
Y E N İ S Ə S L Ə R
Gülər İbrahimli
ŞeirlərSənin gedişindəndir... Sənin gedişindəndir
Ağır-ağır döyünür...
...təngnəfəslik xəstəliyinə tutulub ürəyim,
Can ürəyim!
Sənin gedişindəndir
Tor alıb nəmli gözlərimi.
Qorxuram deyərlər məhşur “katarakta”dı.
Can gözlərim!
Sənin gedişindəndir
Tullantı qabının gücü catmır
Göz yaşımdan əzik-üzük olmuş
Kağız dəsmallarına.
Siqaret çəkən adamlar
kimi tutulub nəfəsimin yolu.
Duman tutub ciyərimi,
Can ciyərim.
Yadındasa,
İçini çəkə-çəkə
sən mənə deyərdin:
“Ay ürəyim”, “İki gözüm”, “Caaan... ciyərim”.
Mən bu kəlmələrə
aldanaraqmı, ya nədənsə
Için-için ovularaq gözlərimi göynətdim.
Ruhumu,
yaddaşıma
dəmir baskısı kimi
iz salan xatirələrlə ovutdum,
ciyərimi yandırdım.
Və sonda yoxluğunu ürəyimə dandırdım.
İndi daha da
ağır yüklə - sadəcə gəlişinlə
dilim-dilim bölünərək
parçalanmaq istəmirəm!
İyun 2006-2010
Yazı bəxtimSəndən şikayət eylədim
Düşdüm yaman əlinə.
Əlac da yox dostum olsun
Düşdüm güman əlinə.
Mənə nə təsir eyləsin
Ayiltsın fikir–zikirdən?
Yüz fikir bir borcumu
Ödəməz Allah haqqı.
Nədisə düzəlməyənə
Nə səbəbdi ki ya rəbbim?
Onu mənə əyan eylə,
Mən ona əməl eyləyim.
Dəli-dəli ağlamaqla
Keçən günü saxlamaqla
Nə dəyişər bilmirəm ki?
Düşdüm aman əlinə:
-Ay mənim nazı bəxtim,
Ömrümün duzu bəxtim.
Yazilan yazılıbsa
Silinməz yazı bəxtim.
Mart, 2010
Diş ağrısıÖz əsəbimə öz dözümüm də yox,
Əsəbim neçə min hündürlükdə
Bəndləri aşmış su dalğası.
Öz əsəbimə öz dözümüm də yox
Əsəbim cığırından çıxmış
Həyasız insan mısalı.
Özümə yazığım gəlir
Bu qədər əsəbi daşıdığıma.
Çün qorxuram öz başımda çatlaya.
Tünd sirkə öz qabını çartladan kimi.
Əsəbim xəncər kimi sapılıb beynimə
Əsəbim bir mərəz olub dolub canıma.
Əsəbim min əzabdır, əzab
Düz iki saatdır ki, bu haldayam mən
Azğın diş ağrısı kəsmir ki kəsmir...
2010