Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Xəbərlər » Viktor Pelevin Lev Tolstoya əl atır.

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Könül Də ...
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» H.Herisçi, İ. ...
» Yaralı Bəxtiy ...
» Əjdər Olla m& ...
» Ən Yeni Əd ...
» Alik Məmmədov ...
» Cemal Süreyadan bi ...
» Sevinc Pərvanə ...
» S.Pərvanə- ye ...
» Həftənin < ...
» S.Babullaoğlu - D& ...
 
Arxiv
Sentyabr 2010 (18)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Yalnız İnsan. Şeirlər
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Aqşin Yeniseyin müsahibəsi
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
 
Viktor Pelevin Lev Tolstoya əl atır.

  Bölmə:    Xəbərlər

Viktor Pelevin Lev Tolstoya &#601;l at&#305;r.


Viktor Pelevin Lev Tolstoya əl atır.





Viktor Pelevinin “T” adlı növbəti romanının müəllif annotasiyasında belə yazılıb: “T”-Brejnevin, Qorbaçovun, Putinin xalqa xidmət etdiyi dövr yazarının yeni romanıdır. Müəllif kitabda da xırdaçılıq etməyib və Lev Tolstoya tərəf qolaylanıb: elə “qraf T.”də onun özüdür ki var.
Roman ondan başlanır ki, dama-dama paltarlı cənab Knopf və ruhani qatarın kupesində yol gedirlər. Pəncərənin arxasında saqqallı bir yekəpər ot çalır. Knopf ruhaniyə işarə vurur ki, bu, küfrünü etiraf etmək istəmədiyinə görə hakimiyyətlə dəhşətli problemləri olan Lev Tolstoydur. Qraf öz mülkündə hakimiyyətdən gizlənir. Amma şayiələrə görə oxşarını yol ayrıcında qoyub, &ou ml;zü rahatlıqla mülkdən kənar işlərilə məşğul olmağı sevir.
Kupedə gedən bu danışıqdan sonra atəşlər açılır. Ruhani pəncərədən keçib qaçır və artıq suda, həm də qəribə ruhi vəziyyətdə özünə gəlir. Bundan sonra ruhaninin – o isə həmin “təğyiri-libas” qraf imiş – başına pelevinsayağı tipik qəziyyələr gəlir. Qraf Optin biyabanına (Kaluqa vilayətində məşhur ziyarət yeri olan monastra) gedir, yolda müxtəlif şəkillərə-divardakı kölgəyə, kefsiz qoca kişiyə, balta ilə silahlanmış Dostoyevskiyə -düşən hansısa Arielə rast gəlir. Pelevində həmişə olduğu kimi, kitabın leytmotivi belədir: gördüyünüz və fikirləşdiyiniz heç də sizə gəldiyi kimi deyil. Özünün “Ezop dili” ilə müasir Rusiyada baş verənlərə Pelevin şəxsi baxışını göstərir. Necə deyərlər, kim hər şeyi başa düşdüsə, ona əhsən. Ya zıçılar və oxucular barəsindəki bu qəribə kitabı mütləq oxumalı...
____________________________________________________________________________
Sus, gizlən və əri...

Viktor Pelevin öz fərdini cidd-cəhdlə gerçəklik qatında gizlədir, özü də həmin gerçəkliyin hansı olduğu aydın deyil: bu bizlərinkidi, ya hansısa paralel gerçəklikdi. Onu tapmaq mümkün deyil. Pelevini nə vaxtsa tanıyanlar onun adı çəkilərkən əllərini sinələrində xaçvari çarpazlayaraq susurlar: yəni, bilmirəm, görməmişəm, danışmaq istəmirəm. Doğma məktəbinin bu yaxınlardakı yubileyində də Viktor yox idi. Müəllimləri və sinif yoldaşları fikir bildirməkdə xəsislik edirlər: yəni ki, gəncliyində qəliz adam olub. Viktor Oleqoviç Almaniyada yaşayır, Moskvaya gec-gec baş çəkir. Deyirlər ki, o yalnız paytaxt andeqraundundan olan adamlarla münasibətdədir və orada Pelevinin adına müqəddəs qadağa-tabu var.
Pelevin intervyu vermir. Onunla iki teleçəkiliş – biri Amerikada, digəri Fransada ediblər. Yazılı intervyular bir qədər çoxdur, amma onların hamısı üzbəüz deyil, elektron poçtu ilə əldə olunub. Yeri gəlmişkən, siz heç vaxt küçələrdə Pelevinin kitabçalarının reklamını – nə bilbordlar, nə də vərəqlər – görməzsiniz. Yeni kitablar heçlikdən, sanki başqa gerçəklikdən peyda olur. Belə versiya var ki, Viktor Pelevin insan deyil, astral mahiyyətdir. Mahiyyət ideyaları generasiya edir, insan görkəmini isə aktyor dövri olaraq canlandırır. Bir də danışırlar ki, Pelevin imzalı bütün əsərləri Kozma Prutkov üslubunda müəlliflər qrupu yaradır. Onların soyadlarının başlanğıc hərfləri Pelevin sözünü təşkil edir.
Yəni başa düşürsünüz ki, Pelevin ədəbiyyatdakı Abramoviçdir &ndash ; sakral və əlçatmaz. Amma bu əlçatmazlıq əla marketinq gedişidir. İş burasındadır ki, yaxşı yazan adamların çoxu kameraya pis danışır, pəltəkləyir, ritmi tutmurlar: yəni alışdırıb yandıra bilmirlər. Belədə “çeynəmək” daha yaxşıdır.
____________________________________________________________________________
Pelevinin dosyesindən

Viktor Oleqoviç Pelevin 22 noyabr 1962-ci ildə Moskvada doğulub. 1979-cu ildə ingilis dilli xüsusi orta məktəbi bitirib. Anası həmin məktəbdə (ingilis dili), atası isə Ali Texniki Universitetin hərbi kafedrasında müəllim olublar. Pelevin 1985-ci ildə Moskva Energetika İnstutunu bitirib, sonra Ədəbiyyat İnstitutunda oxusa da, oradan çıxarılıb. “Nauka i reliqiya” jurnalında işləyib, şərq mistisizmi ilə məşğul olub. Müasir dünya mədəniyyətinin 1000 ən əhəmiyyətli nümayəndəsi sırasına daxildir. Ai lə həyatı barədə heç nə məlum deyil.

(“Komsomolskaya pravda” dan tərcümə)
 
Reytinq
 (səs sayı: 4)


Şərhlər: 4
Dərc olunub: 30 Oktyabr 2009
Baxılıb: 604 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: sufi (3 Noyabr 2009 22:30)
yaxşı olardı ki,bizim özlərini postmodernist sayan dırnaqarası yazarlarımız Pelevindən nümunə götürsünlər.boş-boş danışmaqdansa ortaya iş qoysunlar.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#2 yazıb: Tahir (4 Noyabr 2009 12:09)
Pelevin Azərbaycanda yaşasaydı, yəqin ki, ona belə deyərdilər: "sən ordan-burdan oğurladığın üçün gizlənirsən, üzə çıxarmalı üzün olsa, bir zibilin olmasa, gizlənməzsən."
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#3 yazıb: yaquar (4 Noyabr 2009 18:19)
VIKTOR PELEVIN

T.

(romandan parça)

-Səlamət olasınız, Fyodor Mixaylovic!
Dostoyevski gözlərini bərəltdi.
-Mərhəmətli cənab, bəs siz haradan bilirsiniz ki, mən Fyodor Mixaylovicəm?
-Əfv edərsiniz. Qoşaağız baltalı belə yaraşıqlı cənab məşhur Dostoyevski olmayıb, kim ola bilər ki?
-Məsələn, hansısa xarrat, ya da ki, qəssab... Bəs siz kimsiniz?
Xalat geymiş şəxs:
-Mürəkkəb sualdır-deyə cavab verdi-Məni adətən qraf T. adlandırırlar.
-Bəs belə,-Dostoyevski güclə duyulan istehza ilə dilləndi-deməli qraf T... Mənsə sizi başqa cür təsəvvür edirdim.
-Necə ki?
-Qraf T.-ni adətən təsvir etdikləri kimi. Həsir şlyapada, qoşa-qoşa revolvyerlə.
T:
-O keçmişdə idi-cavabını verdi.-İndi hər şey başqa cürdür. Hesab edə bilərsiz ki, mən o dünyadan qayıtmışam.
”Ölü-deyə Dostoyevski qaşqabaqla düşündü.-Özü boynuna alır ki, belə şey az-az olur. Şübhələnməyə dəyməz”.
-Eləmi? Bəs hansı qüvvə sizi belə əziyyətli səyahətə məcbur etdi.
-Sizə olan maraq, Fyodor Mixaylovic.
Dostoyevski gülümsədi.
-Biclik edirsiniz, qraf, şəksiz başqa məramlarınız da var.
-Ola bilər.-T. razılaşdı.
Dostoyevski T.-nin geriyə yolunu kəsməkdən ötrü yavaşça onun böyründən keçdi. O mehribancasına quğuldadı:
-Deməli, siz beləsizmiş. Yaxşı oldu ki, qarşılaşdıq. Qraf T.-nin döyüş sənətinin mənim baltama qarşı çoxmu dözə biləcəyi sualı məni həmişə məşğul edib. Amma bunu yoxlamaq imkanım olmayıb.
T. gülümsədi.
-Fyodor Mixayloviç, axı mən də sizin barədə bəzi-bəzi şeylər eşitmişəm. Bəziləri sizi hətta basılmaz hesab edirlər. Olsun ki, şəhərcikdə həqiqətən tayınız-bərabəriniz yoxdur... Mən sizin ixtiyarınızdayam.
Dostoyevski baş əydi, sırıqlısının düymələrini tələsmədən açıb onu çiynindən yerə ataraq qara çəpyaxa köynəkdə qaldı. Sonra baltanı kürəyinə doğru qolaylamaqla yerə qədər əyildi, sanki birinci təzimi ona qədərincə dərin görünməmişdi.
T. cavab olaraq başını nəzakətlə aşağı əydi.
Dostoyevski:
-İdiot!-deyə fısıldadı.
T. çaş-baş halda qaşını çatdı
-Anlamadım?..
Dostoyevskidə nə isə bir qəribəlik baş verirdi. O gözünü T.-dən solda, yerdə küləyin diyirlətdiyi əzik kağıza zilləmişdi və sifətində tezcə hansısa inçik hərisliyə gedib çatan maraq əks olunmuşdu. O kağıza tərəf addım atıb ardınca əyildi, çəlimsizcə ləngər vurdu və müvazinətini saxlamaqdan ötrü baltayla qolaylandı, növbəti saniyədə isə tiyə son anda əyilməyə macal tapmış T.-nin başının olduğu yerdə vıyıldadı.
Dostoyevski cəldliklə yana addım atıb baltanı sinəsinə sıxdı, gözlərini yumub dilləndi:
-Paxla dənəsi (Bobok) !
Sonra da ağac heykəl kimi arxası üstə yerə dəydi.
T. ardınca nə olacağını gözləməyə başladı. Amma heç nə baş vermədi. Dostoyevski baltanı qucaqlayaraq və küləyin pırtlaşıq saldığı saqqalını yuxarı dikərək kürəyi aşağı uzanmışdı.
T. bir, ya iki dəqiqə gözləyib çağırdı:
-Fyodor Mixayloviç!
Dostoyevski cavab vermədi.
-Bəlkə zərbə düşmüsünüz? Kömək lazımsa, bildirin.
Dostoyevskidən səs çıxmadı. O dəfn qayığında əbədiyyətə doğru üzən qədim vikinqə oxşayırdı, intəhası bu qayıq ətrafı zəbt etmiş səhərdən ibarət idi.
T. ehtiyatla ona tərəf addım atdı.
-Fyodor Mixayloviç!
Baltanın tiyəsi bir an əvvəl T.-nin ayaq qoyduğu yerdə xışıltı saldı. Əvvəl dəfəki kimi o, zərbə trayektoriyasından qurtarmağa güclə macal tapdı. Baltanın qəfil sıçrayışı elə bil fizikanın bütün qanunlarını pozdu: anlaşılmırdı ki, tam sükunətdən belə sarsıdıcı sürətə keçmək Dostoyevskiyə necə müyəssər oldu.
Sıçrayışın ətaləti ayağa qalxmaqda Dostoyevskiyə kömək oldu.O, baltanı kürəyinə atıb açıq ovcunu T.-yə tərəf çevirdi və qışqırdı:
-İdiot!
Onun gözləri yenə də T.-ni nəzərdən itirdi. Dostoyevski tərəddüdlə bir neçə addım atdı və onun sifətində sanki göydə təhlükəli nə isə görürmüş kimi qorxu əks olundu. O, baltanı ikiəlli başı üzərinə qaldırdı və T.-yə tərəf qaçdı.
T. ”Həvəsdi, bəsdi”-deyə düşündü.
O, məqamı dəqiq hesablayıb Dostoyevskinin yerə sərilmiş sırıqlısını ayağının ucuna ilişdirdi və yuxarı tulladı.
T:
-Kətanölçən (Xolstomer)!-deyə qışqırdı.
Sırıqlı havada açıldı və qatı dalğatək Dostoyevskini qaplamaqla onu bir anlığa ləngitdi, amma bu an ərzində T. alçaq duruş vəziyyətinə keçə bildi. Sırıqlıdan azad olmuş Dostoyevski T.-nin başına dəhşətli zərbə endirdi...və adətincə gözlərini, onlara qan şırnağı düşməsin deyə, qıydı.
Balta nə isə yumşaq bir şeyi əzərək ləngər vurdu və dayandı, amma Dostoyevski kəllə sümüyünün çatırtısını eşitmədi. Gözlərini açaraq anlaqsız halda qurbanına baxdı.
Gördüyü həqiqətə o dərəcədə uymurdu ku, Dostoyevskinin beyni ona gələn əsəb stimullarını başqa cür yozmağa çalışaraq, bunu gercəklik keyfiyyətində təsbit etməkdən bir müddət imtina etdi. Amma bu, mümkün deyildi.
T. baltanın iti ucunu başından cəmi yarım barmaq yuxarıda saxlayaraq, tiyəni ovuclarıyla sıxmışdı. Dostoyevski baltanı cıxarmaq istədi, amma onun tiyəsi sanki məngənədə sıxılmışdı.
T. fısıldadı:
-Caynaq ilişdi, quş batqına düşdü!
Dostoyevskinin rəngi ağardı.
-Oxşayır ki, siz həqiqətən qraf T.-siniz...
T.diqqətlə onun gözlərinə zillənib, tiyəni yana döndərərək Dostoyevskinin qollarını naqolay əyməklə onu bükülməyə məcbur etdi.
Dostoyevski:
-Amma axmaq vəziyyət yaranıb ha.-dedi-Mən baltanı qopara bilmirəm, siz isə... Siz onu buraxa bilməzsiniz. Mənə zərbə vurmağı da bacarmazsınız.
T. təəccüblə qaşını düydü:
-Niyə?
-Necə niyə? Çünki bu, öz idealınıza xəyanət olacaq.
-Pardonnez-moi?
-Dostoyevski göstərdiyi cəhddən qızararaq:
-Bəs necə?-dedi. (O hey T.-yə güc gəlib baltanı qoparmağa çalışırdı.)-Şərə zorla müqavimət göstərməməli.
T. də tünd qan rənginə dolaraq:
-Hə, siz onu deyirsiz.-deyə cavab verdi-Hə, bir balaca zor var. Amma axı sizin haranız şərdir ki, Fyodor Mixayloviç? Siz-yolunu azmış xeyirsiniz !
Dostoyevski ancaq onu görə bildi ki, T.-nin yüngül-yaraq şap-şapdakı ayağı yerdən aralandı...



Ruscadan tərcümə: Mehemmed Salur


Tərcüməçinin qeydi: Parçadakı ”Paxla dənəsi” (”Bobok”) və ”Kətanölçən” (”Xolstomer”)-in birincisi Dostoyevskinin, digəri isə L.Tolstoyun əsərlərinin adlarıdır.


--------------------
Qeydiyyatdan keçib: 28.08.2008 | ICQ: --
  
#4 yazıb: sosial texnoloq (24 Dekabr 2009 19:12)
Rusiyanın ən nüfuzlu intellektualı kimdir ?

İnternetdə 40 min adam arasında keçirilən sorğuda ən çox səsi yazıçı Viktor Pelevin toplayıb

http://www.azadliq.org/content/article/1911854.html

Qeydiyyatdan keçib: 3.07.2009 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 851 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 4
Istifadəçilər: 0
Qonaqlar: 2
Axtarış robotları: 2

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
Baidu SpiderGooglebot

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.