Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Hekayə » Firudin Allahverdidən Şər adlı hekayə

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
» Akif Əli. Ağ& ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» Sevincdən yeni  ...
» Qulu Məhərr&# ...
» Seymur Baycan- Zahiri x ...
» Qan Turalı -Hə ...
» Nazim Hikmət- Tahi ...
» ...baxan uşaq
» Ərsan Ərel. A ...
» Aqşin-Tut arağ ...
» Kənan Hacı-Xe ...
» Ömər Xəy ...
 
Arxiv
Sentyabr 2010 (17)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
» Firudin Allahverdi. Tarixin ibrətsizliyi
» Günün şeiri
 
Firudin Allahverdidən Şər adlı hekayə

  Bölmə:    Hekayə

Firudin Allahverdidən  Şər adlı hekayə


Firudin Allahverdi

Şər

hekayə

2010-cu ilin iyun ayının əvəllərində, gecə yarısı Xətai prospektində taksi ilə gedirdim. "Şərq bazarı"nın qarşısında, prospektin ortası ilə o tərəf-bu tərəfə keçən meyvə-tərəvəz dolu arabaların arasından bir təhər maşınını sivişdirib keçən sürücüm, digər kolleqaları kimi oxşar mövzuda söhbətə başladı.
- Ay qardaş, burada nə zaman bir qayda-qanun yaradılacaq axı? Buna bax, buna bax... özünü az qala maşının altına atacaqdı... əclaf! O gün gördüm birini maşın vurub xosumvay eləyib, bir istədim saxlayım... sonra lənət şeytana deyib, çıxıb getdim...
Üz-gözümü turşudub, sürücüdən niyə belə etdiyini soruşdum. Adam heç tövrünü də pozmadan, bir damcı belə təəccüblənmədən, söhbətinə davam etdi:
- Başa düşürəm e, qardaş, adamdı, yəqin buralarda ailəsinə çörək pulu qazanmaq üçün işləyirmiş, xəstəxanaya-zada da apara bilərdim... Amma bir bilsən niyə onu aparmadım, məni qınamazsan... Həmin hadisədən 10-15 gün əvvəl, elə bax buradaca, bax o svetofordan 4-5 metr qabaqda, düz gözümün qabağında bir "BMW" yaşlı arvadı vurub, qaçdı. Tez maşını saxladım, onun oğlu idi, nəyi idi, bilmirəm, yanındakı oğlana dedim ki, gətir arvadı qoy maşına, aparaq xəstəxanaya, yazıqdı. Oğlan arvadı qucağına alıb, maşına tərəf gətirəndə nə desə yaxşıdı?
- Nə?
- Dedi ki, buna bax e, qoca arvadı vurub, hələ bir deyir aparaq xəstəxanaya... Qardaş, nə başını ağrıdım, gördüm ki, bu adam "BMW" əvəzinə məni ilişdirmək istəyir, hirs vurdu təpəmə, dedim ə, köpəkoğlu, mən sənə yaxşılılq etmək istəyirəm, sən də mənə şər atıb, türməyə göndərmək istəyirsən? Tüpürdüm, çıxıb getdim... Bax, o gədənin şər atması mənə dərs oldu, o gün yerdə qalan adamı da aparmadım... İndi, özün deginən, bu xalqa yaxşılıq etməyə dəyər, ya yox?

***

Bilmirəm, sürücüyə şər atmaq istəyən o idi ya yox, amma mənim yadıma qonşu məhəllədəki Namizəd düşdü. Onun rayondan şəhərə, bazarda satmağa meyvə-tərəvəz gətirən xalasını da elə təxminən 10-15 gün əvvəl buralarda maşın vurub, aşırtmışdı. Xalasına kömək etməklə pul qazananan Namizəd də o an hadisə yerindəymiş. Detallarını bilmirdim, amma sağ qalmasından, xəstəxanaya çatdırılmasından xəbərim vardı. Xülasə, sizə bu Namizəddən danışım.
Namizədin ailəsi işğal olunmuş rayonlardan qaçqın kimi gəlib. İlk dəfə onunla tanışlığımız da yadımdadı; axır çərşənbə günündə məhəllədə tonqal qalamışdıq, yaxınlaşdı, salamlaşdı, utancaq oğlan idi, nə danışır-danışsın gülümsəyirdi (bu xasiyyəti indiyədək dəyişməyib). Dərslərini də pis oxumurdu-filan...
Məktəbi bitirib, hamı kimi universitetə, sonra da əsgərliyə getdi. Qayıdandan sonra da o qədər dəyişməmişdi, sadəcə bir qədər depressiv görünürdü hərdən.
Namizədin atası qəssab idi, işi də pis getmirdi, bir neçə ilə qəsəbənin ən varlı adamlarından olmuşdu. Bu kişinin var-dövləti artdıqca dövlət işçiləri ilə problemləri də çoxalmışdı, nə vaxt danışdırırdın söhbətinin əvvəli də, axırı da belə idi "biri gəlir, o birisi gedir, məni lap müflisləşdirəcəklər." Uzun sözün qısası, elə həmin ərəfələrdə bizim bu Namizədin cibindən narkotik vasitə aşkar olundu. Elə aşkar olunan gündən başlayaraq, təxminən 2 həftə ərzində atasının bütün malı-mülkü əldən çıxdı. Kişi qəssabxananı bağladı, ailəsinin gündəlik xərclərini ödəmək üçün taksi sürməyə başladı. Tez-tez işlətdiyi "biri gəlir, o birisi gedir" frazası da leksikonundan yığışdı, artıq onu heç kim narahat etmirdi; o, varlı deyildi.
Baxmayaraq ki, bütün qəsəbə onu günahsız hesab edirdi və onun üzərinə şər atılması hamımıza gün kimi aydın idi, Namizədin xarakteri kökündən dəyişməyə başladı; onun ətrafdakılara aqressiyası gün-gündən artırdı...

***

İndi bütün bunları sürücüyə danışmaq, Namizədin ona şər atmasının kökündə hansı səbəblərin durmasını anlatmaq istədim, amma eyni enerjini sərf etməklə bloqa yazmağın, daha çox adama oxutmağın xeyirli ola biləcəyini qərara aldım...
Hadisələrə çox safcasına qiymət verməyi üstün tutan sürücüm isə davam edirdi:
- Qardaş, bunlara Stalin lazımdı e, hamısını güllələsin. İnan inandığımıza, mən bu xalqın hamısının qanını içərəm, uf da demərəm...
 
Reytinq
 (səs sayı: 6)


Şərhlər: 5
Dərc olunub: 12 İyul 2010
Baxılıb: 265 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: Gencalp (13 İyul 2010 03:49)
Yaxşıdı.Azərbaycanın gerçəkliyini yansıtır. O qədər belə bədbəxt olanlar var ki. Toplumun dərinliklərində bədbəxt "həyat"larını sürürlər. Fərdi azadlığın, fərdi yüksəlişin və sosial status dəyişdirmənin önünə çəkilmiş Şərq ölkələrinin qaranlıq tarixi, istibdadı və bugünkü miras. İnsansız bir iqlim. Çünkü insan sözünün hər şeydən öncə bir haq və özgürlük anlamı var. Bunlar yox isə, insan da yoxdur.
Qeydiyyatdan keçib: 21.04.2010 | ICQ: 33310
  
#2 yazıb: Ayshe (13 İyul 2010 13:54)
Firudin, indi sen bununla ne demek isteyirsen? Insanlar xeyirxah olsun yoxsa agressiv?
Qeydiyyatdan keçib: 11.09.2009 | ICQ: --
  
#3 yazıb: F.Allahverdi (13 İyul 2010 23:17)
AYSHE, yeganə demək istədiyim şey siyasi-inzibati yönətim modelinin sadə vətəndaşların xarakterinə necə təsir etməsidir.
Qeydiyyatdan keçib: 12.07.2010 | ICQ: --
  
#4 yazıb: Hikmet Carchili (14 İyul 2010 02:54)
yaxshidir
Qeydiyyatdan keçib: 12.05.2010 | ICQ: 123
  
#5 yazıb: Gencalp (14 İyul 2010 15:24)
İnsanın içində möhtaca yardım etmə duyğusu, instinkti var. Başqasına yardımetmə duyqusu insanda qorxu oluşdurduğunda, o toplumun cahanşümul əxlaq anlayışı çökmüşdür demək ki. Belə bir toplum içində böyük ideallarla yaşamanın da anlamı qalmaz. Sonunda belə bir deyim gəlişdirilər ki, "El üçün ağlayan gözsüz qalar." Bizim toplum ya da ümumiyətlə ŞƏrq toplumları bu gündədir. Çünkü hüquqz düzənində ədalət yoxdur, dövlət özü şər qaynağıdır.
Qeydiyyatdan keçib: 21.04.2010 | ICQ: 33310
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 850 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 4
Istifadəçilər: 0
Qonaqlar: 3
Axtarış robotları: 1

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
Yahoo

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.