Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Gündəlik notlar » Orxan ARAS. Yazıçılar arasında 2 gün

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
» Akif Əli. Ağ& ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Murad Köhnəqa ...
» Matsuo Basyo- Haykular
» Dədə Qorqudun ...
» Sayman Aruz. Əd ...
» Mişel Uelbek- Sa&# ...
» Duman Ərdəm. ...
» Seçilən- 2
» Kim daha çox oxunu ...
» Divanə Ozan Tə ...
» Stefan Sveyq. Bizans ...
 
Arxiv
Sentyabr 2010 (17)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
» Firudin Allahverdi. Tarixin ibrətsizliyi
» Günün şeiri
 
Orxan ARAS. Yazıçılar arasında 2 gün

  Bölmə:    Gündəlik notlar

Orxan Aras

Yazıçılar arasında 2 gün





Mübaliğəsiz deyirəm ki, hər dəfə Azərbaycana gedəndə içimdə bir əsrlik həsrət olur. Necə ki, təcrübəsiz bir adam ilk dəfə sevgilisi ilə görüşəndə danışmaq istəyilə alışıb-yansa da, içində aşıb-daşan duyğuları sevgilisinə anlatmağı bacarmır, dili tutulur, səsi titrəyir. Mən də hər Azərbaycana gedəndə bu duyğuları yaşayıram. İçimdə fərqli duyğular oyanır, həyata başqa gözlə baxmağa çalışıram. Daxilimdəki bədbin duyğular məni tərk edir. Özümü daha sevincli, daha həyəcanlı, daha gənc və enerjili hiss edirəm. Bəlkə də qan yaddaşı deyilən elə budur!
Azərbaycanda hər getdiyim yerə daha diqqətlə baxıram. Danışdığım insanlarla daha diqqətlə söhbət edirəm. Qeydlər götürmürəm, çünki hər şey bir film kimi beynimə qeyd olunur. Üstündən illər keçsə də, Azərbaycanda keçirdiyim günləri heç vaxt unutmuram.
Bu dəfə məni Azərbaycana Yazıçılar Birliyi çağırmışdı. Anar bəy hələ Almaniyada olarkən Yazıçılar Birliyinin yubileyinin keçiriləcəyini söyləmiş və məni həmin tədbirə dəvət etmişdi. Çox işim olmasına baxmayaraq dəvəti həvəslə qəbul etdim. Səfərdən dönəndən sonra bir daha öz-özümə dedim. Nə yaxşı ki, Azərbaycana getmişəm. “Park inn” otelində ilk söhbətlər, tanışlıqlar Filarmoniyadakı şeir axşamı, Gənc Tamaşaçılar Teatrındakı yekun toplantısı indi də film kimi gözümün önündən keçib gedir. Anar bəyin illərin gətirdiyi təcrübəyə, mükəmməlliyə dayanan çıxışları hələ də qulaqlarımdadır. Hətta belə çıxışların birində adımı çəkmədən məni də tənqid etmişdi. Birinci gün etdiyim çıxışda “Azərbaycan yazıçılarına yetərincə önəm verilmir və dünyada çox tanınmırlar” söyləməyim deyəsən Anar bəyin Azərbaycan Yazıçılar Birliyinin sədri kimi xətrinə dəymişdi ki, proqramın son günündəki çıxışında yazıçılarımızın dünyada necə tanınmaları barədə bir xeyli danışmışdı. Mən onun tənqidindən əsla incimədim. Tənqid olmayan yerdə həqiqəti necə tapa bilərik ki? Bir-birimizə təriflər deyə-deyə, hörmətlər söyləyə-söyləyə dərdlərimizin fərqində necə ola bilərik ki? Tənqid olmalıdır ki, yazıçı yetişsin, tənqid olmalıdır ki, ortaya əsərlər çıxsın, tənqid olmalıdır ki, həqiqi dəyərlər işıq üzü görsün... Tənqidi yox etsək, ən kiçik tənqiddən belə incisək, nə yazıçılarımız ortaya çıxar, nə də həqiqi sənət əsərləri yaranar!
Toplantılar davam etdikcə gözəl tanışlıqlar, şirin söhbətlər bir-birini əvəz edirdi. Anadolunun geniş sinəsindən qopub gəlmiş Əli Ağbaş, Yəhya Akengin, Ataol Bəhramoğlu, Çingiz Bektaş kimi şairlərin ürəklərindən gələn, dillərindən qopan söhbətlərini dinləmək, şeirlərinə qulaq asmaq duyğularımızı daha da coşdurdu. Şair Əli Ağbaşı şəxsən tanımasam da şeirlərini illərdir ki, sevə-sevə oxuyuram. Xüsusilə o, Azərbaycanımızın ən önəmli və ən dəyərli dostlarından olan rəhmətlik abimiz İbrahim Bozyelin də yaxın dostu idi. İbrahim abidən onun haqqında çox şeylər eşitmişik. Onun indi “Qardaş qələmlər” dərgisində yayımlanan bir-birindən gözəl şeirləri könlümüzə dilimizin səsini, ahəngini hopdurmaqdadır.
Əli Ağbaşla birlikdə Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu dostumuzla etdiyimiz söhbətlər ortaq dərdlərimiz və türk dünyası ilə bağlı idi. Toplantılardan imkan edəndə dəyərli yazar, millət vəkili Aqil Abbasın qonağı olduq. Aqil bəylə keçirdiyimiz bir neçə saatda az da olsa kədərlərimizi unutduq, doyunca güldük. Əli Ağbaş, Yaqub Dəliöməroğlu, Tofiq Abdin, Qalib Toğrul və gənc tədqiqatçı-yazar Əbülfəz Süleymanlı ilə bir yerdə minbir çeşidli süfrə arxasında nələrdən danışmadıq ki? Ölkələrimiz, dilimiz, mədəniyyətlərimiz, gələcəyimiz o qısa söhbətin mövzusu oldu. Amma ən çox Aqil bəyin zarafatlarına güldük. Ağır-ağır çökən axşamın qaranlığına gülüşlərimiz rəng qatdı, Bakıda keçirdiyimiz anları daha gözəlləşdirdi.
Əbülfəz Süleymanlının adını çəkmişkən, bu gənc qardaşımdan mütləq bəhs etməliyəm. Hələ 35 yaşında olan bu gənc tədqiqatçının Türkiyənin ən önəmli nəşriyyatlarından olan “Ötüken” yayım evində Azərbaycan və Türkiyə oxucuları üçün nəzərdə tutulan “Millətləşmə sürəcində Azərbaycan türkləri” adlı böyük həcmli çox dəyərli bir kitabı nəşr olunub. Bu kitab barədə gələcək yazılarımda mütləq bəhs edəcəyəm. Çünki Türkiyədə oxumuş, Türkiyə türkcəsini mükəmməl bilən belə vətənpərvər yazarlarımıza ölkəmizin ehtiyacı var.
Əbülfəz bəy məni müəllimi, professor Səlahəddin Xəlilovla tanış etmək istədiyini söylədi. Aqil bəy və dostlarla vidalaşaraq Səlahəddin bəyin ofisinə getdik. Onun yazılarını hərdənbir “525-ci qəzet”də oxusam da, özü ilə tanış deyildim. Elə ilk dəqiqələrdən bir-birimizə qanımız qaynadı. Bir saata yaxın çəkən söhbətimizdə müxtəlif məsələlərdən danışdıq. Səlahəddin bəy ortaya dəyərli əsərlər qoyan, çalışqan bir elm adamıdır. Apardığı fəlsəfi tədqiqatlar, dərc etdiyi dərgilər və bir-birindən maraqlı kitablar adamı heyran qoyur. Mənə hədiyyə etdiyi kitablardan sadəcə biri – “Romantik şeirdə Şərq-Qərb məsələləri” kitabı belə çox uzun bir məqalənin mövzusu ola bilər. Bu kitab da “Ötüken” nəşriyyatında çapdan çıxıb. Səlahəddin bəyin fəlsəfə ilə bağlı çox dəyərli fikirləri və layihələri var. Bu fikirlər və layihələrin öz mədəniyyətimizi Qərbə çatdırmaq və tanıtmaq baxımından əhəmiyyətli olduğunu fikirləşirəm.
Azərbaycanda olmaq mənim üçün bir az da yürüş marafonuna qatılmaq kimidir. Hər kəsi və hər yeri görmək istəyi və zamanın darlığı sonradan içimdə formalaşan və məni bitirən “kaşkilər”in yaranmasına səbəb olur. “Kaşki”lərimdən biri də türk dünyasının gerçək ağsaqqalı, doktor Cavad Heyətlə bağlıdır. O da Azərbaycan Yazıçılar Birliyinin yubileyinə gəlmiş və orada çıxış etmişdi. Oteldəki səhər yeməyində onunla eyni süfrədə nahar etmək mənə qismət olmuşdu. Bir az söhbət edəndən sonra “mən səni tanıyıram, yazılarını “525-ci qəzet”də oxuyuram” dedi və Rəşad Məcidin xətrini çox istədiyini, bu qəzetə abunə olduğunu söylədi. Bu mənim üçün çox böyük xoşbəxtlik idi. İllərdən bəridir fəaliyyətini uzaqdan izlədiyim, Cənubi Azərbaycanda sadəcə bir yazar, bir dərgi sahibi deyil, təkbaşına bir məktəb, bir universitet olan bu yaşlı bilgə “Orxan Arası oxuyuram” deyirdi. Mənim üçün bundan böyük hansı bəxtiyarlıq ola bilər ki?
Bizimlə bir süfrə arxasında güneyli işadamı, yazar Əli Polad bəy də əyləşmişdi. Üçümüz bir yerdə şəkil çəkdirdik, Güneydən, Qüzeydən, Türkiyədən danışdıq. Əli Polad bəy çox fərqli bir işadamıdır. Həssas, diqqətli ölkəsinə və millətinə canı yanan, “quru-quru qurbanın olum” yanaşmasından uzaq, milləti üçün maddi və mənəvi imkanlarını səfərbər edən bir vətənpərvər. Bizdə belə işadamları təəssüf ki, çox azdır. O qısa söhbətdən sonra Əli bəy məni evinə dəvət etdi. Orda qısa da olsa söhbətləşdik, çay içdik. Ömər Xəyyam və Həzrəti Əli haqqında yayımladığı bir-birindən gözəl kitabları mənə göstərdi.
Ustadımız doktor Cavad Heyətlə söhbətdən sonra Moskvadan gəlmiş ziyalılar – türkoloq Tofiq Məlikli və şair Nəsib Nəbioğlu ilə görüşdüm. Əslində onlarla məni Rəşad Məcid tanış etdi. Rəşad bəy işi çox olduğundan bizi tanış etdikdən sonra yanımızdan ayrıldı. Tofiq bəylə dil məsələsilə bağlı bir az mübahisə etdik. Dil və milli kimlik mövzusu ortaya gələndə heç cür səbirli ola bilmirəm və duyğularımın müvazinətini itirdiyini hiss edirəm. Bu səbəbdən də ordakı qısa söhbətdən əsəbləşdiyimi və emosional davrandığımı etiraf edir, Tofiq bəyə burdan salam göndərirəm.
Təbii ki, Azərbaycan Yazıçılar Birliyi bir çox təşkilatın bacarmayacağı bir işin altına girmiş, dünyanın hər tərəfindən yazarlar, şairlər dəvət etmişdi. Zatən Yazıçılar Birliyi kimi dünyanın ən köklü bir təşkilatına da elə bu yaraşır. Sədri, katibləri, gördüyü işlər nə qədər tənqid edilsə də, Azərbaycan Yazıçılar Birliyi dünyanın ən qədim yazıçı təşkilatlarından biridir. Ordakı çıxışımda da söylədim. Türkiyədəki ən qədim yazıçılar təşkilatının 35 və ya 39 illik tarixi var. Azərbaycan Yazıçılar Birliyi səhvlərinə və çatışmazlıqlarına baxmayaraq, kim nə deyirsə desin, hələ də təsirini və gücünü bu günə qədər qorumağı bacarmış çox az təşkilatlardan biridir.
Toplantıya dəvət olunmuş rus, gürcü, ukrayna, belarus, qazax, qırğız yazar və şairlər toplantılara ayrı bir dad və rəng qatmışdılar. Ancaq Oljas Süleymenov kimi böyük şairin hələ də rusca danışmaqda israrlı olması doğrusu, məni çox təəccübləndirdi. Yeri gəlmişkən onu da yazım ki, sonuncu gün Gənc Tamaşaçılar Teatrındakı toplantıda Oljas bəy çıxış edərkən “Oljas bəy, türkcə!” deyə yerindən qışqıran “tərbiyəsiz” mən idim!
Gənc Tamaşaçılar Teatrında xalq şairi Sabir Rüstəmxanlı ilə yanaşı oturmuşdum. Sabir abi ilə dostluğumuz 1990-cı ildən başlayır. Azərbaycana ilk dəfə gələndə onun evində qalmışam. Arxa sırada dəyərli dostum Cəmil Həsənli oturubmuş. İçəri girərkən zal qaranlıq olduğundan görməmişdim. Arxadan mənə qalın bir kitab uzatdı. Baxdım ki, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” kitabıdır. Cəmil bəy yenə araşdırılmasına çoxdan başlanmalı olan bir məsələni elmi şəkildə tədqiq eləmişdi. Çox təəssüf ki, onunla çox qısa, ayaqüstü bir söhbətimiz oldu.
Toplantıda Rafael Hüseynovun çəkdiyi, Yazıçılar Birliyinin tarixindən bəhs edən sənədli film nümayiş etdirildi və çox bəyənildi. Filmə baxdıqdan sonra onun haqqında söhbətlər etdik və Rafael bəyin uğurlu işini yüksək qiymətləndirdik. Anar bəy və Elçin Əfəndiyevin sonuncu gün problemləri çox aydın şəkildə ortaya qoyan uzun çıxışları həqiqətən də çox yerində olan söhbətlər idi.
İki gün də olsa mənəvi bağlarla bir-birimizə könüldən bağlı, dostlarla, qələm adamları ilə birlikdə olmaq bir yazar üçün dəyəri heç nə ilə ölçülə bilməyən bir duyğudur. İnsan o qısa vaxtda hamı ilə danışmaq, fikir mübadiləsində olmaq, ürək sözlərini söyləmək istəyir. Ancaq buna nə vaxt çatır, nə də imkan... İlk günkü toplantıda yanaşı oturduğum qədim dostum Elçin Hüseynbəyli, yeni dostum Səlim Babullaoğlu, bütün toplantıları əvvəldən sonuna qədər diqqətlə izləyən dəyərli şairimiz Abbas Abdulla, yazıçı Yaşar, Hollandiyadan gəlmiş yazıçı Gülşən Lətifxan kimi insanlarla çox qısa söhbət edə bildik.
Dostlarla yanaşı adlarını eşitdiyim və orada ilk dəfə qarşılaşdığım “Azərbaycan” dərgisinin redaktoru İntiqam Qasımzadə, gənc şair Kənan Hacı, qazaxlı Güləmail, Qəşəm Nəcəfzadə, Mahirə Abdulla, Dayandur Sevgin, Naxçıvan sevdalısı Nafilə Abuzərli, şairə Qənimət Məhərrəmli ilə ayaqüstü olsa da söhbət etmək çox xoş idi. Azərbaycana hər dəfə gedəndə qürbətdən gələn qardaşı kimi məni səbirsizliklə gözləyən, hərarətlə qarşılayan, hələ səfərə çıxmamış hansı saatta Bakıda olacağımı soruşan Tofiq Abdin abim və dostum Qalib Toğrulun səmimi, dostluqdan artıq qardaşlıq duyğuları ilə dolu hərəkətləri özümü orda evimdəki kimi hiss etməyimə imkan yaradır. Bu dəfə doyunca bir yerdə olmasaq da, onlarla birlikdə olmaq, söhbət etmək vaxt darlığına baxmayaraq bir axşam yeməyinə getmək məni çox sevindirdi. Qalib bəyin dostu Qənimət bəy və “525-ci qəzet”in baş redaktor müavini Yusif bəylə söhbətlərimiz daha özəl və daha fərqli idi. Yusif bəyin üzünü görməsəniz, səsini eşitsəniz, əminliklə “danışan Rəşad Məciddir” deyə bilərsiniz. Səsləri iki qardaşın səsi kimi bir-birinə bənzəyir. Yusif bəydən böyük şairimiz Ramiz Rövşənin 63 yaşının tamam olduğunu öyrənir və telefonla təbrik edirik. O səslər, o gülüşlər, mübahisələr, görüşlər, söhbətlər mənimlə birlikdə Azərbaycandan minlərlə kilometr uzaqdakı Almaniyaya da gəldi. O sözləri, o dostluqları ürəyimdə bir gül çələngi kimi topladım və bir qismini dəyərli oxucularımla paylaşsam da, çoxunu özümə saxladım. Hər səhər yuxudan oyanan kimi özümə saxladığım o sözlər və o dostluqların içindən Azərbaycanın səsini, sədasını, qoxusunu alıram. Sevinirəm ki, yanımda Azərbaycan var!

525-ci qezet

http://www.525.az/view.php?lang=az&menu=7&id=7332
 
Reytinq
 (səs sayı: 3)


Şərhlər: 10
Dərc olunub: 12 Fevral 2010
Baxılıb: 398 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: RasimQaraca (12 Fevral 2010 21:46)
525-ci dushunceye daha bir numune sergileyir Orxan Aras bey.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#2 yazıb: arazrza (13 Fevral 2010 20:49)
Bu, bir bəy tərifidir, ancaq anlamaq olmur ki, bəy Anardır, yoxsa Rəşad Məcid? Deyəsən qızın iki adaxlısı var.
Orxan Aras bəy, deyirsiniz ki, Elçin Hüseyinbəyli ilə yanaşı oturmusunuz, mən də demək istəyirəm ki, bu ağ yalandır! Elçin Hüseyinbəyli deyirsə ki, "Rus kültürü bizə türk kültüründən yaxındır", demək ikinizin arasında "rus kültürü" oturmalı idi.
Bilmirəm sizə nə yediriblər, nə içirdiblər, sözarası "min cür çeşidli yeməklər" düzülmüş süfrələrdən danışırsınız, "çölü bəzəklikdən bir az dərinə gedib, içitəzəkliyi" görə bilməmisiniz.
Azərbaycan yazıçılarının heç yerdə tanınmadığını düz demisiniz, ancaq Anar buna qarşı söz deyən kimi "sözüm qayıt gir ağzıma" mağmunluğuna yıxılırsınız. Özünüzü bir də yoxlayın, götürün bir alman ədəbiyyat bilicisini, soruşun görək Azərbaycan yazarlarından kimləri tanıyır?
Azərbaycanı doğrudan da sevirsinizsə, sıradan gələn yolçuluğunuzda sizə qonaqlıq vermək üçün sıraya düzülən arxadaşlarınızın baxışlarından oğurlanıb xalqın içinə gedin, görün onlar sizə nə deyəcəklər? "Ölülər elə bilir dirilər hər gün halva yeyir" Sözünü doğrultmaq istəmisiniz, ya bilərəkdən, ya bilməzlikdən, ya da yeyib-içdiklərinizin qatqılarından.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#3 yazıb: esedd (13 Fevral 2010 22:43)
Orhan Aras, sevinirsen ki, yaninda Azerbaycan var. Yanilirsan, yaninda zamani kecmish bir ovuc memur yazici var. Umumiyyetle, Azerbaycan, veten sevgisi sozlerini agzina alib danisma, cunku ortada sadece sexsi maraqlariniz var, basqa hec ne.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#4 yazıb: Ayshe (14 Fevral 2010 11:32)
Bu cur yalaka insanlarin adyazarda ne işi var anlamiyorum..
Qeydiyyatdan keçib: 11.09.2009 | ICQ: --
  
#5 yazıb: RasimQaraca (14 Fevral 2010 22:25)
Maraqlidir ki, Orxan Aras bey Bakiya bu seferi zamani menimle de gorushmushdu. Yazdigi bu meqalede tesadufen gorushduyu adamlarin adini cekib, ancaq onceden shertleshib gorushduyu bir adami yada salmayib neye gorese...
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#6 yazıb: orhan (19 Fevral 2010 20:27)
Önce Rasim Beye...
Rasim bey, sizinle bir defe görüstük.Ordaki söhbetimizden meni yaxsi tanimaginiz tebii ki mümkün deyil.Bunun ücün bilmirem "vefa" nin dilimizde ve edebiyatmizda ne menaya geldigini size yeniden xatirlatsam cox mu ayip olur? Men sizi ve sizin seirlerinizi burdaki qazetemizde ve devet edildiyim her yerde oxudum,yaydim. sadece sizi deyil, Qan Turaliyi da Seymur Baycani da ve diyerlerini de...Hec kime ideolojik baxmadim ve baxmam da... Baki´da menimle tanis olan insanlarin gercek saxsiyetleri necedir bilmem mümkün deyil. Mene dostluk gösteren insanlara siz adyazar´dan deyilsiniz deye bir "salam" demiyeyim mi? Ayrica orda sizin tenkit ettiginiz insanlar hakkinda da en agir tenkitleri men yazmadim mi? Menim üc makalede yerden yere vurdugum "Ziyasiz ziyalilar" yazilarimi belke de oxumadiniz!
ARAZ bey adiyla yazan diger "Moskovali" gardash! Menim yeyip icmek icin onlarla oturdugumu yazanda herhalde vicdaninizi bir yerlerde unutmustunuz..Siz meni o üzvü oldugunuz partiyanin sedri Isa Qember beye bir sorusun...
Men asla hic kimseye yaltaklik ve yalakalik yapmam yapadim da...Azerbaycanla ilgili 350 makale yazmisim...birinde bile hic bir devlet adamina yag cekmek diye bir cümle yoxdur.Insanda gerek insaf olsun! Giessen Üniversitesinde Ermeni telebelerin qarsisinda ve onlarin söyüsleri altinda tek basina Qarabagi" anlatan sizin bu yalaka dediginiz Orxan Arasdir.Gelen hefetde yine Amsterdam Üniversitesinde telebelere Xociliyi yine bu "yalaka" orxan aras anlatacak.
Sizde bir xestelik var.Adyazarci olan AYB ye kin duyacak, nifret edecek. Veya tersi...Men ne size ne de AYP cilere kin de duymuram, nifrette...Eger Rasim Qaraca veya Qan Turali yaxsi yazirsa onlari ücün de takdirlerimi yazarim...Almanca ve Türkce hazirladigimiz edebiyat dergisinde ideoloji ve teref tutmadan her yaziciya yer verilecek ve asla kinle, nefretle isimiz olmayacak...
Araz adiyla yazan sexs ele bilir ki , men her Baki´ya gittigimde varlilarla oturur dururam ve Azerbaycan gercekliyini bilmirem...Belke de mene nifreti o qederdir ki yazilarimi hec oxumur ve qelemimin , üreyimin yoxsullarla bir oldugunu ve her Bakiýa gittigimde ayda 200 manatla dolanan insanlarla daha cox oturup durdugumu ve asla zalimlerle, sömürgecilerle aramin yaxsi olmadigini bilmir.
essed adiyla yazana aslinda cevap bile vermek istemezdim.Ama sözleri meni o qeder incitti ki yazmak mecburiyetinde kaldim. Menim ilk kitabim Qarabagin Gözyaslari 1990 yilinda Istanbulda cap olundu.Ikinci kitabimin adi Azerbaycan Davamizdi ve onu oxusaniz görersiniz menim maragim nedir ve kimlerledir...Menim menfaat maragim olsaydi hersey baska cür olurdu. Ne kimseden korkum ne de kimseye eyvallahim var. Siz belki de icki sofrasi dalinda oturanda men Azerbaycan icin canimi ortaya qoyup savasirdim.Avrupa da ilk Azerbaycan Türkleri federasyonunu quran üc adamdan biri de Orxan Arasdir.

Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#7 yazıb: arazrza (20 Fevral 2010 15:19)
Orxan Aras!
"Acıqlı başda ağıl olmaz" Atalar Sözünü mən çoxdan bilirəm, özünüzü belə zora salmayın.
"Arxadaşını tanıt, deyim özün kimsən" deyir Atalar, mən də yazınızda sevgilərlə danışdığınız adamları arxadaşlarınız saydım.
Məni "moskuvalı" adlandırırsınız, Atalar burda deyiblər:Füzuli dərd əlindən dağa çıxdı, dedilər bəxtəvər yaylağa çıxdı.
Vicdandan elə uca səslə danışmayın, mən KQB basqılarından sınmayan birisiyəm biləsiniz!
Bizim əski muğam oxuyanlardan biri toy başlamadan aşırı yeyir, toyun icində səsi çıxmır, soruşurlar, nə oldu səsinə, qayıdır ki, səsim yediyim aşın altında qaldı. Sizin də bir yandan yemək-içməkdən söz açmanızı, bir yandan çoxlu öyünc sözlərini dilinizə gətirmənizi mən buna yozdum.
Mənim sizə yönəltdiyim sorğulardan birinə də bircə söz söyləmirsiniz.
Millətimiz yolunda çalışmalarınıza sevinirəm, sayqılarımı bildirirəm.
Uzun danışmaqdan çəkinib, Sizə demək istərdim ki, hamının yanında olduğunu demək heç kimin yanında olmamaqdır elə!
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#8 yazıb: Ayshe (20 Fevral 2010 21:13)
Orhan bey, simanizi korumak istiyorsaniz simasiz qazetelerde ne ishiniz vardir? Lutfen bu soruma cevap veriniz. Ama ben hic bi sey bilmiyorum demiyiniz, gayet iyi biliyorsunuz her seyi...
Qeydiyyatdan keçib: 11.09.2009 | ICQ: --
  
#9 yazıb: orhan (21 Fevral 2010 20:30)
Araz Bey,
Ben 8 yil Azerbaycan´a gidemedim. Oraya yilda belki bir veya iki defa gidebiliyorum. Benim yanima gelip de selam verene, merhaba diyene, benim sohbet etmek isteyene, samimiyet gösterene samimiyet göstermiyeyim mi? Bu ne bicim bir düsünce tarzi ve felsefedir ben anlamis degilim? Ben neticede orda gonagam...Men oranin yerlisi deyilim ki deyim bu falancidir bu filancidir...Yillarca Araz cayinin o tayindan Naxcivana baxip aglayan bir ailenin ogluyam ve men oraya gittigimde oranin dashi, torpagi da mene xos gelir.Men sizin kimi asla düsünp de secgicilik yapabilmenem...öz hislerinizle menim hislerimi qaristirmayin...Elcin Hüseyinbeylinin fikirleri meni maraglandirmir, dost deyir, selam verir,yanimda oturur menimle söhbet edirse selami bas göz üstüne...Oranin yerlisi sizsiniz ne ishiniz varsa o adamlara görün.Bu bizim isimiz deyil. Bizleri Azerbaycan, Qarabag, Xocali ve milletimizin xaricde tanitilmasi isi maraklandirirz.Bu tanitma isinde Anar da olar, Rasim qaraca da olar. Onlarin aralarinde ne var, dertleri nedir öz isleridir.
Ayse hanim,
Ben sadece 525´de degil, hem Türkiye´de hem de Almanya´da cesitli gazetlerde yaziyorum. Önemli olan dertlerimizi insanlarimiza ulastirabilmek..Ben 525´de kac defa Elcibeyi de, Resulzade´yi de yazdim. Hatta resulzadenin dogum gününde mecliste ayaga kalkmayan milletvekillerini en sert bir sekilde 525´de ben elestirdim.Sizin amacinin nedir, simadan kastiniz nedir anlamis degili! Ordakilerin simalari beni ilgilendirmiyor. Azerbaycan´in ic poltikasi orda yasayanlarin isidir. Oranin vatandasi olmayan, oraya gidince gidip de sefirliklerinden vize alan bizim gibiler ne yapabilirler? Güney Azerbaycan icin de biz oranin halkinin kendi dilini , kültürünü unutmamasi icin calismalar yapar, yazilar yazar, kitaplar yayinlariz.Ama 30 milyonluk halk kendi haklarini savunmuyorsa biz ne yapabiliriz. Demek istedigim bizim pozisyonumuzu karistirmaniz hic de adaletli degildir. Benim köklerim Azerbaycan´dansa ve elim kalem tutuyorsa, söyleyecek sözlerim varsa bunu milletim icin kullanirim. Benim yazimin neresinde yalaklik var? Kime can , kurban demisim? sadece dostluktan bahsetmisim. Ne zamandan dostluk kötü, düsmanlik iyi olmustur. Ayrica o yazida kisaca yazdim ama AYB liginde en sert tenkidi ben yaptim ve orda olanlar buna sahittir. Kara calmayin ve adil olun.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#10 yazıb: arazrza (21 Fevral 2010 23:01)
Orxan Aras bəy!
Ya mən türkcə yaxşı danışmıram, ya da siz məni anlamamaq üçün əlinizdən gələni etməkdəsiniz.
Mən Sizi bir yurddaş sayaraq demişdim ki, bəy, arxadaş dediyiniz adamların bir çoxu Azərbaycanımızı yoxluğa, heçliyə sürükləyən bir iqtidarın qulluğundadır, bir az dərinə
baxın, adınızı onların adına qoşub ona gölgə salmağa qıymayın. Sizli, bizli bu ammansız gedişə yox deyəyin, yoxsa bir azdan tanıdılması yolunda çalışdığınız Azərbaycanın özü də yoxluğa kömülə bilər! Mən də anlayıram ki, qıraqdan heç kim gəlib Azərbaycanın yaxasını
bu quldurların əlindən qurtaran deyil.
Ölkəni başına götürmüş büthanələrin arasında Rəsulzadə adına kiçicik bir heykəlin yapılmamasını görmək bəs elər ki, düyününə qatıldığınız adamların kimin yanında
olduğunu anlayasınız və onların yanında olmağı özünüzə sığışdırmayasınız. Siz onların yanında olmadan da Yurdu tanıtmaq çabalarınızı sürdürə bilərsiniz.
Götürün, ürəyinizdən keçən düz və sərt sözləri yazın, göndərin "525"-ci qəzetəyə, görək yayınlayacaqmı? Onları öyəcəksiniz, yayınlanacaq,qınayacaqsınızyayınlanmayacaq.
Mən Sizə bunları çatdırmaq istəmişdim...
Abırınızı qorumaq çabalarınızı bəyənirəm, ancaq niyə elə addım atırsınız ki, sonradan bunu uzun-uzadı doğrultmaq gərək olsun?
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 850 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 4
Istifadəçilər: 0
Qonaqlar: 3
Axtarış robotları: 1

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
Yahoo

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.