Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Müsahibə » Rasim Qaraca - Alma qəzetinin suallarına cavablar

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Könül Də ...
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Dədə Qorqudun ...
» S.Pərvanə- ye ...
» Elçin Səlcuq ...
» Həyatın q ...
» Nazim Yasamal. Orxan Ey ...
» "Qadağa yaxş ...
» Şahbaz bəyl&# ...
» Güntay Gəncal ...
» Ülkər Sü ...
» Yeddi baş redaktor ...
 
Arxiv
Sentyabr 2010 (18)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Yalnız İnsan. Şeirlər
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Aqşin Yeniseyin müsahibəsi
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
 
Rasim Qaraca - Alma qəzetinin suallarına cavablar

  Bölmə:    Müsahibə

Rasim Qaraca - Alma qəzetinin suallarına cavablar


Rasim Qaraca:


ƏSL ƏDƏBİYYAT YAZIÇILAR BİRLİYİNDƏN KƏNARDA YARANIR


"Alma" qəzetinin müxbiri Elmin Bədəlovun suallarına cavablar


- Yaradıcılıqla aranız necədir? Yazmaqdan yorulmursunuz?
- Yaradıcılıqla aram yaxşıdır, bu mənim əbədi hazırlaşdığım bir məşğuliyyətdir artıq. Yorulmuram, çünki çap işarələriylə uğraşmaq hobbimdir, şriftlərin birləşərək mənalar yaratması və ondan sonrakı əmələgəlmələr sevdiyim və dinclik tapdığım yeganə məşğuliyyətdir. Bəzən oxuyaraq, nə oxuduğumun fərqində olmadan öz aləmimə qapılaram – bu psixi avtomatizm düzeyndə bir yaşam formasıdır mənim üçün. Bunun əksini etmək, yəni yazaraq, nə yazdığının fərqində olmadan xəyala qapılmağı yaradıcılığın üstün forması hesab edirəm, gələcəkdə bunu gerçəkləşdirməyə çalışacam.
- Elçin Əfəndiyevin halına niyə acımışdınız?
- Anarla müqayisədə Elçinin daha pozitiv bir ziyalı olduğunu düşünürəm. Mətbuatdakı son çıxışlarından və müsahibələrindən də görmək olur, Elçin Yazıçılar Birliyinin demokratik olmayan idarəçiliyindən narazıdır, birlik üzvlərinin 1500 nəfəri keçməsinin absurd olduğunu başa düşür və bu qurumda islahatlar aparmağın zəruri olduğunu anlayır. Görünür Anarla yaxın dostluq münasibətləri onun daha kəskin bəyanatlar verməsinə mane olur. Elçinin son çıxışları mənə çarəsizlik təsiri bağışladığı üçün onun durumunun acınacaqlı olduğunu yazmışdım. Çünki zaman keçib, görülməli işlər görülməyib, ədəbi proses dostluq hisslərinə qurban verilib, tutduğu yüksək vəzifədən ümumi mənafelər naminə işlər görülməyib. İndi bir-iki müsahibədə nələrisə üsütörtülü şəkildə dilə gətirməklə vəziyyətin dəyişəcəyinə ümid etmək, əlbəttə acınacaqlıdır. Bu iki adam – Anar Rzayev və Elçin Əfəndiyev hal-hazırda Azərbaycan ədəbiyyatının iki böyük bəlasına çevrilib: külli-ixtiyar sahibi bu insanların müstəqillik dövrü Azərbaycan ədəbiyyatını sağlam bir ailədə birləşdirməyə hər cür imkanları olsa da, onların buna savadları, mədəni səviyyələri və ziyalı əxlaqı yetərli olmayıb. Halbuki, hər ikisi öz dövrünün nisbətən proqressiv aydınları olaraq köhnəliyə qarşı müqavimət göstəriblər. Azərbaycan teatrının iflic durumda olmasının səbəbi Elçindir, bu heç kəsə sirr deyil, ancaq teatr rəhbərləri, rejissorlar yüksək vəzifəli bu insanın iradəsinin əleyhinə çıxa bilmirlər, Elçin və İlyas Əfəndiyevlərin bayağı, vaxtı keçmiş, real həyatımızla əlaqəsi olmayan əsərləri millətin teatr sevgisini çoxdan küsdürüb. O cümlədən Anar, bütöv ədəbi prosesi ailə təsərrüfatına çevirib, onun 23 illik sədrlik fəaliyyəti nəticəsində bütün istedadlı yazıçılar Yazıçılar Birliyindən uzaq salınıb. Vaqif Yusifli kimi sifarişli tənqidçilər hələ də Rəsul Rza haqqında tərifli məqalələr yazıb Ədəbiyyat Qəzetində çap etdirməkdədirlər. Əsl tənqidə və yaradıcılıq polemikasına bu təşkilatda və onun nəşrlərində yer yoxdur.
- Sizin fikrinizcə Rəsul Rza tərifəlayiq şair deyil?
- Ola bilər Rəsul Rza tərifəlayiq şairdir, ancaq oğlunun rəhbərlik etdiyi qurumun mətbuat orqanlarında, demək olar hər sayda bu cür məqalələrin dərc olunması tərifəlayiq deyil. Bu, 525-ci qəzetdə Rəşad Məcidin öz kitabı haqqında tərif dolu məqalələr dərc etməsinə bənzəyir. Mən bir dəfə 525-ci düşüncə sindromu haqqında yazmışdım. Axı balaca uşağa da gülməli görünər - öz atan haqqında tabeçiliyində olan işçinin məqaləsini özünün rəhbəri olduğun qəzetdə dərc etdirəsən. Bu 525-ci düşüncə sindromunun ağırlaşmış formasıdır artıq. Hörmətli yazıçının bu cür ucuz şeylərlə olan-qalan imajını korlamasını arzu etməzdim.
- AYB-nin keçiriləcək qurultayına münasibətiniz necədir? Keçən sayımızda gənc yazarlar və ictimaiyətdə tanınmışların bu qurultayla bağlı fikirlərini öyrənmişdik. Rasim Qaracanın bu qurultaya münasibəti necədir?
- Həmin Anarın yaxşı bir sözü vardı, müsahibələrinin birində söyləmişdi – “Yazmayanlar Birliyi” – bax bu sözü indi onun sədri olmaqda davam etdiyi Azərbaycan Yazıçılar Birliyi haqqlnda söyləmək olar. 1501 nəfərlik bir yazıçılar ordusunun, sıralarında cəmi 30 nəfər yazıçını birləşdirən Azad Yazarlar Ocağı ilə yaradıcılıq yarışmasında hər zaman geridə qaldığı artıq çoxdan öz təsdiqini tapıb. Bu günlərdə AYB mətbuat xidmətinin yaydığı bir xəbərə görə qurultayın vaxtının uzadılacağı məlum olub. Bu, ümumilikdə ölkənin imicinə böyük zərbədir. Kiçik bir yaradıcı təşkilatda - Yazıçılar Birliyində rəhbərliyin dəyişdirilməsi və azad seçkilərin keçirilməsi bu qədər problematikdirsə, görün qarşıdan gələn parlament seçkilərində nələr olacaq. Siyasi məsələlər mürəkkəb olduğuna görə buradakı mənzərənin kənardan aydın şəkildə görünməsi çətin ola bilər. Bu baxımdan ölkə haqqında ictimai rəy bu cür yaradıcı qurumlardakı duruma görə formalaşır adətən. Buna görə də hesab edirəm, Azərbaycan hakimiyyət dairələri AYB-nin qurultayının mümkün qədər tez bir zamanda və demokratik bir şəraitdə keçirilməsində maraqlı olmalıdır, bu təşkilatdakı avtoritarlığa nəhayət son qoyulmalıdır.
- AYB üzvü, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli haqqında danışdığımız qurultay haqqında fikirini bildirərkən bu barədə danışan gənclərin fikirlərini bəyənməyərək, onları xəstə təfəkkürlü adlandırdı. “Ədəbiyyat qəzetinə isə bir milyon ayrılmalıdır” dedi...
- Elçin Hüseynbəyli tabeçiliyində olduğu şəxslərə xoş gəlməkdən ötrü söyləyib bu sözləri. Zatən bunun əksini söyləməyə cəsarəti çatmazdı. Bu gənc yazıçının həqiqətin deyil, güclünün yanında olmaq kimi bir xasiyyəti olduğu məlumdur. 5 nəfər eyni sözü deyirsə ağıllı insan bunun həqiqət olub-olmadığını artıq düşünməlidir. Öz opponentlərini toplu şəkildə “xəstə təfəkkürlü” adlandırmaq da heç sağlam təfəkkür sayıla bilməz. Özünü hələ də yazıçı kimi təsdiq edə bilməmənin çarəsi bu olmamalıdır məncə. Qurultay yaxınlaşdıqca biz Elçin Hüseynbəylini bu cür atak vəziyyətdə görəcəyik, “vəzifədə” qalmaqdan ötrü opponentlərini bol-bol söyəcək. Gözəl ənənələri olan Ulduz jurnalını oxunmayan, məzmunsuz bir jurnala çevirdiyinin məsuliyyətindən qaçmanın güvənli yolu bu ola bilər yalnız.
- “Ən yeni ədəbiyyat” seriyasından nəşr olunan kitablar ədəbiyyatda hər hansı dönüş yaradacaqmı? Yaxud kitab oxumağa insanlarda meyil oyadacaqmı?
- “Ən yeni ədəbiyyat” seriyasından kitablar ölkədaxili ədəbi prosesdə bir dönüşün baş verdiyinin göstəricisidir. Eyni zamanda, bu seriyadan dərc olunan əsərlər, əsl ədəbiyyat hadisələrinin Yazıçılar Birliyindən kənarda baş verdiyini göstərir. Elçin Hüseynbəylinin söylədiyinin əksinə olaraq, həmin o bir milyon manat Ədəbiyyat Qəzetinə deyil, bu seriyanı başlayan “Qanun” nəşriyyatına verilməlidir. Çünki Ədəbiyyat Qəzeti hadisə yaratmaq, bu günün canlı ədəbiyyatını əks elətdirmək iqtidarına malik deyil. Canlı işə can verilməlidir. Qəzetiniz vasitəsilə dövlət yetkililərinə müraciət etmək istəyirəm: Yazıçılar Birliyinə ayrılan vəsaitin kəsilərək ən yeni ədəbiyyatı yaradan qrumlara və yazarlara verilməsi haqqında düşünmənin zamanıdır artıq!
- Bir vaxtlar Rəşad Məcidlə münasibətləriniz gərgin idi. Rəşad bəy deyirdi ki, siz ədəbiyyata çox böyük zərbə vurmusuz. Həm də sizi ortabab bir şair adlandırmışdı. İndi Rəşad Məcidlə aranız necədir?
- Mənim Rəşad Məcidlə münasibətlərim gərgin ola bilməz, çünki Rəşad Məcid ictimai məsələləri özünün fərdi arşınıyla ölçən sadəcə “yaxşı oğlan” statusunda bir insandır. Karyera qazanmaq onun həyat amalıdır, dolayısıyla mənim ranqımda olan birisi deyil. Müstəqillik dövrünün və yeni zamanın şəxsiyyəti kimi meydana atılmaq istəyən insana sadəcə yaxşı oğlan olmaq azdır düşüncəsindəyəm. Bundan ötrü prinsipial olmalısan. Bu da Rəşad Məcid fəsiləsində nadir tapılan özəllikdir. Gənclər üzrə katib seçildiyi ilk günlərdə guya yenilik etmək istədi, barışdırıcı funksiyasını üzərinə götürmüşdü, ancaq bunu bacarmadı, intellektual səviyyəsi buna uyğun deyildi. Başqalarının əlində alət olmaq ona müstəqil fəaliyyət göstərməkdən daha rahat gəldi hər halda. Mənim yaradıcılığıma qiymət verməyə gəldikdə isə, bundan ötrü hələ çox oxumalı və öyrənməlidir Rəşad Məcid.
- axar.az saytında AXCP sədri Əli Kərimlinin müavini olacağınız yazılmışdı. Bu xəbər doğrudurmu?
- Bu vəzifə mənim üçün böyük şərəf olardı. Ancaq informasiya tamamən yanlışdır. Mən konkret olaraq siyasi fəaliyyətlə məşğul olmuram və hal-hazırda heç bir siyasi partiyanın üzvü deyiləm. Ən böyük siyasi işim ədəbiyyatımızı irəli aparmaq, bu yoldakı kötükləri təmizləməkdir.
- Ədəbiyyatı irəli aparmaq üçün nə etmək lazımdır?
- Çox oxumaq, yazmaq, dünyanın qabaqcıl təcrübəsini öyrənmək və tətbiq etmək, demokratik və ədalətli olmaq, sovet zehniyyətindən qurtulmaq, polemikalara meydan açmaq..., gördüyünüz kimi çox az və mümkün olan şeylər lazımdır.
- AYO-çulardan kim daha sərbəst yaza bilir? Yeni ədəbiyyat axınının gələcəyini necə görürsünüz?
- Ən istedadlılar AYO-nu seçir. Buna görə də burada kim daha yaxşı və ya sərbəst yazır – söyləmək çətindir. Mən adlar çəkib kiməsə ən yaxşı deyərək yerdə qalanları incitmək istəməzdim. Yeni, qarşısıalınmaz bir ədəbi axın başlayıb, yüksələn xətlə davam etməkdədir. Yeni yazmağa başlayan gənclərin öz ömürlərini ədəbiyyata, yazıb-yaratmaq işinə həsr etməsi məmin üçün qiymətli hadisədir. Bu o deməkdir ki, bu yolda rifah olsa da olmasa da, onlar bu işə davam edəcəklər. Gənclərin bu düşüncəyə gəlməsi çox yaxşıdır. Yazıçı vəzifəsində işləyənlər bundan utanmalıdır. Ancaq yaxşı bir hal var ki, Sovet dövründən qalma yazıçıların inkubasiya prosesi köhnə Yazıçılar Birliyinin divarları arasında sıxılıb qalıb, əsl gerçək əsərlər ondan kənarda yaranır bu gün. Administrativ ədəbiyyat idarəçiliyinin ömrü mənəvi cəhətdən tükənib, onun fiziki ölümü də çox uzaqda deyil.
 
Reytinq
 (səs sayı: 13)


Şərhlər: 3
Dərc olunub: 25 Aprel 2010
Baxılıb: 398 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: Elmin (1 May 2010 11:28)
Cox sert ittihamlardir, qarsi teref cavab vere bilmeyecek yeqin ki
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#2 yazıb: sultan (1 May 2010 12:38)
Bu gün dünya zəhmətkeşlərinin Əmək Bayramı günüdür, Bəylər və Xanımlar bayramınız mübarək!
AYO-nun zəhmət çəkən üzvlərini və cəfkeşlərindən biri Rasim bəyi də təbrik edirəm!
Dünyada yaradılan əsər, edilən yaxşılıq və duyulan gözəllik zövqü qalır. Qalanları əslində boş şeylərdir. Pulu olandan sonra hər kəs özünə də, dədəsinə də və hətta Seyid Əzimin vəsf etidi Çoban kimi itinə də heykəl qoydura bilər, varlığa nə darlıq!
Yazın yaradın, qardaşlar-bacılar, tənqid edənlər də sağ olsunlar, onlarsız yazılanların da dadı-duzu olmur!
Sultan Məərzili, Moskvadan.
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
#3 yazıb: dunyali (9 İyun 2010 18:30)
Mən ağıllı düham.Sizlər ancaq sizin kimiiləri aldada bilərsiniz.Siz kinli insansız.Deyim niyə görə ...
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 851 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 4
Istifadəçilər: 0
Qonaqlar: 4
Axtarış robotları: 0

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
Tapılmadı.

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.