bağı'na
Mizimizdəki sevgi üçün
Arılar da sevinirdi
Səslərdən murabba pişirirdik !
İndisə dağlar dağından enən yolçu
Bağlar bağında sənilə uçur
________

Bağlı pəncərə

Ah bağlı pəncərə !
Ah bağlı pəncərə !
Çox görmə mənə kölgəsini
Çox görmə mənə kölgəsini ...
Gecə ıslaq
Və yenə o ışıq ...
(Yaşamadığım günlər evində yanır!)
Ah bağlı pəncərə !
Daha ondan
Daha hər nədən kölgələri
Yaşayıram.


Baxça

Sənin əlində xırda çörək
Serçələr ayaq açdısı
Bağçamızda yuxular bitmiş
İndi sən
harada itmiş
Bağçamızda gecə-gündüz
Sənə güllər fal açırlar
Sonra quşlar qəmə qonurlar
Sonra yalnız səni sorurlar
Bağçamız
Yuxusuz qalır .


Bəlkə də

Sətirlər arasında sırtıldadım
Və illərdi kəlmələrin topu atılmır
Bəlkə də kəlmələr mənilə düz demirlər
(Sevgini səsləyirəm
Siyasət geri dönür!)
danlaqlar imla deyirlər mənə
Və danlaqlar imla deyirlər mənə !...

Asılı

Hər nəyin dırnaqdan asılı
Və hər nəyim dırnaqdan asılı
Bütün uçurumlar bizə baxır
Baş qalxızır
Ölüm dişin ağardır
-Ayıl ki hər nəyimiz dırnaqdan asılıdır !...
Amma yuxu dəyil
(Qadınım deyir)
Hər nəyim,dırnaqdan asılı
Hər nəyin dırnaqdan asılı


Bilet

Bütün
Bütün qapılar burada qəpdir
Döymə
Və yollar öz dövrəsinə dolanır
Mənə bir gediş bileti al
Ya da bir vird oxu
Buradan, uçmaq istəyirəm
Yüngül-barı
Xatirəsiz

Borular

Doğuda baş qaldıran borular ...
Cibimdə cəhənnəm kirayəsi !
Atəşə gedirəm
Səhərdir işə gedirəm !
Çarçuvasızam
Və çarpaşıq
Üç yerdə işlədiyiz kimi
Bəlkə də artıq !
Saymağına dəyməyir ücrətimiz
Böylə yaşamaq bizim dəbimiz
Yaşasın məssəbimiz !

Bu mənəm şeir oğrusu!?

Salam ey 'əməli salehlər!'
Ey sərbəst şeirin ev yiyələri
Ajir qoşun, kəlmələrə ajir qoşun
Çünkü mən
Şeir oğrusu !
Gəlirəm
(haradan yanırsız ,
Bilirəm)

Buyurun gözəl düşmənlərim

Adamsız dəyiləm canım
Mən yanğınların atasıyam
Sigaramı ıldırım alıştırır
Atəşlər adresimi göstərir

Və dünyadakı yağışlar
Qapıma gəlir ...
Dolu gözlərim
Yarım çətvərim
Buyurun Gözəl Düşmənlərim
Və alnı açıq
Sözlərin saçı yeldə
Sözlərinin saçı çöldəydi
(İndi üfüqdən naməhrəm baxır ...)
Bizi heç bir sabah
Bizi heç bir ışıq
Əmizdirmədi !
Yaşasın, ac duyğularım
Bu əllərini ağzına təpmiş duyğularım
Burnu fırtıqlı uşağlar kimi
Nə qədər amma məsum yaşadım ...
Özümdən uzaqda yaşadım
Əllərimdəndə xəbərsiz
Təkcə dodaqlarımı tapdım :
Bu mənəm
Çirkinlərin böyüyü
Qıhalar mənim
Buyurun gözəl düşmənlərim !
 
Reytinq
 (səs sayı: 13)


Şərhlər: 8
Dərc olunub: 14 Oktyabr 2009
Baxılıb: 873 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: pervane (14 Oktyabr 2009 12:42)
Yalnız sonuncunun havasına gire bildim. Kitaba bu şeirin adının verilmesi uymuş.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#2 yazıb: sultan (15 Oktyabr 2009 02:57)
ÜMİD
Kəs mənim barmaqlarımı,
torpaqlara basdır,
göyüm-göyüm göynəyəcək,
misralar göyərəcək,
torpaqdan göylərədək!

Sıx mənim qəlbimi var qüvvətinlə,
neyləsən çarəsizdir,
ikiyə bölünəcək.

İki böl mənim qəlbimi,
birini Kürə at, birini Araza,
yenidən birləşəcək,
yenidən birləşəcək!

Nadir Əzhərinin şeirləri mənim çoxdan yazdığım bu şeirimi yadıma saldı.
Hər bir vətənini, millətini sevən Azərbaycan türkünün zaman-zaman yaşadığı, gözündən könlünə, könlündən vərəqə düzdüyü, misra-misra səngiməyənı alov cığırları...
"Ulduzlar bilməsin, ölürəm!" bu sanki neçə-neçə şəhidlərimizin dilsiz harayıdır. Nə zamandandı şəhidlərin güllə yaralarına bənzəyir ulduzlar başımız üsündə.
Bu şeirlərdə nisgil, ağrı, çarəsizlik də var. Amma, "Arxamda bir qapı yox çırpmağa" , "Yazığım gəlir yazdığıma " desə də, "Çiynimdə Ərdəbil çəni heyyy ...
Və endim dağlar dağından" - deyən şairin "Atəşlər adresimi göstərir" misrları mübarizənin bitmədiyini, " gözəl düşmənləri" ilə sadə olmayacaq bir vuuruşu durur.
Güney ləhcəsinin şirinliyi, doğmalığı, əsrlərin Araz kimi aramızdan axmağıyla da ürəklərimizi bölə bilmədiyini göstərir.
Allah yolunu ovand eləsin, qələbə şeirləri, azad Azərbycanın şeirlərini yazasan, Nadir bəy!
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#3 yazıb: esen (15 Oktyabr 2009 22:35)
Güntay bəy qəzəl ümumiyyətlə Türk diline uyğun deyil. modern deyilən hər bir şey klasikanı inkar etmirsə deməli klasikaya meyillidir
Qeydiyyatdan keçib: 15.03.2009 | ICQ: --
  
#4 yazıb: sultan (16 Oktyabr 2009 08:08)
Hörmətli Güntay bəy!
Mödern fars ədəbiyyatından xəbərim yoxdur, amma "ot kökünün üstündə bitər" məsəli ilə klassik fars şeirindən xəbərimiz var. Cilalanıb müəyyən səviyyəyə çatandan sonra, adi təkrarlama və çeynəmələr şəklinə düşdü. Fars dili qafiyə sistemi üçün əlverişli olduğundan farslar hər sözü sözə qoşub formaca şeirə bənzədirlər.
Türk dili məna və ifadə imkanına görə fars dilindən çox-çox üstündür, kimin nə qədər istifadə edə bilməsi bu fərdi məsələdir. Ttürk dilində müasir elmin son nailiyyətlərinin indi yaratdığı anlayışlara uyğun sözlərinn qədimlərdən mövcudluğu faktları var.
Sənət, poeziya quyu deyil, onun dərinliyi sənətkarlıq şərtləri ilə ölçülür. O da həm ənənəvi, həm də fərdidir. Məsələn, Nəsiminin, Füzulinin söz sənətkarlığı, ustalığı, texnikası, bu gün də sənətkarlıq meyarıdır.
Al ilə ala gözlərin aldadıb aldı könlümü.. (Nəsimi)
Qaldı, muğamı, qəzəli, şeiri azların bilməsi, bu hər sahədə belədir. Məgər, yaxşı aşpazla, yaxşı başmaqçı ilə, yaxud yaxşı insanlarla dünya doludurmu?!
Soruşmaqq ayıb olmasın, "oluşdurma olanaqları " bu nə tərsməssəb ifadədir?! "Yoluşdurma doğanaqları" desəydin bundan anlaşıqlı olardı. "Qapasitə" əvəzinə, güc, bacarıq və s. işlətmək olar. Unutmayaq ki, Dilimizin saflığı siyasi azadlığımız və ərazi bütövlüyümüz qədər vacibdir!
Azərbaycan türkcəsi Osmanlı türkcəsindən xeyli fərqlənir, çox şükür ki, yaxşı tərəfə.
Tarixi, mədəni səbəblədən əlavə, bunun bir səbəbi də odur ki, Atatürk müəllim vaxtında türk dilinin islahatını erməniyə tapşırıbmış... Yəni, quzunu qurdqa.
Türk dilinin gözəlliyi heç bir didə yoxdur, türk olduğum üçün demirəm, elmi cəhətdən deyirəm. 9 dənə səsli hansı dildə var?! Yaxud ahəng qanunu?! Tələffüzü asan, ahəngi gözəl, tutumu ifadəli. Müdriklər, fars dili şeir dili, ərəb dili elm dili, türk dili hünər dilidir, deyiblər. Məncə, hər üçü türk dilində cəmləşib.
Adi bir misal: Bülbül, bolbol! hasının incə olduğu göz qabağındadır.
Ərəbcə ərəb "vahid" və türkcə türk "vahid" desin, izaha ehtiyac qalmayacaq.
Su, -- ab, cur, voda, voter, akva və s.kimi.
Dilimizin qədrini biz bilməsək, dünya da bilməyəcək. İndi bizə düşmən olan ermənilərin ən məhşur şairi Sayat Nova yazıb ki, Allah, sənə minnətdaram ki, türk dilində danışmağı öyrəndim. Şeirlərinin də çoxusunu türkcə, yəni azərbaycanca yazıb.
Azərbaycançılığı dilimizin saflığından başlamalıyıq. İrandan. Güney Azərbaycandan Moskvaya dini savadlı mollalar gəlir, Azəbaycanca danışanda adam xəcalət çəkir ki, beləsi bizim ziyalımızdır. Ana dilinə belə hörmətsizlik bədbəxtlikdir əslində. Burda da belələri var, urusca qırıldaşıb öz dilini bilməyənlər.
Allah dilimizi belələrindən, millətiimizi də bəlalarından qorusun! Amin!
P,S. Şeilərin şərhi mövzusundan kənara çıxdığımız üçün oxuculardan üzrxahlıq diləyirəm, güman edirəm ki, bütövlükdə hamıya faydalı olar.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#5 yazıb: Nadir ezheri (17 Oktyabr 2009 13:21)
Sayın Sevinc xanım Pərvane,

Diqqetinizden ötrü sağolun,bu kitab 5-9 yil bundan önce deyilmiş şeirləri ihtiva etdiyinde(şeirlərini heç bəyənmirəm, demirəm) hələdə yayımlanmaq imkanını əldə etməmışdır,bu qonuda davranışınızdan təşəkkür edirəm.


Hörmətli Sultan bəyı

Meni dəstəklədiyinizdan ütrü həm öz payım qədər və həm Güneyli bir yazar kimi minnətdarlığmı bildirirəm,çox sağol.

Hörmətli Güntay bəy Gənc alp

1985lərdə Erdəbildə mən fars dilində qəzəl diyərdim və soldan gəlmişdim irfana ancaq maraqlısı buki farsın sərbəst şeirlərin çoxdan oxumuşdum ancaq o yılların basqısından sonra aşırı bir sevgiyə qapılmışdım,sizilə həman yillarda təsadüf üzərə neçə kəz rastlaşdiq,mənim 1985dən öncə və sonraki fikirlərim neçə kəz dəyişib,bu durum zamanımızın olayları və güney Azərbaycanlı olmağdan və orada hər kəsin özəl dürumundan asiliyidi,öz özəl həyatımı o yillarda farsca Roman-xatirəmdə anlatmışam,8 yaşimda ayiləmlə Tehrandan Öz ana yurduma döndükdən sonra uşağlıq yillərini uşaq kitabevinde keçirtmək və yeniyetmə yillərimdə 1979da o qalxışmaya rastlaşmaq...nəysə bu aşamaların hamısından öyrənməyə çalışmışam məsəla qəzəldə olan ruhu yox amma söz bəzəklərini yeri gəldikcə öz yazılarımda işlədərəm bunları ayırd etmək lazım...bu qədər özəl həyatımdan danışmağım üçün başqa oxuculardan üzür istəyirəm,anlamamazlığı önləmək üçun bir aydın kimi izah etməyi məşq etməliyik məncə.

Yazıbsınız:

"Modern fars ədəbiyatının üstünlüyü modern türk ədəbiyatı ilə müqayisədə üstünlüyü ondan ibarətdir ki, modern fars ədəbiyatı əski və dərin bir gələnəkdən gəlir, öz kökü üstündə gəlişmişdir. "

Güntay bəy diqqətli olun,burada (Modern Türk ədəbiyati) sözcüklərini qulanıbsız,bax asla böylə dəyil fars dilində olan sərbəst şeir doğal olaraq doğulub böyüməmışdır,Avrupada Klasizm-romantizm-realizm-səmbolizm-ekspersiyonism-fotorism-dadayism bunların bir sıırasını ehtiva edən modernism və sonra Post modernism vardır,indi siz fars şeir və ədəbiyatında bunları necə göstərəcəksınız bilmirəm.Artırmalıki xusus Türkiyə şerində bu aşamalar fars şeirinə nisbət neçə kəz artıq təcrübə olnmuşdur və daha qabağcıl bir şeiri vardır bunların faktları mevcuddur.

Güntay bəy,(yazıq anam)adlandırdığınız Şəhryarın şeiri ən duyğulu və gözəl şeirlərdəndir amma kəsin fars dilində sərbəst şeir ya diqıqlişdırım Modern şeir sanılmaz,yanılmasam bunu ilk olaraq Frugğ Fərrüxzad demişdir və mən onun dediyindən ötrü yox önun dəlilini qəbul edirəm çünkü o şeirdə təkcə Əruz quralları sınmışdır atmosfer və baxış həman əski baxışdır.

Sonunda sizi xatırlıyaraq yenə 1985dəki fikirləriniz və davranışlarınıza rast gilırim amma onlari bir Prasesın bır Pazelı olaraq düşünməyə çalışıram və burasi bəlkə edəbiyatdı.Sağolun.

www.tenqid.blogfa.com
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#6 yazıb: amur (22 Oktyabr 2009 16:41)
cox dogal bir sherh yazmisiniiz, ozumu olduqca gozel hiss etdim oxuduqca.
tablolari da ozel olaraq vurgulamisiniz, dogrudan da pompidu m.i. muzeyi bir mocuzedi her divari bele tablolar ve aralari minlerle bashqa ceshid incesenet numuneleri sarib

adinizi duymushdum, ama nezeri biliyiniz shairliyinize yeni shehadet verdi
bu sitede sheirlerinizin getdiyini sizi google-da axtaranda gordum

sozleriniz fantastik bir mekandan enmish kimidir, dilinizin inceliyindenmidir mence sizde bir az da uzun sheirler cox gozel alinar

..Köçmüş quşlar

Gözlərindən biraz sabaha saxla !
Mən də şərabımı
Az-az içərəm
Keçin, köçmüş quşlarıla keçin
Keçin, küsmüş röyalarıla keçin
Yoxsa bilirəm, gecələr, uyumamağın ...
Yoxsa bilirəm, yuxulardakı ağlamağın ...
Ah ...
Hər gül gözlərimdə solacaq
Göz vurmayacaq, sənə heç vurğun daha
Gözlərindən bir az sabaha saxla ,
Mən də şarabımı
Az-az içərəm .


Çiynimdə Ərdəbil çəni heyyy ...
Və endim dağlar dağından
Gəldim 'bağlar bağı'na
Mizimizdəki sevgi üçün
Arılar da sevinirdi
Səslərdən murabba pişirirdik !
İndisə dağlar dağından enən yolçu
Bağlar bağında sənilə uçur
Təkcə dodaqlarımı tapdım :

en vacibi mikroskopik izlentinizdir

Sənə güllər fal açırlar
Sonra quşlar qəmə qonurlar
Sonra yalnız səni sorurlar
Bağçamız
Yuxusuz qalır .


Bütün
Bütün qapılar burada qəpdir
Döymə
Və yollar öz dövrəsinə dolanır

teshekkur
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#7 yazıb: rema (8 Dekabr 2009 18:26)
Nadir bey salam! Gozel seyirler icin tesekkur! Seyir beyenilmir, seyir derk olundugu geder sevilir ve muellifini sevdirir. Muellifini sevdiren seyir onun kimliyini de teyin edir. "Açiqlama" seyrindeki bu misralarda men cox derin bir zeka sahibinin heyata ve dunyaya sade baxishlar arxasinda murekkeb bir dushunceye malik yazarini gordum.
Dünya:
Bir uşaq ki oyuncaqların alıblar əlindən
Və hayat:
Bir çirkin dulun xoş günləri!

Eyni zamanda
"Axşam sətirləri"
Özümü səslədim gecələrdəki yananım yox
Özümü səslədim !
Və bunlar da axşam sətirlərim
Yetimlərim .

"Baxça" seyrinzdeki son misralar insani heyata baglayan ulvi bir sevginin sessiz haraylari
Sonra yalnız səni sorurlar
Bağçamız
Yuxusuz qalır .
ve yaxud " Bəlkə də" seyrindeki illerden beri siyasi oyunlarin ve ya oyunbazlarin bezen yersiz hedefleri uzunden saf dushuncelerin ulvi duygularin insan gelbinde firtinalar toretdiyinden lakin bu firtinanin yalniz gelbin sahillerine cirpinib yeniden onu caglamsindan ve nehayet sadce ozunu yaxmasindan xeber verir.

Sətirlər arasında sırtıldadım
Və illərdi kəlmələrin topu atılmır
Bəlkə də kəlmələr mənilə düz demirlər
(Sevgini səsləyirəm
Siyasət geri dönür!)
danlaqlar imla deyirlər mənə
Və danlaqlar imla deyirlər mənə !...

Her birinde bir mena duyulan seyirleriniz meni sozun dogru menasinda heyran etdi. Elinize saglig! Davamli olarag yeni seyirlerinizi oxumag isterdim. Size yeni yaradicilig ugurlari dileyirem.
Əff edərsiz
Arxamda bir qapı yox çırpmağa
Yalnızlar gülsün, yalnızlığıma
Gedər-gəlməz məktublarım necədir ?
Yazığım gəlir yazdığıma .
Bu ölkə mənim ölkəm dəyil ?
Bu el bu camaat yabancısıyam
Sevirəm mən də Azərbaycanı
Mən də Azərbaycan yalançısıyam ! ?
ALLAH geleminize gudret versin!
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#8 yazıb: Nadir.E (19 Dekabr 2009 14:37)
sayın REMA

Diqqətinizden dolayı çox təşəkkür edirəm,bu qədər zəhmətinizdən utandım doğrusu,sizin mənim şeirlərimə ayid yazdığlarınzdaki pozetiv hisselerin neden pozetiv olduğunu mənə başa saldınız,biz yazarlar birbirimizdən güc alırıq,sağolun,görüşlərinizi gözləyəcəğəm.

My Webpagewww.tenqid.blogfa.com

Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 850 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bŕdŕmŕ bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 6
Istifadəçilər: 0
Qonaqlar: 4
Axtarış robotları: 2

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
GooglebotYahoo

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.