Məktublarımız
 
 

Ana səhifə  |  Qeydiyyat  |  Əlaqə |  RSS 2.0

Sayt üzrə axtarış :
Baş redaktor: Rasim Qaraca
Redaktorlar:  Qan Tural, Elmin Həsənli
Səhifənin linki:
Adyazar- Susmaq yalan danışmaqdır » Məqalələr » Natiq Güləhmədoğlu Fransa qeydləri

İdarə paneli
İstifadəçi adını daxil et    
Şifrəni daxil et    
   
Parolu unutmuşam
   
Son xəbərlər
» Könül Də ...
» Ən Yeni Əd ...
» Yalnız İnsan. ...
» Günün şe ...
» Yazıçın& ...
» Aqşin Yeniseyin m& ...
» Qan Turalı. Sevgi ...
» Günün şe ...
» Orhan Pamukun yeni kita ...
» Şərif Ağ ...
 
Sorğu
Azad Yazarlar ocağının oxuculara təqdim etdikləri yazıları bəyənirsinizmi?

Bəyənirəm və düşünürəm ki, Azərbaycan ədəbiyyatının gələcəyi onların qələmindədir
Yazılarındakı bəzi məqamları ilə razılaşmasam da bəyənirəm
Özüm oxusam da başqalarına məsləhət görmürəm
Bir sözlə, biabırçılıqdır
Ədəbi məhsul nə qədər çeşidli olsa, seçim bir o qədər asanlaşar və rəqabətlə ədəbiyyat inkişaf edər


 
Təsadüf xəbərlər
» S.Baycan-Tiflis-İs ...
» Həmid Herisçi ...
» Sayman Aruz. Yeni ş ...
» S.Baycan- Romanı n ...
» 70 yàşlı ' ...
» Fehruz -İran kinom ...
» P.Turrini -şeirl&# ...
» Nadir Əzhəri. ...
» Karin Karkaşlı ...
» Sima Ənnağ ...
 
Arxiv
Sentyabr 2010 (18)
Avqust 2010 (55)
İyul 2010 (28)
İyun 2010 (14)
May 2010 (22)
Aprel 2010 (21)
Mart 2010 (19)
Fevral 2010 (23)
Yanvar 2010 (15)
Dekabr 2009 (16)
Noyabr 2009 (16)
Oktyabr 2009 (24)
Sentyabr 2009 (15)
Avqust 2009 (3)
İyul 2009 (11)
İyun 2009 (97)
May 2009 (78)
Aprel 2009 (87)
Mart 2009 (59)
Fevral 2009 (56)
Yanvar 2009 (138)
Dekabr 2008 (43)
Noyabr 2008 (12)
Oktyabr 2008 (8)
Sentyabr 2008 (22)
 
«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
 
Ən populyarlar
» Namiq Şaman. Göydələnlərdə ...
» Araz Gündüz. Şeirlər
» Günün şeiri
» Yalnız İnsan. Şeirlər
» Ən Yeni Ədəbiyyat. Nərmin Kamal
» Günün şeiri
» Aqşin Yeniseyin müsahibəsi
» Şahbaz Xuduoğlu. Sufi havası
» Əli Kərim. İki sevgi
» Qan Turalın müsahibəsi
 
Natiq Güləhmədoğlu Fransa qeydləri

  Bölmə:    Məqalələr

Natiq Güləhmədoğlu Fransa qeydləri

Natiq Güləhmədoğlu

Fransa qeydləri (I YAZI)

Bu yazını oxuyacaq hər kəsin diqqətə almağı gərəkdir: oxuyacağınız material qərib bir ölkəni sizə tanıtdıracaq elmi material deyil, dərin təhlilin, ciddi araşdırmanın məhsulu isə heç deyil. Müəllifin “dəqiq, qərəzsiz və əsl həqiqəti çatdırıram” kimi iddiası yoxdur. Bu material sadəcə “Biləcəridən o tərəfə” ilk dəfə ayaq basan bir insanın təəssüratları, müşahidələridir - onlarla razılaşmaya da bilərsiniz.

Fransaya gedin - necə, nə cürünü özünüz fikirləşin

Azərbaycanın tanınmış şairi Süleyman Rüstəmin “Cənnət görmək istəyən Azərbaycana gəlsin” şeirinə bu gün də televiziyada, radioda ürəkdən mahnı oxuyanlar var, deyəsən bu mahnını dinləyənlər də az deyil. Müğənnilərlə işim yoxdu, şair Süleymanın nələri “cənnət meyarı” hesab etdiyini isə çox düşünürəm, yəqin ki, bu suala heç vaxt cavab tapa bilməyəcəyəm. Amma cənnət dedikdə ilk anda beynimdən keçən nələr varsa mən onları özüm gördüm. Təbii, Azərbaycanda yox, ondan xeyli uzaqlarda... Fransada. Ona görə əminliklə deyə bilərəm, “cənnət görmək istəyən Fransaya getsin”.
Bizi - 30-dan artıq ictimai fəalı (onların arasında jurnalistlər, biznesmenlər, QHT təmsilçiləri vardı) politoloq Ilqar Məmmədov yığıb bir yerə toplamışdı. Ilqar Məmmədovu çoxumuz politoloq kimi tanıyırıq, heç demə, o, həm də Avropa Şurasının layihəsi olan Bakı Siyasi Biliklər Məktəbinin (BSBM) direktoru imiş. Hər il bu məktəbdə bir heyət düzəldilir, onlara Bakıda, rayonlarda müxtəlif siyasi məruzələr oxunur, nəhayət məktəbin diplomunu almaq üçün hamı Strasburqa-Avropa Şurasının yerləşdiyi şəhərə yollanır.
Indi bilirəm ki, xeyli gəncdə “ora necə getmək olar, o məktəbdə hansı yolla məzun olurlar?” sualı yaranır. Təəssüf ki, heç bir cavabım yoxdur, çünki bu haqda heç nə bilmirəm. Özüm hansı keyfiyyətlərimə və kimlərin seçimi əsasında BSBM-ə daxil edildim, bundan da xəbərsizəm. Ona görə bu yöndə hər hansı bir sualınız olacaqsa, bəri başdan məsləhət: Məktəbin direktoru Ilqar Məmmədova yazın.
Natiq Güləhmədoğlu Fransa qeydləri

“Əxlaqımızı pozan Avropa”


Bir abzas da azərbaycanlı heyət haqda yazıb, gedək Strasburqu gəzməyə. Heyətimizdə bilik və bacarığı, gerçək ziyalı mövqeyi olan gəncləri görmək çox xoş idi. Amma açıq-aşkar demokratiya düşməni olan, Avropanın elmi-texniki nailiyyətlərindən gözdolusu bəhrələnib, yenə də naşükürlük edən “Avropa ikiüzlüdür, əxlaqsızdır, milli-mənəvi dəyərlərimizə qənim kəsilib, Avropa demokratiyası bizə gəlsə biabır olarıq” deyən və bu cür gerilikçi zəkası ilə fəxr edənlər də vardı aramızda. Hələ bu nədi... Elə birisi vardı ki, Vasif Talıbovu tənqid etdiyimizə görə bizi az qala “dövlət və millət düşməni” adlandırırdı. Azərbaycanda total xof mühitinin necə iyrənc və şiddətli olduğunu ölkəmizin sərhədlərindən uzaqlarda da duymaq olur. Gənclərimiz Avropanın mərkəzində də həqiqət bildiyi şeyləri (siyasi mövzuları) tərəddüdlərlə, ifrat ehtiyatkarlıqla danışır, konkret məmur adlarını çəkməkdən yayınır və bu hərəkətlərini “KQB-nin aramızda adamı ola bilər” fikri ilə izah etmək istəyirdilər. Nəsə, belə qanqaraldan detallara bir daha toxunmayacağıma söz verirəm...

Bu odur, yoxsa xəyal?

Bir abzasdan sonra Strasburqu gəzməyə söz verdim, tələsgənlik etmişəm, bir az da bürokratiya ilə sizi yorum, sonra. Iyunun 28-dən başlayaraq 4 gün bizə Avropa Şurasının binasında müxtəlif mövzularda “Böhran zamanı liderlik”, “Dinc mübarizə”, ”Yeni media" və s. seminarlar keçildi.
Bakı və Yerevan məktəbləri arasında görüş oldu. Biz öz həqiqətlərimizi, ermənilər də özlərininkini danışdı. Bizə belə gəldi ki, erməniləri öz arqumentlərimizlə susdura bildik, onlar nə fikirlə bizdən ayrıldı, allah bilir... Ruslarla da görüş odlu-alovlu keçdi. Proqram çərçivəsində Avrpopa Insan Haqları Məhkəməsinə də baş çəkdik. Orda Azərbaycanı təmsil edən Xanlar Hacıyevlə görüşümüz oldu. Azərbaycandan ora gedən şikayətlər haqda məlumatlandırıldıq. Çox maraqlı bir görüş keçdi. Görüşün məzmunu haqda nəsə yazmağa ixtiyarım yoxdur, bu bir prinsipdir. Sadəcə, onu qeyd edə bilərəm ki, Xanlar müəllim danışdıqca bir xalq mahnısında deyildiyi kimi öz-özümə təkrarlayırdım: “bu odur, yoxsa xəyal?”. Xanlar müəllim, bizim hamımızda demokratik təfəkkürlü, insan hüquq və azadlıqlarına hörmət bəsləyən insan təəssüratı doğurdu.


Natiq Güləhmədoğlu Fransa qeydləri
Ekspertəm

Şuradakı seminarlarda iştirak üçün bizə sinədən asılan vəsiqə (badge-döş nişanı) vermişdilər. Bu adi vəsiqə məndəki böyük bir şübhəni dağıtdı: Ola bilər siz də rastlaşıbsınız, çox görmüşəm Avropa Şurasının hansısa tədbirinə gedib-gələn və sözün əsl mənasında iki eşşəyin arpasını bölə bilməyən bəzi hüquq müdafiəçiləri özlərini “Avropa Şurasının eksperti” kimi təqdim edirlər. Bu “ekspertlər” daim məni düşündürürdü: Axı bunlar AŞ kimi mötəbər bir qurumun eksperti olmağı məhdud ağılları ilə necə bacarıblar? Məqam yetişib, həmin yoldaşları utandırmağın zamanıdır: Yoldaşlar, ekspert söhbəti çox adi bir haldır. AŞ PA-nın tədbirlərinə qatılan hər adamın yaxasına bu söz yazılır. Bu, təxminən “iştirakçı” sözünə adekvat olan bir sözdür. Vay halına bu sözü ciddiya alıb özünü göyün ənginliyində hiss edənlərin və bu sözün qarşısında dizləri əsənlərin.

Qapımız bağlıdır

Avropa Şurasının ofisində üzv dövlətlərin hamısının nümayəndə heyətlərinin kabinetləri var. Yazıçı Əli Əkbərlə binanı gəzərkən onları gördüm. Maraq bizi çəkdi, dedik, gedək Səməd Seyidovun da otağına baxaq. Inanırsız inanın, inanmırsınız özünüz bilərsiniz: bütün ölkələrin kabinetlərinin qapısı açıq idi, tək bizimki... məlum məsələdir, kilidliydi. Axı niyə belə? Əli Əkbərin sualıma cavabı ironik oldu: “Çünki biz müharibə şəraitində olan dövlətik. Ehtiyatı əldən vermək olmaz. Məkrli düşmənlərimiz kabinetin qapısını açıq görüb istənilən əxlaqsız hərəkəti edə bilərlər. Məsələn, bir də gördün ki, Səməd Seyidovun stolunun altından çətənə kolu çıxdı”. Mənə isə belə gəldi ki, Səməd müəllim sırf “ilan vuran alaçatıdan qorxar” məsəlinə uyub qapını bağlı saxlayır. Axı köhnə söhbətdir - AŞ PA-nın qış sessiyasında bu binada onun kürkünü oğurlamışdılar.

Yaşıla bürünən şəhər

Strasburq Azərbaycanın siyasi çevrələrində xeyli populyar şəhərdir. Təkcə Avropa Şurasının, Avropa Parlamentinin, Avropa Insan haqları Məhkəməsinin bu şəhərdə yerləşdiyini xatırlatmaqla, inanıram ki, “bu şəhər Avropanın ürəyidir” yazsam, etiraz etməzsiniz. Şəhər haqda statistik məlumatları yazmayacağam, kimə maraqlıdırsa, onları internet resurslarından götürüb oxuya bilər. Mən Biləcəridən o tərəfə ilk dəfə adlayan bir azərbaycanlının diqqətini çəkən, onda maraq, təəccüb, heyrət doğuran halları sizlə bölüşəcəyəm. Bu şəhər Avropanın paytaxtı sayılsa da, onda qəribə bir kənd sakitliyi var. Şəhərin yaşıllığına bayılmamaq mümkün deyil. Elə bilirsən Quba meşəliyindəsən. Bol oksigen, hər tərəf gül-çiçək. Bir dəfə gecə qaldığımız otelə gedəndə burnuma qəribə bir xoş iy gəldi. Bu tanış iyin nə olduğunu çözmək üçün bir an dayandım. Kənd həyatı yaşayanlara yaxşı tanışdır, səhər obaşdan kənd yerlərində havadan xoş ot ətri gəlir, bax bu iy idi Avropanın paytaxtı sayılan şəhərin mərkəzində məni dayandıran. Bakıda heç vaxt hiss etmədiyim, yəqin ki, heç vaxt da hiss etməyəcəyim xoş qoxu. Strasburqlular atmosferin bu cür təmizliyinə hansısa xüsusi sirlər vasitəsi ilə nail olmayıblar. Bizdəki kimi yaşıllıqlara barbarcasına qənim kəsilməyiblər, Hacıbala Abutalıbov kimi dünya şöhrətli mer onlarda tramvay xətlərini söküb satmayıb. Strasburqun bəxti bir də ona görə gətirib ki, onların Hacıbalası heç bir parkı kafel-metlaxlamayıb. Parklar hamısı yaşıl çəmənlikdir.
 
Reytinq
 (səs sayı: 6)


Şərhlər: 2
Dərc olunub: 12 İyul 2010
Baxılıb: 287 dəfə
Müəllif: yaquar
 
  Çap et.        
 
 
#1 yazıb: F.Allahverdi (12 İyul 2010 19:43)
Sağ ol, Natiq. Belə yazılar bizə çox lazımdır.
Qeydiyyatdan keçib: 12.07.2010 | ICQ: --
  
#2 yazıb: Ahmet (13 İyul 2010 00:08)
Natiq bey, Avropaya kocmek fikriniz yoxdur ki?
Qeydiyyatdan keçib: 1.01.1970 | ICQ: --
  
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Bölmələrdəki yazıların qısa başlıqlarla ifadəsi
    Art
  • 2008-12-09 Babi. Şizo-Art | Müəllif: yaquar | Baxış sayı: 851 | Şərh sayı: 3 | Reytinq: 19
  • 2008-09-04 Üç bàdàmà bir qîz | Müəllif: yaquar | Baxış sayı: 885 | Şərh sayı: 0 | Reytinq: 5
Menyu
Xəbərlər
Məqalələr
Tənqid
Kitab dünyası
Müzakirə
Tərcümələr
Əsərlər
Xaricdəki yazarlarımız
Güney ədəbiyyatı
Teatr
Art
Səsli şeirlər
Fotolar
Gündəlik notlar
Alatoran
Məktublar
reklam
Burda reklamınız ola bilər
Xətdə olanlar
Hal-hazırda saytda: 5
Istifadəçilər: 0
Qonaqlar: 4
Axtarış robotları: 1

Istifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
Googlebot

Admin | Nəzarətçi | Yazar

Dost saytlar
Azerdigest.CoM

 
Ana səhifə | Qeydiyyat |Əlaqə | RSS 2.0
İstifadəyə verildiyi tarix © 2008 ADYAZAR.AZ. Hazırlayıb: Serfeli Studio.