Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Müsahibə » Robert Martin Fərhad Amurun suallarına cavab verir

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Könül Də ...
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Firudin Allahverdi-Dil& ...
» Şahvələd ...
» Hikmət Carç&# ...
» Məhəmməd ...
» A.Yaşar-Aş ...
» Rasim Qaraca
» Yaz bayramı
» Fərhad Məmm&# ...
» Məmməd Rza T& ...
» Mirmehdi- Fransız
 
Arxiv
Sentyabr 2010 (18)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Yalnız İnsan. Şeirlər
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Aqşin Yeniseyin müsahibəsi
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
 
Robert Martin Fərhad Amurun suallarına cavab verir

  Bölmə:    Müsahibə

Robert Martin Fərhad Amurun suallarına cavab verir


Robert Martinlə müsahibə


Azad Yazarlar Ocağından gənc şair Fərhad Amur bu günlərdə Fransa səfərindən qayıdıb. F.Amur Fransa Yazıçılar Evində olub və təşkilatın xarici əlaqələr üzrə sorumlusu cənab Robert Martindən müsahibə götürüb. Bundan əlavə gənc şair Igny (yer adı) Ədəbiyyat və İncəsənət cəmiyyətində baş tutan xarici şairlərin ədəbi gecəsinə də qatılıb. F. Amur R.Martinlə müsahibəsini və diplom almış şeirini diqqətinizə çatdırırıq.




Yazıçılar Birliyi olaraq necə düşünürsünüz? Fransa ən parlaq incəsənət dövrünü nə zaman yaşadı, bəlkə elə indi yaşayır? Muzeyləri gəzəndən sonra mütləq bu sualı verməliydim.

Çətin sualdır. Mənə görə, əsasən iki dünya müharibəsi arasındakı vaxtda Fransız yazarları yeni dövrlərini yaşadılar. Bu səpkidən bu dövrü daha parlaq sayıram.

Məni düşündürürdü ki, Fransız ədəbiyyatında elə məsələlər qalıbmı ki, onlara toxunmaq hələ də cəsarət tələb etsin. J. Pompidu adına müasir incəsənət mərkəzini iki gün gəzəndən sonra anladım ki, bu məsələlər bitib. Bu barədə fikirlərinizi bölüşmək istərdim.

Müxtəlif fikir ayrılıqları burda nəinki pis qarşılanır, hətta dəstəklənir də. Amma yenə də düşünürəm ki, 60-80-ci illərdə bəzi şeyləri yazmaq indikindən qat-qat rahat idi. Indi isə tutaq ki, bir yazar yazılarında Pedofiliyanı təbliğ etsə, yaxud Rasizmi dəstəkləsə bunun qarşısı qanunla alınacaqdır. Bu cür şeylər istisna ictimai rəydə də problem yaradacaq mövzular görmürəm.

Burda da ədəbi təşkilatlar arasında, yaxud gənc və yaşlı nəslin düşmənçiliyi mövcuddurmu?

Nəsillər arasında yaş fərqinə görə düşmənçilik görmürəm, varsa da yığışma formasının fərqliliyidir. Ümumiyyətlə Fransada gənclərin dəstəkləmədiyi qocalar ədəbi orqanlardakı vəzifələrində çox qala bilmədilər deyə, artıq çox azalıblar. Gənclərə gəldikdə isə, Fransada o qədər fərqli təşkilatlar var ki, hətta hər hansı gənc yazar hansı orqana yaxınlığını müəyyənləşdirməkdə çətinlik çəkir.

Bəs ədəbiyyatda kiminsə hesabına qabağa getmək məsələsi necədir?

Belə hallar burda da yox deyil (gülür). Müəyyən qədər musiqidə, tetrda, kinoda flankəsin oğludur termini həyata keçir. Bunun hesabına tutaq ki, birisi aktyor kimi kiçik rola ala bilirsə də ədəbiyyatda fərd istedadını nəşriyyatın qabağında göstərməlidir. Atasının yaxud bir başqasının təkanı faydasızdır.

Yaradıcı sahələr arasında əlaqəni təsəvvür etmək istəyirəm, gənc yazarlar, musiqiçilər, bəstəkarlar, rəsssamlar bir-birilərilə görüşməyə səy göstərirlərmi? Heç olmasa ayda bir dəfə toplaşıb qədəh toqquşdura bilirlərmi?

Mən özüm belə tədbirlərdə çox da iştirak edə bilmirəm deyə təəssüf ki, konkret bir misal göstərə bilməyəcəm. Amma məsələn Eyfelin çəmənliyində mətnin müəllifini, bəstəçisini və ifaçısını bir arada görə bilərsən. Senanın sahili boyu gəzsən başqa belə bir dəstəyə rast gələ bilərsən. Mən indi sizə “Montreul”(qaldığım yerin yaxınlığı) tərəfdə bir ünvan verəcəm orda da siz onları bir yerdə görə bilərsiniz.

Kitabların tirajı da maraqlandırır məni; yeni başlayanların, nisbətən tanınmışların, və məşhurların kitablarının tirajını təxmini söyləyə bilərsinizmi?

Burda bu işlər çox qarışıqdı deyə heç bir rəqəmim yoxdur. Bəzən kiçik nəşriyyatlar var ki, nəşriyyat da demək olmur; 200-300 tirajla buraxırlar. Ən kiçik rəqəmim budur. Yuxarı rəqəmləri isə statistik olaraq müəyyənləşdirmək olmur. Amma bu sahədə ixtisaslaşmış jurnallar var ki, təxmini nisbətləri deyə bilirlər.

Bəs nəşriyyatların ümumi səviyyəsini necə dəyərləndirirsiniz? Hədəfə vuranlarla baltalayanları bir-birindən ayırd edə bilirlərmi?

Nəşriyyat evləri var ki, ancaq satılanları çap edirlər. Digərləri var ki, ancaq yaxşıları, peşakarları çap edirlər, bunların ancaq günü döndərmək üçün pulları var. Bir də ortada oynayanlar var ki, öz prestijlərini saxlamaq üçün peşəkarı, maddiyyatı saxlamaq üçünsə satılanı çap edirlər. Başqa tipləri də ola bilər.(gülür)

Növbəti sualım Fransanın çoxsaylı ədəbiyyat ödüllərilə bağlıdı. Çox yerdə olduğu kimi burda da seçim zamanı haqsızlıqlar olurmu? Bu mənada güvəndiyiniz bir neçəsinin adını çəkə bilərsinizmi?

Bunların sayı doğrudan da o qədər çoxdur ki, əminliklə bir şey söyləyə bilmirəm. “Qrand Pri”-lər var ki, aralarında “Qonkur” tutaq ki, tanınmışlara verildiyi halda, “Noyabr”, “Dekabr” kimi rəqib mükafatlar heç tanınmayan, fəqət yazıları gözəl olan müəllifləri üzə çıxardırlar. Yaxud kitabına görə ödül verənlər var, birinin adı “İen Kitabdı”. Bəzi təşkilatlar var ki, bunlar müəlliflərdən xəbərsiz durmadan kitab almaqdadırlar və onların müxtəlif göstəricilər üzrə jüriləri bir masa arxasında oturub ilin kitabını seçirlər. Yeni kitab bir tək peşəkarlığa görə deyil tutaq ki, on beş göstəricinin ortalamasından alınır.

Nəşriyyat brendi deyilən anlayışa münasibətiniz necədir?

Mənim yadıma glir ki, bir neçə il bundan əvvəl “Rejid De Forj” adlı yazara nəşriyyatlar əvvəlcədən pulunu verirdilər ki, yazsın və bütün kitablarını satırdılar. Sonradan onu qurutdular və artıq hamısı bu işdən əl götürüb. Yaxud “Ameli Notomb”u səbirszliklə gözləyənlər indi hardadırlar. Bilirsiniz imkanlı nəşriyyatlar, çox işlər çevirirlər, təklif verirlər ki, bizim bu kitabı ödülləndirin aktuallaşsın, bunun hesabına bir müddət yaxşı pul qazanırlar. Pis nəticə isə müəlliflərə dəyir, durmadan yer dəyişdirirlər.

Parisdə olduğum bu günlər ərzində gənclərin toplaşdığı ədəbi orqanlarla təmas qurmağa çalışdım. Əlbəttə məmnunluğumla bərabər Azərbaycanla ədəbi əlaqələr o həddədir ki, məsələn Qafqaza səfər edən təşkilatlar Gürcüstanda, Ermənistanda hətda Dağlıq Qarabağda olublar, amma Bakıda yox. Bununla əlaqədar tanışdığım yazarların bir-neçəsiylə Azərbaycanın ədəbi mühitini yüksəltmək üçün bir yol düşünmüşük. Yol bundan ibarətdir ki, ildə bir dəfə bir qrup gənc Fransız yazarı Azərbaycana gəlsin və onlar geriyə bir qrup gənc Azərbaycan yazarıyla qayıtsınlar. Beləliklə Paris və Bakı yarpaqları bir-birinə qarışıb təcrübələrini bölüşsünlər. Buna hər hansı köməyiniz dəyə bilərmi?

Mən elə düşünürəm ki, bunu XİN-nin Kultur Frans şöbəsi həyata keçirə bilər. Ora yazılı müracitət edib öyrənə bilərsiniz.

Təşəkkür edirəm

Buyurun
 
Reytinq
 (səs sayı: 13)


Şərhlər: 1
Dərc olunub: 20 Oktyabr 2009
Baxılıb: 592 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: Aydinli_Pervin (24 Oktyabr 2009 14:53)
teshekkurler maragli idi
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 851 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 2
Istifadəçilər: 0
Qonaqlar: 1
Axtarış robotları: 1

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
Baidu Spider

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.